Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Qarabağ şikəstəsi” necə yarandı? - VİDEO

Tarix 10.05.21, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Nəzakət Teymurova tərəfindən Xan Şuşinski ilə birlikdə ifa olunan "Qarabağ şikəstəsi” son günlərdə geniş müzakirə olunur. Belə bir ifa dinləyicilər tərəfindən də çox sevilib.

Bəs bu ideya necə yarandı? Belə ifa yenə gözlənilirmi?

Qaynarinfo xəbər verir ki, Əməkdar artist Əliağa Sədiyev Bakupost.az -a bildirib ki, bütün xanəndələr, hər kəs "Qarabağ şikəstəsi”ni ifa edib:

"Bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev Nəzakət xanım üçün bunu aranjirovka etdi. Qara Qarayev adına Dövlət Kamera orkestri və rəhbərlik etdiyim Xarı bülbül muğam qrupu üçün "Qarabağ şikəstəsi”ni aranjirovka etdik. İlk dəfə Nəzakət xanımla Heydər Əliyev adına sarayda konsertdə 2009-cu ildə bunu təqdim etmişdik. Bundan sonra da bir çox konsertlərdə ifa etdik. Noyabr ayında qələbə qazandıqdan sonra doğurdan da insanın hissləri oyandı, qələbədən sonra sanki hər kəsdə başqa bir sevinc yarandı. Qara Qarayev adına Dövlət Kamera orkestri, tar, kamança, balaban, nağara, Xarı bülbül muğam qrupunun müşayiəti ilə belə bir ifada Xan Şuşinskinin səsi necə olardı deyə, fikrimə gəldi. Nəzakət xanımla Xan Şuşinskinin oxumağını birləşdirsək, səs uyğunluğu necə maraqlı olardı, deyə düşündüm. Nəzakət xanım üçün də Xan Şuşinski ilə virtual duet yarandı. Burada böyük iş tələb olunurdu. Səsyazma studiyasında Xan Şuşinskinin səsini işləmək, təmizləmək, yüksək şəkildə təqdim etməyi öz üzərimə götürdüm. Səs rejissorumuz Vilayət Qəhrəmanzadənin də burada böyük əməyi var. Amma bu işin sırf ideya müəllifi və musiqi tərtibatı mənə aiddir. Harada Xan Şuşinskiyə yer vermək, onların duetini təşkil etmək, ikisinin oxuma tərzini uyğunlaşdırmaq lazım idi. Bunlar hamısı bərabərləşdirilib, dəqiqləşdirilib ortalığa belə bir iş gəldi. Bu bizim qələbəmizə, zəfərimizə, Şuşanın azad olunmasına, Xan Şuşinskinin ruhuna ithaf olunur. İstər musiqiçilər, istərsə də dinləyicilər, tamaşaçılar olsun, hər kəs bunu çox bəyəndi. Düşünürəm ki, işimiz hədər getmədi, insanlarada xoş təsir yaratdı”.

Ə. Sədiyevin sözlərinə görə, yaxın zamanlarda Arif Babayevlə birlikdə də ifa təqdim olunacaq: "İnşallah, Arif Babayevlə birlikdə tezlikdə, klip çəkilişi edə biləcəyik”.







Xəbərin oxunma sayı : 604




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap