Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Azərbaycana mavi pendir satan ölkələr - Qiymətlər

Tarix 27.09.25, 9:14

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın xaricdən idxal etdiyi məhsullar arasında mavi pendir də yer alıb.

Valyuta.az xəbər verir ki, cari ilin ilk 8 ayında ölkəyə ümumilikdə 8,97 ton mavi pendir gətirilib. İdxal olunan məhsulun ümumi dəyəri 94,41 min ABŞ dolları təşkil edib.

Ən çox mavi pendir Danimarkadan idxal olunub. Belə ki, bu ölkədən 8,63 ton məhsul gətirilib və 90,53 min dollar vəsait ödənilib. Hər kiloqramın dəyəri 10,49 dollar və ya 17,83 manat olub.

Rusiyadan idxal edilən 0,02 ton mavi pendirin dəyəri 0,2 min dollar təşkil edib. Bu ölkədən gətirilən məhsulun 1 kiloqram qiyməti 10 dollar və ya 17 manat olub.

Almaniyadan isə 0,05 ton məhsul idxal olunub və bunun üçün 0,88 min dollar ödənilib. Burada bir kiloqramın qiyməti 17,6 dollar və ya 29,92 manat olaraq qeydə alınıb.

Belçikadan gətirilən 0,01 ton məhsul üçün 0,09 min dollar vəsait sərf olunub. Bu ölkədən idxal olunan 1 kiloqram mavi pendirin qiyməti 9 dollar 15,3 manat olub. İtaliyadan isə 0,21 ton məhsul idxal olunub və 1,98 min dollar ödənilib. Hər kiloqramın qiyməti 9,42 dollar və ya 16,02 manat təşkil edib.

Statistikada Fransadan gətirilən mavi pendirin miqdarı göstərilməsə də, idxal dəyəri 0,06 min dollar olub. Digər ölkələrdən idxal edilən 0,05 ton məhsul üçün isə 0,67 min dollar ödənilib. Burada hər kiloqramın qiyməti 13,4 dollar və ya 22,78 manat səviyyəsində olub.

Beləliklə, idxalda ən böyük həcm Danimarkanın, ən yüksək qiymət isə Almaniyadan gətirilən məhsulların payına düşüb.



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap