Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

“Ermənistanın məqsədyönlü təxribatları silsilə xarakter daşıyır“ - Ceyhun Bayramov

Tarix 17.09.22, 21:40

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanın məqsədyönlü təxribatları və normallaşma prosesinə maneələri silsilə xarakter daşıyır.

AzFakt.com Azərbaycan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Kanadanın xarici işlər naziri Melani Joli ilə telefon danışığı zamanı bildirib.

Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları barədə məlumat verib və yaranmış vəziyyətdən Azərbaycanın ciddi narahatçılığını qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın məqsədyönlü təxribatlarının və normallaşma prosesinə maneələrinin silsilə xarakteri daşıdığı, son təxribatlarda 79 hərbi qulluqçumuzun həlak olduğu vurğulanıb.

Nazir Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərini, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü daim dəstəklədiyi və son 30 il ərzində keçmiş münaqişənin məhz bu prinsiplər əsasında həllini dəstəklədiyi barədə məlumat verib. Azərbaycanın bölgədə yenidənqurma işləri həyata keçirdiyi və külli miqdarda sərmayələr qoyduğu, məcburi köçkünləri öz yurdlarına qaytardığı bir dönəmdə vəziyyətin gərginləşməsində maraqlı olmadığı və Ermənistan ilə normallaşma prosesini irəlilədən tərəf olduğu bildirilib.

Kanada xarici işlər naziri Melani Joli bölgədə gərginlikdən narahatlığını diqqətə çatdırıb, atəşkəsə əməl olunmasının əhəmiyyətini bildirib. Sabitliyin təmin olunmasının və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin vacib olduğunu vurğulayıb. Minasızlaşdırma səylərinin əhəmiyyəti diqqətə çatdırılıb.



Xəbərin oxunma sayı : 850




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap