“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Balakəndə bələdiyyə sədri və biznesmen əmiləri saxlanıldı - SƏBƏB

Tarix 11.04.25, 19:02

Font ölçüsü : - / +
bitmap-img6


Balakəndə biznesmen qardaşlar saxlanılıblar.

Qaynarinfo-nun məlumatına görə, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Telman Əhmədov, qardaşı Elçin Əhmədov və qardaşı oğlu Nurlan Əhmədov Yol Polis Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb polisə tabesizlik olub.

Belə ki, Nurlan Əhmədov və əmiləri Balakən şəhərində restoranların birində yeyib-içiblər. Gecə saatlarında Nurlan Əhmədov idarə etdiyi "Rang Rover" markalı avtomobillə Balakən şəhərindən Talalar kəndi ərazisinə qaydarkən yol polisi tərəfindən saxlanılıb. Avtomobildə Telman Əhmədov da olub.

O, əmisi Elçin Əhmədova zəng vuraraq bildirib ki, yol polisi xidməti onları Talalar kəndi ərazisində qayda pozuntusuna görə saxlayıb. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq, təhlükəsizlik kəmərindən istifadə etmədiyini, eyni zamanda spirtli içki qəbul etdiyini bildiriblər.

Nurlan Əhmədov və əmisi Telman Əhmədov polislə mübahisə edib, "yaxşı edirik qayda pozuruq" deyiblər.
 
Nurlan Əhmədovun digər əmisi Elçin Əhmədov da içkili halda idarə etdiyi "Lexus" markalı, "TT" dövlət qeydiyyat nişanlı maşınla hadisə yerinə gəlib. O da polislə mübahisə edib, niyə görə onun qohumlarını saxladıqlarını soruşaraq, etirazını bildirib və onların xidməti vəzifələrini yerinə yetirmələrinə maneəçilik törətməyə başlayıb. 

Kömək məqsədi ilə hadisə yerinə polis əməkdaşları çağrılıb. Nəticədə hər üç şəxs saxlanılıb.

Məhkəmənin qərarı ilə Elçin Əhmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 gün müddətinə həbs edilib. Nurlan Əhmədov və əmisi Telman Əhmədov müvafiq maddə ilə cərimə edilib.

Qeyd edək ki, Nurlan Əhmədovun Balakən rayonu, Talalar bələdiyyəsinin sədri, əmiləri Telman və Elçin əhmədovların Azərbaycanda və Rusiyada bizneslə məşğul olduqları deyilir. 



Xəbərin oxunma sayı : 382




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap