Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Karvan Hotel Naftalan“-da yeniliklər

Tarix 13.07.24, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


Karvan Hotel Naftalan Beynəlxalq Turizm Mərkəzi olan  Naftalan şəhərində yerləşir. Burada qonaqların rahat istirahəti və dünyada tanınan Naftalan nefti ilə müalicəsi üçün hər cür şərait yaradılıb. 

Şəhərin mərkəzində, gözəl  havası ilə seçilən ərazidə yerləşən sanatoriyaya gələn  qonaqlara təklif olunan paketi komfortlu otaqlarda gecələməklə 3 dəfə açıq bufetdə yemək, həkim müayinələri,  fizioterapiyalar, analizlər, Naftalan vannaları və digər müalicəvi prosedurlar əhatə edir. Qonaqlara uyğun qiymətlərlə  Ekonom, , Standart, Delüks, Karvan Suit nömrələr və Kotteclər təklif olunur. Otaqlar kondisioner, çoxsaylı kanallar olan tv, isti və eyni zamanda  antibakterial xüsusiyyətləri ilə fərqlənən  səthli döşəmə, ortopedik döşəkli çarpayılar, seyf,  yüksək sürətli internet və başqa zəruri avadanlıqlarla təchiz olunub. Bütün otaqlardan eyvana çıxış mövcuddur.

Müalicəyə başlamazdan öncə qonalar həkim müayinəsindən keçirilir. 

Müayinədən sonra və müayinə nəticələrinə əsasən prosedurların sayı həkim tərəfindən təyin olunur.

 Karvan Hotel Naftalan Sanatoriyasında Tibb bölməsində Naftalan yağı və digər bərpa üsullarına əsaslanan geniş prosedurlar bazası mövcuddur; maqnitoterapiya, amplipuls, darsonval, fonofarez, elektrofarez, parafin, inhalyasiya, solyuks, Naftalan vannaları, UVÇ və bu kimi digər fizioterapiya prosedurlar. Qeyd edək ki, Naftalan  vannaları qadağan olan qonaqlara eyni qiymətə alternativ müalicə prosedurları təklif olunur. 

Buraya üz tutan qonaqlar açıq havada quraşdırılmış idman qurğuları, qapalı idman zalı, açıq hovuzdan da istifadə edə bilərlər. 

Müalicə paketi ilə minimum qalma müddəti 7 gecədir. Həmçinin daha da  effektli müalicəyə nail olmaq üçün azı 14 gün  tövsiyə olunur.

Geniş parklama ərazisində qonaqlar avtomobillərini parklaya və elektrik mühərriki ilə işləyən avtomobillər üçün burada quraşdırılmış
 enerji doldurma cihazından yararlana bilərsiz. 

Qonaqların asudə vaxtlarında onlar üçün  vaxtaşırı canlı musiqilər, həftənin  şənbə və bazar günləri Azərbaycanın görməli və gəzməli yerlərinə turlar təşkil edilir.

Karvan Hotel Naftalana yerli qonaqlarla yanaşı dünyanın müxtəlif ölkələrindən - Türkiyə,  Kanada, Avstraliya, Çin, İngiltərə, İtaliya, Fransa, Hollandiya, Almaniya, Yaponiya, Rusiya, Latviya, İsveçrə və bir çox başqa ölkədən  gələnlər çoxluq təşkil edir.  
   
Bu hələ hamısı deyil! Şahidi olmaq və Naftalan nefti ilə möcüzəni hiss etmək üçün  sizi Karvan Hotel Naftalan Sanatoriyasında gözləyirik!



Xəbərin oxunma sayı : 640




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap