“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Xanlar Vəliyeva “yol açıldı“ - Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi

Tarix 10.04.25, 12:29

Font ölçüsü : - / +
bitmap-img6


Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb.

AzFakt.com Report-a istinadla xəbər verir ki, təqaüdə yola salınmasına səbəb Rafael Qvaladzenin son yaş həddinə çatması ilə bağlıdır.

Mia.az yada salır ki, sabah keçiriləcək Milli Məclisin plenar iclasında aprelin 8-də Hərbi prokuror vəzifəsindən azad olunan Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi təsdiqlənəcək.

Bızi iddialara görə, Qvaladzeninn indi təqaüdə göndərilməsi də Vəliyevə "yol açmaq" məqsədi daşıyır.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rafael Qvaladzeni “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Qeyd edək ki, R.Qvaladze 1948-ci il yanvarın 1-də Gürcüstanın Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb, 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib, eyni zamanda prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Xatırladaq ki, Milli Məclisin aprelin 11-ə təyin olunan iclasının gündəliyinə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edlməsi ilə bağlı məsələ daxil edilib.



Xəbərin oxunma sayı : 829




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap