Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Lotu Quli“nin yaxın adamının məhkəməsi başladı - Onu hansı cəza gözləyir?

Tarix 22.12.21, 19:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanlı "qanuni oğru” Rəşad İsmayılovun (Rəşad Gəncinski) cinayət işi baxılması üçün Moskva Şəhər Məhkəməsinə göndərilib. 

Qaynarinfo xəbər verir ki, Rəşad Gəncinski işə münsiflər heyətinin iştirakı ilə baxılmasına etiraz edib. "Qanuni oğru” onun işinə məhkmə qaydası ilə baxılmasını istəyib. 

Rəşad Gəncinski kriminal iyerarxiyada yüksək titula sahib olma, qrup halında qətl və qanunsuz silah saxlama maddələri ittiham edilir. 

İstintaq materiallarından aydın olur ki, o, Moskva bazarlarından birinə nəzarət uğrunda kriminal savaşın iştirakçısı olub. 13 may 2009-cu il tarixdə tərəfdarları ilə birgə mərhum "qanuni oğru” Rövşən Canıyevə (Rövşən Lənkəranski) yaxın olan iki kriminal avtoriteti onlar maşında olarkən güllələyib. Hər iki avtoritet dünyasını dəyişib. Onlara avtomat və tapançadan 29 dəfə atəş açılıb. 

Bu hadisə Rövşən Lənkəranski ilə başqa bir azərbaycanlı nüfuzlu "qanuni oğru” ötən il Türkiyədə qətlə yetirilən Nadir Səlifov (Lotu Quli) arasındakı konfliktlə əlaqələndirilir. 

Rəşad İsmayılov bu hadisədən sonra "qanuni oğru” titulu alıb. O, kriminal aləmin ali tituluna yiyələndikdən sonra "obşak”a nəzarət edib. Eyni zamanda kriminal dünyanın aşağı ranqlı üzvlərini idarə edib. 

Rəşad Gəncinskiyə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onu uzun müddətli həbs cəzası gözləyir. 

Məlumat üçün deyək ki, Rəşad Gəncinski 2018-ci ildə Belarusun paytaxtı Minsk şəhərində keçirilən əməliyyat zamanı saxlanılıb. Onun üzərindən odlu silah və narkotik vasitə götürülüb. Daha sonra o, Rusiyaya ekstradisiya olunub. 



Xəbərin oxunma sayı : 1297




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap