![]() |
|














Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir
Tarix 26.09.25, 21:00 |
|

Müharibəni təhrik edən əsas amillərdən biri beynəlxalq təşkilatların "ikili standartlar" siyasəti oldu. Münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 30 il ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir. Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar vermişlər. Sülhsevər və tolerant Azərbaycan xalqının "səbir kasasına" son qoymuş hərbi təxribat. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur.
Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Şanlı Qələbə ilə bitmiş 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Qələbə hərbi-siyasi yollarla təmin edildi. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür.
Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq - öldü var, döndü yoxdur. Qələbəmiz milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Əlioğlan Əşrəfli
Xəbərin oxunma sayı : 145
Sosial
Xəbərlər
-
Qalmaqallı FHN polkovniki vaxtından əvvəl azadlıq istəyir - Məhkəmə yox dedi
-
Trampın 21 maddəlik Qəzza planı ortaya çıxdı - Nələr var?
-
Mais Bərxudarov uzun müddət sonra... - FOTO
-
Prezident Gəncə şəhər stadionunun açılışında - Fotolar
-
Qarabağ sonsuza qədər Azərbaycandır - Ərdoğan
-
Yağışdan sonra bəzi əraziləri su basıb - VİDEO
-
Xırdalan 2 saylı məktəbdə “açıq bazar” - Səs yazısı yayıldı
-
Bazar gününün hava proqnozu: Bakıda külək, dağlarda qar...
-
Prezident “BakuBus”ın Gəncə Avtoparkının açılışında - Fotolar
-
İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - Açıqlama
-
DTX Anım Günü ilə bağlı paylaşım edib - VİDEO
-
Xankəndiyə döyüşlə daxil oldu, indi təhsil alır: “Elə burda ailə quracam“
-
Prezident Yevlaxda açılışda iştirak edib - FOTOLAR
-
Şəhidlərin xatirəsi üçün bir dəqiqəlik sükut - FOTOLAR
-
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTO
-
Törətdiyi əməllə 1 hektar əkin sahəsi yandı - FOTO
-
“Məktəblərdəki valideyn komitələri buraxılmalıdır“ - VİDEO
-
Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri başa çatıb
-
Bu yolda sürət həddi endirildi - Yağışlı havaya görə…
-
Yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA
-
Rəsmilər Zəfər abidəsini ziyarət edir - FOTOLAR
-
Əvvəl göl, indi göydələn? - Yasamalda qalmaqallı tikinti faciə ilə nəticələnə bilər
-
Müdafiə Nazirliyi Anım Günü ilə bağlı video-çarx paylaşdı - Real kadrlar
-
Ürək əməliyyatı keçirmiş kişi öldürüldü - Kürəkəni saxlanıldı
-
Azərbaycana mavi pendir satan ölkələr - Qiymətlər
-
Paytaxtın bu ərazilərində evlər ucuzlaşır - VİDEO
-
Ölkəmizin şanlı tarixi - Vətən Müharibəsi
-
Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi günüdür
-
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi - FOTO
-
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - Video +Foto
-
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür
-
Vüsalə aktrisalığa başlayır - məşhur serialda oynayacaq
-
Kim nə qədər səs toplayıb? - “Qızıl top“un nəticələri
-
“Bağçanın müdiri və yoldaşı uşaqların ərzağını mağazaya qoyub satırlar“ - VİDEO
-
“AAAF Park“da binanın zirzəmisində “moyka“ açılması ehtimalı sakinləri qəzəbləndirib - VİDEO
-
İcarəyə moped götürən şəxs şirkətin ondan artıq pul tələb etdiyini iddia edir - VİDEO
-
Təhsil İnstitutu da İsrail şirkətinə 1 milyona yaxın pul verəcək - Təhsilimizə xeyri olacaqmı?
-
Çağırışçıların nəzərinə: Oktyabr çağırışı üzrə xidmət yerləri açıqlandı
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
-
FHN Şabranda restoranın fəaliyyətini dayandırdı - VİDEO
-
Bazarlara vergi nəzarəti gücləndirilir - VİDEO
-
“Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçir” - KİV
-
“Müharibəni udmuşuq, indi isə sülhü udmaq istəyirik“ - Şahbaz Şərif
-
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir
-
“Oliqarx Baku“ restoranında müştəriləri belə aldadırlar: Saxta içkilər aşkarlandı
-
Azərbaycanlı tiktokerin açıq-saçıq gəlinliyi müzakirələr yaratdı - VİDEO
-
“Rusiya casus gəmisi Avropa sularında kəşfiyyat aparır“ - KİV
-
“Master-D“ MMC-də yoxlama: 31 min manat cərimə
-
Artıq maaşlar, nasaz avadanlıqlar - Dövlət qurumunda nöqsanlar aşkarlandı
-
İmişlidə toyda zəhərlənənlərin sayı artdı - Vəziyyəti ağır olanlar var
-
Putin və Lukaşenko görüşdü - 5 saat danışıblar
-
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə
-
Özünə peyğəmbər deyərək 4 il gizlənmişdi - Məhkəməsi başlayır
-
Bakıda gecə klubunda dava - 16 yaşlı qız sevgilisini bıçaqladı
-
Macarıstan dronları Ukrayna hava məkanını pozdu - Zelenski zəbərdarlıq etdi
-
Uşaq Evindəki qalmaqalla tanınan Məhəmməd həbs edildi - 10 il
-
Rəsmi İrəvanın işğalçı siyasəti müharibəni qaçılmaz etdi
-
Generaldan haqqındakı iddiaya əsəbi reaksiya: “Siz kimsiniz ki, məni yığmısınız?“
-
“ABŞ və Azərbaycan üçün həqiqətən də tarixi andır“ - Müvəqqəti işlər vəkili
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Şuşada yeni binalar tikiləcək - 31 milyon manat ayrıldı
-
Bakıda ev yandı - 1 nəfər tüstüdən zəhərləndi
-
Zelenski müharibə bitdikdən sonra vəzifədən gedəcək? - Özü açıqladı
-
“Aqrar Xidmətlər Agentliyi dövlət vəsaitini səmərəsiz xərcləyib“ - Palata
-
Vilayət Eyvazov və DİN-in rəhbər heyəti Zəfər parkında - VİDEO
-
Dövlət Su Ehtiyatları Agentliyində yoxlama: nələr ortaya çıxarıldı? - FAKTLAR
-
Prezident ABŞ-də keçirdiyi görüşlərlə bağlı paylaşım edib - VİDEO
-
Vəhdət Partiyasının 27 Sentyabr - Anım Günü ilə əlaqədar BƏYANATI
-
Bu halda vətəndaşdan lizinq ödənişi tələb edilə bilməz - Qərar
-
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
-
Azərbaycanda neçə uşaq xarici vətəndaşa övladlığa verilib? - RƏSMİ CAVAB
-
Qanunsuz balıq ovu edən bir qrup şəxs saxlanıldı - Fotolar
-
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək - Sabahın havası
-
Adnan Əhmədzadə yarım milyonluq cərimə edilibmiş - İsveçrədə
-
İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım etdi - VİDEO
-
Muzdlu işlə bağlı vahid bəyannamə belə veriləcək - Vergi Xidməti açıqlama yaydı
-
“Kolorit” restoranında heyvanlar qanunsuz saxlanılırmış - Fotolar
-
Vüsal Aslanova yeni müşavir təyin edildi - Fuad Rəfiyev 5-ci oldu
-
Beyləqanda Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası - Fotolar
-
Sabiq icra başçısı ifadə verdi:“Onun səsini şəxsən mən yazmışdım“ (VİDEO)
-
Mehdiabadda sabiq Bələdiyyə sədri 300 minlik torpaq sahəsini necə mənimsəyib? - FOTO
-
Yeni metro stansiyaları harada tikiləcək? - Siyahıda Zığ, Qaraçuxur və Bayıl da var
-
“Rusiya iqtisadiyyatı cəhənnəmə yuvarlanır“ - Tramp
-
Gəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi
-
“Azərsun Holdinq” tərkibində qadağan olunmuş ət yapışqanı aşkarlanan məhsulları satır? - FOTOLAR
-
Neft 63 dollardək ucuzlaşacaq, qaz bazarında dalğalanma olacaq - “The Economist“
-
“İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil” - Aleksandar Vuçiç
-
Bakıdan maşın almaq istəyən Rusiyada yaşayan azərbaycanlını belə aldatdılar - VİDEO
-
Gəncədə arvadından şübhələnən kişi onu izlətdi: “Qonşunun oğlu ilə gəzirsən“
-
“Hindistan Rusiya neftindən imtina etməsi üçün şərtini açıqlayıb“ - “Bloomberg“
-
Bədən şəkilləndirmədən sonra bədəni çürüyür - “Əslində həkim yox, aşpaz imiş“ - VİDEO
-
Prezidentdən Xəzərlə bağlı mühüm mesaj - “Vəziyyət pisdir”
-
“Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq“ - Azərbaycan Prezidenti
-
Manvel Qriqoryanın etirafları məhkəmədə... - Fotolar
-
Azərbaycanda atalıq məzuniyyətinə nə qədər pul ödəniləcək? - VİDEO
-
E-Polis mobil tətbiqində yenilik - VİDEO
-
“Münaqişənin dondurulmasına çalışdılar” - İlham Əliyev
-
Hibrid avtomobillər Azərbaycana neçəyə gətirilir? - Tam saiyahı
-
“Türkiyə ABŞ-dən “F-16“ və “F-35“ qırıcıları almaq istəyir“ - “İstədiyini alacaq...“
-
Prezident BMT-dən dünyaya səsləndi - VİDEO
-
Mesajlar tərcümə ediləcək − “WhatsApp”dan yenilik
-
Ebru Gündeş boşanmaq qərarına gəlib - Dördüncü dəfə
-
Ağsu RİH-də 14 minlik cari təmir - İşləri həyata keçirən şirkət kimindir?
-
Bakıda gecə klubunda soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
-
Əli Həsənovun kürəkəni Avropanı “satın alır“ - Yaxta şirkəti,klinika, pansionat, otellər...
-
“Xahiş edirəm, azadlığa buraxın, evlənək...” - 8 il həbs verildi
-
“HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar“ - Mahmud Abbas
-
Prezident İlham Əliyev BMT Baş katibi ilə görüşüb - FOTOLAR
-
Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı yeni qərar verildi - Nələr olacaq?
-
“Müharibə bitdikdən sonra istefa verməyə hazıram” - Zelenski
-
“Tikintini aparanların məsuliyyətsizliyidir, cəzalarını almalıdırlar” - Deputat
-
Parlamentin payız sessiyası başlayır - Gündəlikdə 12 məsələ var
-
“Qarabağ” bilet qiymətlərini xeyli artırdı - QİYMƏTLƏR
-
Azərbaycanlılara qarşı cinayətlərlə bağlı etiraf: Onları terrora məruz qoyurduq
-
Tanınmış türk iş adamından azərbaycanlı assistentinə ittihamlar - “Pulumu sevgilisinə xərclədi”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prokurorluq Ülviyyə İlyasovanın həbsini tələb etdi - İş məhkəməyə getdi
-
Temperatur 8 dərəcə enəcək: Leysan, şimşək, sulu qar...
-
“Amerikalılar bunu yadda saxlamalıdırlar” - Medvedev hədələdi
TOP 10
ARXİV