Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“ Nura çimərlik geyimində - FOTO Aygün Kazımovadan cəsarətli klip - VİDEO Aysel Əlizadə çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 19 İyul 2021

    Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“

  • / Maqazin / — 15 İyul 2021

    Nura çimərlik geyimində - FOTO

  • / Maqazin / — 13 İyul 2021

    Aygün Kazımovadan cəsarətli klip - VİDEO

  • / Maqazin / — 09 İyul 2021

    Aysel Əlizadə çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 07 İyul 2021

    Azərbaycanlı aparıcı çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 03 İyul 2021

    Pərvindən çimərlik geyimində - FOTOLAR

“Kürd Elnur“ ləqəbli kriminal avtoritetin işi: İttiham olunduğu ağır maddələr və narazılığı

Tarix 22.03.21, 15:36

Font ölçüsü : - / +
bitmap-img6


“Kürd Elnur” ləqəbli kriminal avtoritet Elnur Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Elnur Abbasov ittihamla razılaşmır.

Musavat.com xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan "Kürd Elnur"un cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutur.

Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Elnur Abbasov daha əvvəllər də məhkumluq həyatı yaşayıb. Onun məhkumluğu ödənilib.

Elnur Abbasovun iki övladı var.

Anket məlumatları dəqiqləşdirilən zaman Elnur Abbasov məhkəməyə bildirib ki, narkotik ittihamını qətiyyən qəbul etmir. O, avtomobili dərədən aşırdığını qəbul etdiyini söyləyib.

Hakim bildirib ki, bu məsələyə hazırlıq iclasında baxıla bilməz. Hakim Elnur Abbasova təklif edib ki, əgər məhkəmənin baxış iclasına təyin edilməsinə etiraz etmirsə, qeyd etdiyi narazılıqlara məhkəmə araşdırması zamanı baxıla bilər.

Elnur Abbasov etiraz etməyib və məhkəmənin baxış iclası təyin edilib.

Rəsmi ittihamda göstərilir ki, Elnur Abbasov saxlanılan zaman üzərində odlu silah-sursat gəzdirən və narkotik vasitələr aşkar edilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı Elnur Abbasovun paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin BMW markalı avtomobilini qəsdən dərəyə aşıraraq yararsız hala salması da müəyyən edilib.

Araşdırma zamanı saxlanılan şəxsin cinayətkarlığı təbliğ edən, həmçinin karantin günlərində polis əməkdaşlarına tabesizlik göstərməsini özündə əks etdirən videolar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə yaydığı da məlum olub. Elnur Abbasovun hazırladığı videolarda gəncləri və yetkinlik yaşına çatmayanları cinayətkarlığa sövq edən motivlərin olduğu da müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsində bütün qanunazidd hərəkətlərindən səmimi peşman olduğunu bildirib.

Qeyd edək ki, Elnur Abbasov BMW maraklı avtomobili dərədən aşırmasını əks etdirən videonu sosial şəbəkələrdə yaydıqdan sonra saxlanılmışdı.

Bildirək ki, Elnur Abbasova qarşı Cinayət Məcəlləsinin özgə əmlakını qəsdən məhv etmə, qanunsuz olaraq odlu silah saxlama, satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə və saxlama maddələri ilə ittihamlar irəli sürülüb.



Xəbərin oxunma sayı : 391

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda