“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Ölkəmizdə yayılmış xroniki yorğunluq - Həkimdən çarələr

Tarix 20.07.23, 23:26

Font ölçüsü : - / +
bitmap-img6


Tez – tez əhvalın dəyişməsi, halsızlıq, bir iş görmədən səbəbsiz yorğunluq halları xroniki yorğunluq adlanır. Xroniki yorğunluğun bir sıra səbəbləri ola bilər. Qidalanma, fəsil dəyişkənliyi, xroniki xəstəliklər və s.

AzFakt.com "Medicina"ya istinadən xəbər verir ki, həkim Füzuli Hüseynovun sözlərinə görə, xroniki yorğunluğa ən çox yaz aylarında rast gəlinir:
"Qışdan çıxdıqda müəyyə vitamin və mineralların çatışmazlığı yarandığı üçün xroniki yorğunluğa səbəb olur.
Vitamin çatışmazlığı hormonların pozulmağına səbəb olur. Çünki, hormonların sekresiya etdiyi şirələr orqanizmin katalizatorlarıdır.
Məsələn, qalxanavari vəzinin hormonu çatışmazlığı zamanı bu vəzi "tənbəlləşir". Bu zaman qanda TSH hormonu yüksəlir. Nəticədə belə insan pəhriz saxlasa belə, bu insanın orqanizmində piylənmə baş verir. Zəif çalışan bu vəzi səbəbindən, halsızlıq, yorğunluq nəticəsində insan hərəkət eləmir. Bu səbəbdən piylərin parçalanması baş vermir və bu piylər toxumalarda depolanır və insanın artıq çəki almasına səbəb olur.
Bu xəstəlik dərinləşdikcə qalxanvari vəzinin problemləri başqa bir hal alır. Adətən qadınlarda daha çox mastopatiya əmələ gəlir. Vəzi müalicə olunmadıqda, qadınlarda cinsi istək azalır. Bu da erkən klimaksın başlamasına səbəb olur.
Kişilərdə isə prostat vəzinin hiperploziyasının əmələ gəlməsinə səbəb olur. Bu əlamətləri də qulaqardı etdikdə kişilərdə prostat vəzi şişir, testeron hidretesterona çevrilir. Nəticədə impatensiya əmələ gəlir.
Dərman pereparatları ilə yanaşı təbii qidalar qalxanavari vəzinin işini normallaşdırır. Bunun ən sadə variantlarından biri dəniz kələmidir. Onu gündə bir çay qaşıq suya əlavə edib qəbul olunur. Yaxud duz əvəzi yeməklərimizə əlavə edə bilərik.
Sink, selen, maqnezium minerallarının çatışmazlığı zamanı ləpəlilər, yeni yetişmiş meyvələrin hamısında bu mineralların hamısı olduğu üçün, mütləq yeyilməlidir.
Çuğundur, kələm,kök, şomu minerallarla boldur. Şomu daha çox həm selen, həm sink həm də maqnezium mənbəyi hesab olunur.
Gicitkən otunun tərkibi "Mendeleyev" cədvəlidir. Dəmir, mineral çatışmazlığını aradan qaldırır.
Alaqanqalın zoğları, qulançar da mineral mənbəyi hesab edilir.
Xroniki yorğunluğun aradan qaldırılmasına dair sadə resept:
• Qurudulmuş və toz halında zəncəfil 30 qr
• Sarıkök 50 qr
• Udhindi bitkisinin köklərindən 50 qr
• Qarazirə 50 qr
• Güləm 50 qr
• Jenşen bitkisinin kökü 50 qr
• Biyan bitkisinin kökündən 30 qr
Bir kiloqram bal ilə bu bitkilər qarışdırılır. Gündə 3 dəfə yeməkdən yarım saat qabaq, 1 çay qaşığı qəbul edilir”.


 



Xəbərin oxunma sayı : 871




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap