![]() |
|














Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - Açıqlama
Tarix 11.06.25, 11:12 |
|

Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Lаkin yеrli icrа hаkimiyyətlərinin qəyyumluq və himаyə оrqаnlаrı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
Bəs, bu proses necə həyata keçirilir?
Mövzu ilə bağlı Ədliyyə Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 6.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
"Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq idarəsi ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin barəsində tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin (doğumu, varsa nikahı, nikahının pozulması, övladlarının doğumu və s.) əldə edilməsi üçün sorğu verir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə həmin akt qeydləri olduqda baxılır. Akt qeydləri itmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir", - qurumdan əlavə olunub.
Qeyd edilir ki, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir:
"Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır.
Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. Bu halda soyadın, adın və (və ya) ata adının dəyişdirilməsi qeydə alınaraq müvafiq şəhadətnamə verilir. Əks halda isə adın, soyadın və ata adının dəyişdirilməsindən imtina olunması barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizəçiyə məlumat verir. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Bildirilib ki, "Dövlət rüsumu haqqında" Azərbycan Respublikasının Qanununun 12.3-cü maddəsi ilə soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu müəyyən edilib. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur. Adın, soyadın və ata adının dəyişdirilməsi ilə bağlı qanunvericilikdə konkret müddət göstərilməyib. Ərizəçinin vətəndaşlıq vəziyyəti haqqında bütün akt qeydləri Azərbaycan Respublikasında tərtib olunubsa, bu müddət təxminən 2-3 ay təşkil edir".
Vəkil Rəşad Əliyev isə qeyd edib ki, Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir:
"18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. Ərizə verən şəxsin doğumu haqqında və barəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləri başqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həmin orqana göndərilir.
Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin akt qeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixini göstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsin imzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsi üçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə 3 iş günü müddətində göndərilir".
O qeyd edib ki, ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi şəhadətnamənin daxil olması barədə ərizə verən şəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxs qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə müraciət etdikdə, şəhadətnaməni imza etdirməklə ona təqdim edir:
"Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir.
Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarədə olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə bildiriş göndərir.
Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir".
R.Əliyev vurğulayıb ki, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı adını, ata adını və soyadını dəyişdirilməsi ilə bağlı müraciət etmək hüququna malikdir:
"Adın, ata adının və soyadın dəyişdirilməsi üçün ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, yəni ZAQS kimi tanınan orqana, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. Ərizədə şəxsin soyadı, adı, atasının adı, adını, ata adını və ya soyadını dəyişdirmək istəyi, daşımaq istədiyi ad, ata adı və soyad, doğulduğu tarix və yer, milliyyəti və vətəndaşlığı, yaşayış və iş yeri, vəzifəsi, hərbi qeydiyyat yeri qeyd edilir. Həmçinin əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada dəyişdirilməsi barədə məlumat, o cümlədən ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumatlar, övladları barədə məlumatlar, xarici ölkələrdən deportasiya olunmuşdursa, bu barədə məlumatlar və şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi qeyd edilməlidir. Ərizəyə müvafiq sənədlər də əlavə edilməlidir. Bu siyahıya şəxsin doğumu haqqında şəhadətnaməsi, nikahdadırsa, nikah haqqında şəhadətnamə, nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə, yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələri, Şəxsiyyəti təsdiq edən sənədin bə hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, həmçinin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur.
Müvafiq qurum araşdırmalardan sonra 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir.
Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır".
Vəkil sonda deyib ki, ad, soyad və ata adının dəyişdirilməsindən imtina edildikdə, vətəndaş bununla bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.
"Hansı hallarda istənilən şəxsin ad, ata adı və soyadının dəyişdirilməsinə yol verilmir?
Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə,ərizə vermiş şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, müraciət etmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə şəxsin ad, ata adı və soyadının dəyişdirilməsinə yol verilmir.
Qeyd edək ki, bu məsələlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi" Qaydaları ilə tənzimlənir", - o fikrini tamamlayıb.
Xəbərin oxunma sayı : 535
Sosial
Xəbərlər
-
Məşhur general həbsdəki bəstəkara qarşı - Sensasion MÜRACİƏT
-
Bakıda şirkət rəhbərinin oğlu lüks avtomobillə avtoxuliqanlıq etdi: “Tələsirdim...“
-
Xətai rayonunda daha bir qanunsuz tikinti - İcazəni icra başçısı icazə verib?
-
İranda qətlə yetirilən generallar - Adlar açıqlandı
-
Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI, MƏBLƏĞLƏR
-
Öldürülən general Məhəmməd Baqeri kimdir? - Azərbaycanlı komandan haqda məlumatlar
-
“ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşıyır“ - İran XİN
-
Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...
-
İran İsrailə dron hücumuna başlayıb - 100-dən çox dron buraxıb
-
Xəzərdə üzən ilanlar sakinlər üçün təhlükəlidir? - VİDEO
-
SEPAH-ın yeni baş komandanı məlum oldu - Baş qərargah rəisi də təyin edilib
-
Tibb kurslarında resept yazmaq qaydaları öyrədilir - Həkimlər narahatdırlar
-
Avtobus zolaqlarına giriş-çıxışa icazə verilir - VİDEO
-
İsrail İranı vurdu: Baş Qərargah rəisi və SEPAH-ın komandanı öldü
-
Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı
-
Dövlətçiliyimizin, müstəqilliyimizin, milli ruhumuzun qurtuluş tarixi - 15 iyun
-
Millətimizin və dövlətçiliyimizin xilası günü
-
Milli Qurtuluş Günü kimi tarixə həkk olunmuş 15 iyun 1993-cü il
-
““Balaxanıneft“-in müavini dedi ki, rəismi çox az hallarda görürəm“ - Deputat
-
Hindistandakı təyyarə qəzası - 290-dan çox insan ölüb
-
“İran uranın zənginləşdirilməsini davam etdirəcək“ - Pezeşkian
-
AQTİ bu həşərat üçün tələ qurur - 66 min manat xərcləyəcək
-
Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi
-
Prezident sərəncam imzalayıb - Şuşa ilə bağlı
-
“Yeni sosial islahat paketi 3 milyon insanı əhatə edir“ - Nazirlik
-
AQTA-nın “rədd etdiyi“ məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ
-
Bu şəxslərə 2200 manat veriləcək - SİYAHI
-
İki ayda səkkiz nəfər qarpızdan zəhərləndi - RƏSMİ
-
Əlilliyə görə müavinətlər bu qədər artırıldı - YENİ MƏBLƏĞLƏR
-
Bakıdakı məşhur kafe 3 milyona satışa çıxarıldı - FOTO
-
Piknik etmək olmaz! - Bakı sakinlərinə 100 manatlıq yay QADAĞAS
-
Azərbaycanda sosial müavinətlər artırıldı - FƏRMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Xəzinadarlıq İdarələrini ləğv etdi - Yalnız bir quruça rəis təyin edildi
-
“Kupça” sabotajı nə vaxt bitəcək? - Deputat problemdən danışdı
-
Tibb məntəqəsinin müdiri cərimə edildi - Dələduzluğa görə
-
Prezidentdən Şahin Mustafayevlə bağlı sərəncam - DOSYE
-
“Bulanıq suda öz balıqlarını tutmağa çalışırlar“ - DİM sədri gileyləndi + VİDEO
-
Avtobus zolaqlarında maşınlara minib-düşə biləcəyik - VİDEO
-
Qısamüddətli leysan və 37°-dək isti olacaq - Sabahın havası
-
Polşa millisinin baş məşqçisi istefa verdi - Levandovskiyə görə
-
Azərbaycanda banklar reklama 100 milyon pul xərcləyiblər - Tam siyahı
-
Bakıda məşhur baxıcı həbs edildi - “800 manata “ceyran göbəyi“ alıb ...“
-
Prezident Bakıda yeni zavodun açılışında iştirak etdi - FOTOLAR
-
Şöbə müdiri xəstəxanada ad günü keçirdi - İşdən qovuldu
-
Göyərtəsində 242 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb - VİDEO
-
Toyda mahnı üstündə dava - Müğənni və qardaşı saxlanıldı
-
Xaricdə oxuyan daha 52 nəfərin diplomu tanınmadı - Açıqlama
-
Bu terminallarda ödənişlər dərhal dayandırılmalıdır - Mərkəzi Bank
-
İran istənilən səviyyədə müharibəyə hazırdır - SEPAH
-
AccessBank dollardan “doyub“ - Depozit faizlərini kəskin azaltdı
-
“Bakılı Qız” dondurmasında görün nə çıxdı - VİDEO
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
-
“Könül Ağamirova məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
-
Sosial şəbəkədə dələduzluq edən şəxs SAXLANILDI
-
Prezidentdən iclas iştirakçılarına - Müraciət
-
İsrail İrana qarşı əməliyyata hazırlaşır: Cavab tədbirləri müzakirə edilir
-
Əhalinin diqqətinə: 960 manat veriləcək
-
Azərbaycanda işıq pulu belə hesablanacaq - Yeni tarif tətbiq ediləcək
-
İran nüvə silahı yaratmaq üzərində fəal işləyir - Respublikaçı senator
-
264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün pul istənildiyi iddia olunur – VİDEO
-
Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir?
-
Aygün Kazımova hindli qadın obrazında - FOTOLAR
-
Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir - Zelenski
-
201 saylı məktəbdəki qalmaqalın səbəbi bilindi:“Şərəfsiz, rüşvətxor” deyən müavin cəza aldı
-
Tanınmış cərrahın xəstələrdən pul tələb etdiyi iddia olunur - VİDEO
-
“R+C-TRANS“ MMC əmək hüququnu pozub - 20 min cərimələndi
-
Üç uşağı olanlar çoxuşaqlı ailə sayıla bilər - VİDEO
-
Tehranla razılaşmanın olacağına əminliyim azalıb - Tramp
-
Qaz və işıq üçün sabit aylıq tarif olacaq - VİDEO
-
Benzia “Qarabağ”dan getdi - RƏSMİ
-
“WhatsApp”da yeni funksiya - iki variant olacaq
-
“Mask Vensə görə Trampla mübahisəni dayandırdı” - “The Wall Street Journal”
-
Sumqayıtda zirzəmi bataqlığa çevrildi - sakinlər nəfəs ala bilmir!
-
“Veysəloğlu“, Mətbuat Şurası və TŞİİB jurnalistləri mükafatlandırdı - FOTOLAR
-
EDDE Globalın Beynəlxalq Təhsil Sektorundakı Fəaliyyəti və Nailiyyətlər
-
Azərbaycanda onlayn kazino - İnkişaf və Perspektivləri
-
“Nigar, ildə bir dəfə sayəmdə gündəmə gəlirsən” - Şəbnəm
-
Klinika rəhbərinin ölkədən çıxışına “stop“ qoyuldu - 600 mindən çox borcu var
-
ABŞ minlərlə miqrantı Quantanamoya göndərəcək - “The Washington Post”
-
Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO
-
Salyanda fermada yanğın - 45 baş heyvan yandı
-
Hüquqi varislikdən işgüzar nüfuza qədər - Ali Məhkəmədə geniş müzakirə
-
Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı
-
“Badamdar Hotel“in baş xəzinadarı “vergül“lə pul mənimsədi - Sevgilisinə xərclədi
-
“ABŞ və Çin ticarət razılaşması barədə razılığa gəldi” - Tramp
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Müğənni Əlikram Bayramovun qardaşı oğlu itkin düşüb - Xoşqədəm Hidayətqızı axtarır
-
Azərbaycanda uşaqlara verilən ən populyar adlar - SİYAHI
-
Qəbul imtahanın nəticələri açıqlandı - Ən yüksək balı kimlər toplayıb?
-
“Maskı bağışlaya bilərəm, amma...“ - Tramp
-
18 ildə 700 bal toplayan 116 nəfərdən biri də AMEA-ya üz tutmayıb - Niyə?
-
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO
-
Hava şəraiti dəyişəcək - Ayrı-ayrı yerlərdə leysan yağacaq
-
Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi
-
“Nüvə danışıqları uğursuz olarsa, ABŞ-ın regional bazalarını vuracağıq“ - İran müdafiə naziri
-
“Tramp haqqında yazdıqlarıma görə təəssüflənirəm” - İlon Mask geri çəkildi
-
Zaur Mikayılovun idarə rəisindən xəbəri var? - Əhmədağa İbrahimov əkinçilik fəaliyyəti ilə məşğuldur
-
Məmmədlidə vətəndaşın evini “sənəddə” başqası sahiblənib - FOTO
-
Beyləqanda bərpa-quruculuq işləri davam edir - FOTOLAR
-
Ən çox və ən az müharibə veteranı olan rayonlar - SİYAHI
-
Prezident bu futbolçula avtomobil hədiyyə etdi - FOTOLAR
-
Bu yay üçün bölgələrdəki otellərin qiyməti - SİYAHI
-
Gəncədə xəstəxanada oksigen balonu yanıb - Xəstələr köçürülür
-
Azərbaycanın silahlı deputatları: Tapança gəzdirənlər KİMLƏRDİ...
-
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
-
Tramp sülh gündəliyinə sadiqdir - Pentaqon rəhbəri
-
Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - Açıqlama
-
Ölkəmizdə ən çox siqaret çəkən bölgə bilindi - səbəb
-
Kartof çatışmazlığının səbəbi siyasidir - Lukaşenko
-
Şagirdlərin ağzını “skoç”layan müəllimə XƏBƏRDARLIQ
-
Dərhal həbs olunacaqlar - Tramp xəbərdarlıq etdi
-
Türkan Gündüz niyə öldürülüb? - TƏFƏRRÜAT
-
Azərbaycanda qarpızdan zəhərlənmə halları artıb - VİDEO
-
Dünya nüvə məhvi astanasındadır - ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri
-
İyulun 1-dən bəzi ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq - VİDEO
-
Nigar Camal yenə Şəbnəm Tovuzluya lağ etdi - VİDEO
-
Aybənizin ölümündə YENİ DETALLAR - Həkimin ali təhsili olmayıb
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Binəqədi rayonunda növbəti qanunsuz tikinti - VİDEO
TOP 10
ARXİV