“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Nə qədər ki, Rusiya sülhməramlıları var, sülh olmayacaq” - Tomas De Vaal

Tarix 12.01.23, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan və Ermənistan arasında yaxın gələcəkdə heç bir sülhün mümkün olmadığı haqqında rəy var. Hamı düşünür ki, 2025-ci ildə sülhməramlıların missiyası başa çatana qədər sülh əldə olunmayacaq”.

Bu sözləri “Turan”a açıqlamasında Britaniyalı ekspert Tomas De Vaal deyib. 

Onun sözlərinə görə, Ukraynadakı müharibədən sonra heç kim Rusiyadan razı deyil: “Azərbaycanda da, Ermənistanda da Rusiyaya etimad çox azdır”.

Tomas De Vaalın fikrincə, ekoloji fəalların aksiyasından sonra Xankəndindəki separatçı rejimində ruslara etimad səviyyəsi azalıb.

De Vaal iddia edib ki, Paşinyanın KTMT ilə bağlı ifadələri onun bu təşkilat və ümumilikdə Rusiya üzrə xəttidir. Onun Ermənistanın KTMT-də iştirakı üçün perspektiv olmaması haqqında ifadələri bu versiyaya dəlalət edir.

Ekspert ehtimal edir ki, Rusiya, Ermənistanın məcburi müttəfiqidir və Paşinyan daha geniş beynəlxalq münasibətlər spektrinə malik olmaq istərdi.

Ancaq bununla belə Britaniyalı ekspert də real vəziyyət fərqli olduğunu, Rusiyanın hazırda həm Ermənistanın, həm də Xankəndindəki rejimin təhlükəsizliyini təmin edən yeganə ölkə olduğunu təsdiqləyib.



Xəbərin oxunma sayı : 658




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap