Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

NATO Çinə qarşı mübarizəni genişləndirir - TƏHLİL

Tarix 20.01.24, 21:08

Font ölçüsü : - / +
bitmap-img6


Qərbin üç güc mərkəzi - ABŞ, Avropa İttifaqı və Yaponiya Çini bütün istiqamətlərdə “saxlama” səylərini gücləndirməkdə israrlıdırlar. Yaponiya və ABŞ Çini tək iqtisadi sahədə deyil, həm də təhlükəsizlik sahəsində cilovlamaq üçün “Azad və açıq Hind-Sakit okean regionu” strategiyasını fəal şəkildə təbliğ edirlər.

NATO yeni “soyuq müharibə” kontekstində diqqətini Asiya-Sakit okean regionuna yönəldib. Bölgədə Çinin artan qüdrəti ABŞ başda olmaqla, Qərb dünyasını hərəkətə keçməyə vadar edib. Daha çox Çinin qonşusu Yaponiya narahatdır. İki ölkənin qarşılıqlı olaraq yüksək ticari və iqtisadi asılılığı var. Amma buna baxmayaraq, ölkələr arasında təhlükəsizlik sahəsində gərginlik artmaqdadır. Görünən odur ki, kollektiv Qərbin üç güc mərkəzi - ABŞ, Avropa İttifaqı və Yaponiya Çini bütün istiqamətlərdə “saxlama” səylərini gücləndirməkdə israrlıdır. Yaponiya və ABŞ Çini tək iqtisadi sahədə deyil, həm də təhlükəsizlik sahəsində cilovlamaq üçün “Azad və açıq Hind-Sakit okean regionu” strategiyasını fəal şəkildə təbliğ edirlər

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Çin etiraz edir

Bu fonda NATO-nun Yaponiyada ofis açmaq istəyi Pekində ciddi narahatlıq yaradıb. Tokio hesab edir ki, Rusiyanın Ukraynaya hücumu dünyada sabitliyi zəiflədib. Buna görə də, Şərqi Asiyada NATO ilə əməkdaşlıq aktuallaşıb. Çin də bununla bağlı açıqlama verərək NATO-nun Yaponiyada ofis açmaq niyyətinin və şərqə doğru irəliləməsinin regionda sabitliyi pozacağını bəyan edib. Çin hesab edir ki, Asiya “geosiyasi döyüşlərə səhnə olmamalıdır”.

NATO-nun əlaqə ofisini Yaponiya ilə yanaşı, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya kimi təhlükəsizlik tərəfdaşları ilə danışıqları asanlaşdırmaq üçün açdığı bildirilir. Qərb mediası yazır ki, Yaponiyada NATO ofisinin açılması Çin və Rusiyanın bölgədə artan hərbi gücüylə əlaqəlidir. Pekin və Moskva həm quruda, həm də dənizlərdə birgə hərbi təlimlərin sayını artırıblar. NATO da bu fəallığa seyrçi qalmaq istəmir.

Qərbin “təhlükəsizlik” konsepsiyası

Qərb ölkələrinin Çini mühasirəyə almaq istəyi Avro-Atlantik və Hind-Sakit Okean regionlarının təhlükəsizliyinin bölünməzliyi haqqında yeni konsepsiyada əksini tapıb. Konsepsiya Yaponiya hökumətinin mərhum rəhbəri Şinzo Abe tərəfindən bəyənilib, hazırkı baş nazir Fumio Kişida tərəfindən təsdiqlənib və NATO, Avropa İttifaqının liderləri tərəfindən həvəslə qəbul edilib. Əslində, bu ideyanın arxasında Çinin Tayvan problemini güc yolu ilə həllinə cəhd edə biləcəyi ilə bağlı vaxtilə Şinzo Abe tərəfindən ifadə edilən qorxu dayanır. Yaponların hesablamalarına görə, Pekinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adalarını (Çin adı - Diaoyu) ələ keçirməsi və Cənubi Çin dənizi üzərində tam nəzarəti bərqərar etməsi ehtimalı güclüdür. Çin Yaponiyanın 2022-ci ilin dekabrında qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasının mərkəzində yer alır. Qeyd edilir ki, Çinin xarici siyasəti, hərbi və digər fəaliyyəti Yaponiyanın “sülh və təhlükəsizliyi üçün görünməmiş və ən böyük strateji problem” yaradır. Sənəddə Pekinin Moskva ilə strateji əlaqələri gücləndirdiyinə diqqət çəkilir və qonşu dövlət mövcud beynəlxalq nizama meydan oxumaq cəhdində ittiham olunur.

Yaponiyanın ikitərəfli və çoxtərəfli gedişləri

Təhlükəsizlik strategiyasına uyğun olaraq, Tokio Vaşinqtonla birlikdə “Çin təhlükəsi”nə qarşı çıxmaq üçün Asiya-Sakit okean regionunda həm ikitərəfli, həm də çoxtərəfli əsasda rəsmi və qeyri-rəsmi ittifaqlar şəbəkəsi yaratmağa çalışır. ABŞ, Yaponiya, Avstraliya və Hindistandan ibarət qitələrarası “dördlüy”ün yaradılması ideyasına xüsusi əhəmiyyət verilir. Tokio regionda anqlo-sakson “üçlüyünün” - AUKUS-un (Avstraliya, Böyük Britaniya və ABŞ) formalaşmasına da həvəslə yanaşır. İndi “AUKUS plus” formatında Yaponiya və Cənubi Koreyanın da ora cəlb edilməsi ideyası müzakirə olunur. Pekin yeni təşəbbüsü “Asiya NATO-su” kimi qiymətləndirir. Qeyd olunur ki, Vaşinqtonun təzyiqi altında Seul və Tokio ikitərəfli problemləri bir kənara qoymağa doğru irəliləyirlər.

NATO üçün Çin “təhlükə”dir

NATO rəhbərliyi Çini milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi qeyd edir. Alyansın 2022-ci ilin iyununda Madriddə keçirilən sammitində qəbul edilən Strateji Konsepsiya Çini birbaşa NATO-nun rəqibi kimi göstərmir, lakin onu “təhlükə” kimi xarakterizə edir. Sənəddə vurğulanır ki, Çinin ambisiyaları və siyasəti Qərbin “maraqlarına, təhlükəsizliyinə və dəyərlərinə meydan oxuyur”. Pekin “əsas texnologiya və sənaye sektorlarına, kritik infrastruktura və strateji materiallara, təchizat zəncirlərinə nəzarət etməyə çalışdığı” üçün Alyans üzvləri və onların Avropadakı tərəfdaşları üçün xüsusilə təhlükəli hesab olunur.

Maraqlıdır ki, Yaponiyanın özündə NATO ilə yaxınlaşma bəzi müşahidəçilər tərəfindən ehtiyatla qarşılanır. Onların fikrincə, qərar ölkədə ətraflı müzakirə olunmadan qəbul edilib və Tokio üçün təhlükə yaradır. Bu qərar Konstitusiyaya da ziddir.

İyulun 9-11-də Vaşinqtonda Alyansın yaranmasının 75-ci ildönümünə həsr olunmuş yubiley sammiti keçiriləcək. Gözlənilir ki, NATO-nun Hind-Sakit okean tərəfdaşları, o cümlədən Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya üçüncü dəfə sammitə dəvət olunacaqlar. Həmçinin, güman etmək olar ki, ABŞ Prezidenti Cozef Bayden Avropa və Hind-Sakit okean regionundakı müttəfiqlərini Çinə qarşı mübarizəyə daha dərindən cəlb etməyə çalışacaq.

Beləliklə, Yaponiya və NATO-nun Çin və Rusiyaya istiqamətlənən hərbi strategiyaları güclənməkdədir. Lakin Moskva və Pekinin bunu cavabsız qoymayacağı da güman edilir.



Xəbərin oxunma sayı : 856




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap