Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Məktəblərdəki valideyn komitələri buraxılmalıdır“ - VİDEO

Tarix 27.09.25, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


Məktəblərdəki valideyn komitələrinin ləğv olunması istənilir. Bunun komitə rəhbərlərinin pul tələbindən təngə gələn valideynlər istəyirlər.

Vətəndaş “TikTok” sosial platforması üzərindən valideynlərə müraciət edib. Bu kimi müraciətlərin sayı nə birdir, nə də beş. Bu dəfə valideyn komitəsinin pul tələbindən təngə gələn isə digər valideyn qrupunun rəhbəridir.

Əlindəki mobil telefonun ekranında ona gələn saysıs-hesabsız şikayətlərin sayını göstərir və “TikTok” üzərindən valideynlərə müraciət edir.

Bahar İbadova validyenlərin giley dolu mürəciətini dilə gətirir və məktəblərdəki  valideyn komitə rəhbərlərinə çağrış edir.

“Xəzər Xəbər”in qaynar xəttinə valideyn komitə rəhbərlərinin tələbindən təngə gəlib müraciət edən valideynlərindən sayı az olmadığından, bu çağırış bizim də diqqətimizi cəlb etdi. Bu dəfə bir valideyn komitə rəhbəri digər həmkarlarına müraciət edir.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, paytaxtdakı orta ümumtəhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. O da qeyd olunub ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Hüquqşunas Şamil Paşayev isə deyir ki, bu kimi komitələrin fəaliyyətləri ilə bağlı arzuolunmaz məqamaların sayı çoxaldıqca, məsələnin hüquqi müstəvidə həllinə ehtiyac yaranır.



Hüquqşunas hesab edir ki, cəzasızlıq bu kimi halların artıq ənənəyə çevrilməsi ilə nəticələnir.



Xəbərin oxunma sayı : 286




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap