Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanda yeni müzakirə - xəyanətə görə 20 min təzminat

Tarix 08.04.26, 9:54

Font ölçüsü : - / +
bitmap-img6


Vəkil: “Xəyanəti iddia edən tərəf onu təkzibedilməz sübutlarla əsaslandırmalıdır”

Son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində sanki bir informasiya tufanı yaşanır. Sosial şəbəkə istifadəçilərinin diqqəti 3 fərqli, lakin eyni dərəcədə gərgin qütbə bölünüb: bir tərəfdə tarixi və geosiyasi kökləri olan ABŞ-İsrail cütlüyü ilə İran qarşıdurması, digər tərəfdə aramsız yağışların ölkənin infrastrukturunda açdığı yaralar, mərkəzdə isə ailə institutunun təməllərini sarsıdan “xəyanətə görə hüquqi cəza” müzakirələri var.

Qlobal və regional mövzuların arasında yer alan bu məsələ birbaşa fərdin daxili dünyasına və cəmiyyətin ən kiçik hüceyrəsi olan ailəyə toxunur. Xəyanətə uğrayan tərəfin hüquqi yollarla kompensasiya tələb etməsi, “mənəvi təzminat” anlayışının ailə münasibətlərinə tətbiqi ətrafında gedən mübahisələr artıq sadəcə qınaq obyektindən çıxaraq hüquqi müstəviyə keçir.

Cəmiyyət indi bu suallara cavab axtarır - sədaqətsizlik sadəcə mənəvi günahdır, yoxsa şəxsiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli olan hüquqi xətadır?

Məhkəmə instansiyaları ailə daxilindəki etimadın qırılmasına neçə manat qiymət qoya bilər? Videogörüntülər və rəqəmsal yazışmaların sübut kimi təqdim olunması şəxsi həyatın toxunulmazlığı ilə nə dərəcədə uzlaşır?

Siyasi ideologiyaların toqquşduğu, təbiətin şəhərlərimizi sınağa çəkdiyi bir vaxtda, insanların “mənəvi ədalət” axtarışına çıxması cəmiyyətin daxili regenerasiya cəhdidir.

Mənə vəkil kimi heç bir təzyiq yoxdur” — Cavad Cavadov

Cavad Cavadov

Bu mürəkkəb mövzu ilə bağlı “Yeni Müsavat”a danışan tanınmış vəkil Cavad Cavadov deyib ki, Azərbaycan Respublikasının qanunvericiliyi, konkret olaraq Ailə Məcəlləsi, tərəflərin bir-birinə sadiq qalmaq vəzifəsini mənəvi bir öhdəlik kimi tanıyır, lakin xəyanətə görə birbaşa cəza və ya təzminat mexanizmini açıq mətnlə yazmır: “Bununla belə, biz məsələyə Mülki Məcəllənin şəxsiyyət hüquqları və mənəvi zərər prizmasından baxmalıyıq. Qeyd edim ki, Azərbaycan məhkəmə təcrübəsində xəyanətə görə mənəvi təzminat almaq hələ də kifayət qədər mübahisəli bir mövzudur. Mülki Məcəllənin 21-ci və 23-cü maddələri şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsini nəzərdə tutur. Son illərdə mənəvi zərərin ödənilməsi ilə bağlı yanaşmalar genişlənib. Əgər sübut olunsa ki, xəyanət faktı şəxsin psixi sağlamlığına, cəmiyyətdəki nüfuzuna ciddi zərbə vurub, nəzəri olaraq iddia qaldırıla bilər. Amma realda hakim qarşısında bunu əsaslandırmaq böyük peşəkarlıq tələb edir”.

Cavad Cavadov deyib ki, məhkəmə “eşitdim”, “mənə deyiblər” sözlərinə inanmır: “Xəyanəti iddia edən tərəf onu təkzibedilməz sübutlarla əsaslandırmalıdır. Yazışmalar, fotolar, videolar. Lakin burada ehtiyatlı olmaq lazımdır. Çünki başqasının şəxsi həyatına qanunsuz müdaxilə sizi iddiaçı ikən cavabdeh vəziyyətinə sala bilər. Məsələn, xəyanəti sübut etməyə çalışarkən, gizli kameradan istifadə cinayət məsuliyyəti yarada bilər”.

Cavad Cavadov məsələnin digər tərəfinə də toxunub: “Çoxları elə bilir ki, "xəyanət edən tərəfə əmlak düşmür". Xeyr, bu yanlışdır! Azərbaycan qanunvericiliyinə görə, nikah dövründə qazanılan əmlak birgə mülkiyyətdir və tərəflərin payları bərabərdir. Yəni 50/50. Xəyanət faktı mülkiyyət hüququnu aradan qaldırmır. Yalnız uşaqların maraqları və ya digər tərəfin ailə büdcəsini qəsdən dağıtması halları payların bölünməsinə cüzi təsir edə bilər. Əgər xəyanət faktı ictimaiyyət arasında yayılıbsa və bu, zərərçəkənin şəxsi nüfuzuna birbaşa zərbə vurursa, mənəvi təzminat davası açmaq olar. Lakin yadda saxlayın ki, Azərbaycan məhkəmələri mənəvi zərəri astronomik rəqəmlərlə deyil, çox vaxt simvolik məbləğlərlə ölçür. Burada məqsəd puldan çox, mənəvi qalibiyyət və haqqın bərpası olmalıdır".

Cavad Cavadov tövsiyə edir ki, xəyanət və digər iddialarla bağlı məhkəmələrə üz tutan vətəndaşlar hisslərlə deyil, sənədlərlə hərəkət etsinlər: “Xəyanət mənəvi faciədir, lakin məhkəmədə o, yalnız sübut olunduqda hüquqi fakt sayılır”.



Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap