“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Tehranla razılaşmanın olacağına əminliyim azalıb - Tramp

Tarix 11.06.25, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp İranla silahlı münaqişənin əleyhinə olduğunu, lakin nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Tehranla razılığın mümkünlüyünə şübhə etdiyini deyib.

Donald Tramp bunu “The New York Post” qəzetinin “Pod Force One” podkastının efirində söyləyib.

“İndi bir neçə ay əvvəl olduğum qədər nikbin deyiləm və Tehranla razılaşmanın olacağına əminliyim azalıb. Razılaşma baş tutmasa da İran nüvə silahlarına sahib olmayacaq. Əlbəttə, hər şeyi müharibəsiz, itkisiz həll etmək daha yaxşıdır”, - deyə ABŞ Prezidenti bildirib.

Xatırladaq ki, İran və ABŞ nümayəndələri mayın 23-də Romada Tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundunu keçiriblər. Danışıqlarda vasitəçi qismində çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi məsləhətləşmələrdə müəyyən irəliləyişə nail olunduğunu açıqlayıb. Onun iranlı həmkarı isə öz növbəsində bir neçə görüşdən sonra Tehran və Vaşinqtonun müsbət nəticəyə ümid etdiklərini vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqların altıncı raundunun iyunun 15-də Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bir müddət öncə, İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ ilə müharibə olacağı təqdirdə Birləşmiş Ştatların Yaxın Şərqdəki bütün hərbi bazalarının hücuma məruz qalacağını deyib.



Xəbərin oxunma sayı : 634




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap