Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“Qanunun sərt üzü üzə çıxmalıdır“ - Əflatun Amaşov

Tarix 10.08.22, 12:44

Font ölçüsü : - / +
bitmap-img6


“Dövlət hər bir cəmiyyət üzvünün hüququnun qorunmasına mükəlləfdir. Mətbuat Şurası media ilə ictimaiyyət arasında münasibətləri tənzimləyən ictimai qurumdur. Bu vaxta qədər Mətbuat Şurasına vəzifəli şəxslər, vətəndaşlar tərəfindən 18 minə yaxın şikayət daxil olub”.

Bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, şikayətlərin tam əksəriyyəti araşdırılıb: “Bu günlərdə də Mətbuat Şurasına şikayətlər daxil olmaqdadır. Sabah biz iclasımızda bəzi şikayətlərə baxacağıq. Mətbuat Şurası olaraq jurnalistlərə 1000-ə yaxın “press” gödəkçələr də verilib. Biz jurnalistlərin pandemiya dövründə vaksinasiyasını da təşkil etmişik”.

Ə.Amaşov qeyd edib ki, reketçiliklə bağlı məsələlər cinayət işidir: “Azərbaycan mətbuatında reketçilik mövcud olub. Daxil olan şikayətlərin də 30-35 faizi reketçiliklə bağlıdır. Əvvəlki dövrlərə nisbətən indi reketlər daha peşəkarlaşıb. Qanunun sərt üzü üzə çıxmalıdır. Hər iki tərəf cəzalandırmalıdır. Onlar jurnalistikaya cəmiyyəti məlumatlandırmaq üçün gəlməyiblər. Təklif edirəm ki, reketçilik edənlərlə bağlı qanun sərtləşdirilsin”/Report.

Mətbuat Şurasının sədri əlavə edib ki, yaxın günlərdə Media Reyestri yaradılacaq..

Onun sözlərinə görə, son vaxtlar medianın inkişafı ilə bağlı xeyli islahatlar həyata keçirilib: “Media haqqında” yeni qanun qəbul edilib. Biz cəmiyyətin media savadlılığının artırılması istiqamətində işlər görməliyik”.



Xəbərin oxunma sayı : 577




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap