Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun
Axtar
 
  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində!

Tarix 31.08.23, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda pley-off mərhələsinin cavab matçında Sloveniya "Olimpiya"sını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gələn ağdamlılara bu gün uduzmamaq kifayət edirdi. Belədə təmsilçimiz Avropa Liqasının qrupuna vəsiqə əldə edəcəkdi.

Görüşü İspaniyadan olan hakimlər briqadası idarə ediblər. Baş hakim Alexandro Eernandesə Xose Naranxo və Dieqo Sançes Roxo kömək ediblər.

Bu görüşün yekununda heç-heçə qeydə alınıb. Bu nəticə Azərbaycan çempionunu Avroliqanın qrup mərhələsinə çıxarıb.

UEFA Avropa Liqası
Pley off mərhələsi, cavab oyunu
31 avqust

"Qarabağ" - "Olimpiya" (Sloveniya) 1:1
Qollar: Toral Bayramov, 24-pen - Dioqo Pinto, 36.
Hakimlər: Alexandro Ernandes, Xose Naranxo, Dieqo Sançes Roxo, Alexandro Munyis Ruis  (hamısı İspaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
(ilk oyun - 2:0)

Qarabağ: 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Olimpiya: 69. Matevj Vidovşek, 2. Jorj Silva, 6. Mateo Karamatik, 10. Timi Elşnik (k), 14. Marsel Ratnik, 20. Nemanya Motika, 23. Dioqo Pinto, 34. Aqustin Doffo, 37. Pedro Lukas, 43. Aylaj Krefl, 99. Rui Pedro.
Baş məşqçi: Joao Enrikes.



Xəbərin oxunma sayı : 586




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap