“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“Fənərbağça“dan ilin transfer bombası - 115 milyonluq futbolçu...

Tarix 16.07.21, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


Hücum xəttini gücləndirmək istəyən "Fənərbağça" axtardığı futbolçunu tapıb.

Fanat.Az xəbər verir ki, İstanbul klubu Halkı transfer edir. Braziliyanın "Atletiko Mineyro" klubunda çıxış edən futbolçunun 31 dekabr 2022-ci ilə qədər müqaviləsi var. Amma 34 yaşlı "sambaçı"nın müqaviləsində istədiyi vaxt klubdan ayrıla biləcəyi ilə bağlı maddə var.

"Fənərbağça"nın yeni baş məşqçisi Vitor Pereyra Çinin "Şanxay SIPG" klubunda rəhbərliyi altında çıxış etmiş futbolçunun transferi ilə birbaşa özü məşğuldu. Belə ki, portuqaliyalı mütəxəssis Halka zəng edərək komandaya dəvət edib. Braziliyalı futbolçu onun təklifini müsbət dəyərləndirdiyini bildirib və qərar vermək üçün bir neçə gün vaxt istəyib.

Qeyd edək ki, Halk karyerası ərzində Braziliyanın "Vitoriya", Yaponiyanın "Kavasaki", "Konsadole", "Tokio Verdi", Portuqaliyanın "Portu", Rusiyanın "Zenit", Çinin "Şanxay SIPG" və Braziliyanın "Atletiko Mineyro" klublarında çıxış edib. Onun transferinə ümumilikdə 114,8 milyon avro xərclənib.

O, karyerası ərzində Portuqaliya çempionluğunu (4 dəfə), kubokunu (3), Super Kubokunu (3), UEFA Kubokunu (1), Rusiya çempionluğunu (1), kubokunu (1), Super Kubokunu (1), Çin çempionluğunu (1) və Federasiya Kubokunu (1) qazanıb.

2009-2016-cı illərdə Braziliya millisinə çağırılan Halk 48 oyunda 11 qol vurub.



Xəbərin oxunma sayı : 874




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap