“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Maskı bağışlaya bilərəm, amma...“ - Tramp

Tarix 11.06.25, 16:02

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Donald Tramp milyarder İlon Maskın son hücumlarından məmnun olmasa da onu bağışlamağa hazır olduğunu, bildirib.

APA xəbər verir ki, Tramp bu haqda bu gün "The New York Post"a müsahibəsində deyib.

“Mənim pis hisslərim yoxdur. Amma bunun baş verməsinə çox təəccübləndim”,- deyə Tramp bildirib.

Maskı bağışlaya biləcəyinə dair sual verildikdə Tramp belə cavab verib: “Düşünürəm ki, bağışlaya bilərəm, amma biz ölkəni düzəltməliyik” və əlavə edib ki, indi onun yeganə vəzifəsi ölkəni hər zamankından daha yüksək səviyyəyə çatdırmaqdır.”

Xatırladaq ki, İlon Mask ötən həftə ABŞ Prezidenti Donald Trampla yaşanan fikir ayrılığından sonra sosial şəbəkədə paylaşım edərək, onun seçki kampaniyasına əvvəlcə verdiyi dəstəyə görə təəssüfləndiyini bildirib. O qeyd edib ki, Trampın siyasi ritorikası və son davranışları gözləntilərini doğrultmayıb. Mask paylaşımında həmçinin Trampın adının uşaq istismarı ilə bağlı ittiham olunan Cefri Epstaynın sənədlərində keçməsinin ciddi narahatlıq doğurduğunu vurğulayıb. Milyarder bu faktların onun dəstək qərarını yenidən nəzərdən keçirməsinə səbəb olduğunu bildirib.

Tramp da İlon Maskla münasibətlərinin pisləşdiyini istisna etməyib.

"Baxın, İlonla mənim əla münasibətimiz var idi. Bunun belə davam edəcəyinə isə əmin deyiləm", - Tramp deyib.



Xəbərin oxunma sayı : 454




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap