Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Çində varis planı hazırlanıb – Cinpin hakimiyyəti kimə ötürməyə hazırlaşır?

Tarix 15.12.23, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


Si Cinpin Çini dəmir əllə idarə edir. O, eyni zamanda varis barədə də düşünmək məcburiyyətindədir. Bu arada Baş nazir Li Çianın səlahiyyətlərinin artırılması beynəlxalq medianın diqqətini çəkib. Li Çian Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvüdür. Li Çian Çin Kommunist Partiyasına 1983-cü ildə üzv olub. O, Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının bu ilin martın 11-də keçirilən sessiyasında Çin Xalq Respublikasının Baş naziri vəzifəsinə təyin olunub.

Si Cinpinin təlimatıyla Li Çian Mərkəzi Maliyyə Komissiyasına da rəhbər təyin olunub. Ondan əvvəlki baş nazirlərin bu səlahiyyəti yox idi. Bəzi ekspertlər bunu Çin iqtisadiyyatındakı ağır durumla izah ediblər. Çinin daşınmaz əmlak bazarında vəziyyət mürəkkəbdir. Tikinti şirkətləri aldıqları kreditləri qaytara bilmirlər, ölkədə borclanma artıb. Çinin maliyyə sabitliyini geri qaytarmağa və korrupsiya ilə mübarizəni gücləndirməyə ehtiyacı var. Digər ekspertlər isə Si Cinpinin Li Çianı öz yerinə hazırladığı versiyasını irəli sürüblər. Digər tərəfdən mümkündür ki, Si Cinpin hakimiyyətin bir hissəsini və məsuliyyəti Baş nazirlə bölüşmək istəyir. Si Cinpin Li Çianın səlahiyyətlərini artırmaqla gələcəkdə hakimiyyət uğrunda mübarizəyə hazırlaşan partiyadaxili qüvvələrə mesaj göndərmiş olur.

Açıklama yok.

“South China Morning Post” nəşri Li Çianın Çini bir çox beynəlxalq tədbirdə təmsil etdiyinə diqqəti çəkib. Misal üçün, Çini “Böyük iyirmilərin” Hindistanda keçirilən sammitində Li Çian təmsil edib. Bu səbəbdən Li Çianın fəaliyyəti Qərbin siyasi və ekspert dairələrində ciddi analiz edilir. Li Çianın mövqelərinin möhkəmlənməsi onun Çin iqtisadiyyatındakı problemləri necə həll edəcəyindən asılı olacaq.

Bu arada, Qərbdə Çinin artan hərbi gücü də diqqət mərkəzindədir. Çinin hərbi donanması dünya liderliyinə iddialıdır. “Bloomberg” agentliyinin məlumatına görə, Çin 2030-cü ilə qədər nüvə arsenalını iki dəfədən çox artıracaq. Çinin arsenalında hazırda 500-dən çox nüvə başlığı var. Çin hakimiyyəti bunu yetərli saymır və nüvə başıqlarının sayının artırılması üçün hərbi-sənaye kompleksinin imkanlarını bir neçə dəfə artırıb. “Bloomberg” agentliyinin digər məlumatında hipersəs raketləri sahəsində də Çinin Qərbi geridə qoymağa çalışdığı vurğulanıb. Çin süni intellektin inkişafına böyük sərmayələr yatırdığı da gələn xəbərlər arasındadır.

Qərb balansın Çinin xeyrinə dəyişməsinin qarşısını almaq üçün müvafiq addımlar atmaq məcburiyyətindədir. ABŞ Çinin müasir texnologiyalara çıxışını məhdudlaşdırmaqla bu ölkənin inkişafını ləngitməyi planlaşdırır. Vaşinqton ümid edir ki, Çin iqtisadiyyatında yaranan dərin problemlər onun hərbi gücünü artırmaq planlarını dəyişdirəcək.

“Atlas” Araşdırmalar Mərkəsi



Xəbərin oxunma sayı : 1066




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap