“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ən çox dövriyyəsi olan investisiya şirkəti hansıdır? - SİYAHI

Tarix 04.09.25, 22:32

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Fond Birjası bu ilin yanvar-avqust ayı üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin həcmini açıqlayıb. Açıqlanan son göstəricilər illik müqayisədə bəzi şirkətlərin kəskin artım, digərlərinin isə ciddi azalma ilə üzləşdiyini ortaya qoyur.

Valyuta.az xəbər verir ki, BFB-nin məlumatına görə, dövriyyə həcminə görə birinci yeri 23 milyard 978 milyon 267 min manatlıq əməliyyatla "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC tutur. Şirkət ötən illə müqayisədə dövriyyəsini 10 milyard 36 milyon manat artıraraq 54,7% artıma nail olub.

İkinci yerdə isə 20 milyard 443 milyon 381 min manatlıq əməliyyatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC qərarlaşıb. Şirkətin illik artımı 6 milyard 733 milyon manat və ya 39,1% təşkil edib.

Üçüncü yeri isə 3 milyard 215 milyon 943 min manat dövriyyə ilə "CPM-İnvest İnvestisiya Şirkəti" QSC tutur. Bu şirkət də ötən illə müqayisədə 64,8% artım göstərib.

Lakin bazarın diqqət çəkən ən böyük sıçrayışı "Troni İnvestisiya Şirkəti"ndə qeydə alınıb. 2024-cü ildə cəmi 2,2 milyon manatlıq əməliyyat aparan şirkət, 2025-ci ildə dövriyyəsini 529,4 milyon manata yüksəldərək 236,3 dəfə artım nümayiş etdirib. Bu göstərici şirkəti bazarın ən sürətli artım tempinə sahib iştirakçısına çevirib.

Kəskin artım göstərən digər şirkətlər arasında "Xalq Kapital İnvestisiya Şirkəti" də yer alır. Onun dövriyyəsi 274 milyon manatdan 1 milyard 853 milyon manata yüksəlib. Bu, 6,8 dəfə və ya 576,1% artım deməkdir. "Invest-Az İnvestisiya Şirkəti" isə 802,7 milyon manat artımla dövriyyəsini 2 dəfə artırıb.

Bununla yanaşı, bəzi şirkətlərdə ciddi azalmalar müşahidə olunub. Ən böyük azalma "AsFinance / CFI Financial" şirkətində qeydə alınıb. Şirkətin dövriyyəsi 2024-cü ildəki 2 milyard 54 milyon manatdan 2025-ci ildə 199 milyon manata düşərək 10,3 dəfə və ya 1,85 milyard manat azalıb. Eyni zamanda, "MFX Trading İnvestisiya Şirkəti" 2,4 dəfə, yəni 204,8 milyon manatlıq azalma ilə üzləşib.

"Assist Finance İnvestisiya Şirkəti" də dövriyyəsində 1 milyard 63 milyon manatlıq və ya 25,7% azalma yaşayıb. "Unicapital"da isə bu göstərici 38,8% olub.

Digər tərəfdən, "Inno Kapital" və "Capital Partners" kimi nisbətən kiçik oyunçular da illik müqayisədə müvafiq olaraq 39,9% və 40,3% artım əldə ediblər. 



Xəbərin oxunma sayı : 757




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap