Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İlham bəy o yeri mənə verdi – Ərdoğan Səmərqənddəki fotodan danışdı

Tarix 18.09.22, 9:47

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində dövlət başçıları ilə söhbət etdiyi anları əks etdirən və ictimaiyyətin böyük marağına səbəb olan fotoşəkillə bağlı açıqlamalar verib.

AzFakt.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şanxaydan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan sözügedən fotoyla bağlı, “yaxşı xatirə” idi deyib.

Jurnalistin “Sammitdə bir fotoşəkil çıxdı. Türkiyə bu fotodan danışır. Şəkildən gördüyümüz qədərilə siz nəsə deyirsiniz, digər liderlər isə sizi dinləyir. Sanki birdən onların hamısına müraciət edirsiniz. Bu an necə yarandı? Siz o an nə danışırdınız?” sualına Ərdoğan belə cavab verib: “İlham bəy o yeri mənə verdi, özü isə mənim yanımdakı stula əyləşdi. Əksəriyyəti rus dilini bildiyi üçün tərcüməçi bizim danışdıqlarımızı rus dilinə tərcümə edirdi. Təbii ki, onların hamısı bizim ordakı söhbətimizdən çox həzz aldılar. Yaxşı xatirə idi”.

Daha sonra jurnalist sosial şəbəkələrdə bu fotoyla bağlı “Masa belə qurulur” və “Digər masada əyləşənlər dağılışa bilərlər” kimi, fikirlər səsləndirildiyini bildirib.

Türkiyə lideri isə bu fikirlərə “Amma bilirsiniz, bizimki altı nəfərlik masa deyil” cavabını verib.



Xəbərin oxunma sayı : 736




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap