Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qətl zamanı zamanı Nazim İbrahimov da orda olub ƏTL ZAMANI...” – “Rövşən Əkbərov onu hərbçi bıçağı ilə vurub...”

Tarix 16.03.21, 17:16

Font ölçüsü : - / +
bitmap-img6


Barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş general-leytenant Rövşən Əkbərovun işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Prokurorluq onun həbsini təsdiqləsə də, ittiham olunduğu maddələri açıqlamayıb. 

Xatırladaq ki, İstintaq İdarəsində 20 ilə yaxındır ki, Rövşən Əkbərovun adı keçən, qəsdən adamöldürmə ilə bağlı cinayət işi var. Həmin cinayət işi 2001-ci ildə Ukrayna Baş Prokurorluğundan Bakıya göndərilib və Kiyevdə azərbaycanlı iş adamı, 29 yaşlı Əliyev Elçin Fəday oğlunun qətlə yetirilməsi ilə bağlıdır. O zaman Ukrayna Baş Prokurorluğundan Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktubda qeyd olunmuşdu ki, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakına dair sübutlar müəyyən edilib. Lakin o, Azərbaycan vətəndaşı olduğuna və öz ölkəsinin ərazisində yaşadığına görə, toplanmış sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Bakıya göndərilir. İş Azərbaycana göndəriləndən sonra istintaq Hərbi Prokurorluğa həvalə olunub. Lakin az sonra materiallar bu qurumdan alınaraq, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib. Bir müddət sonra bu idarədə də icraat dayandırılıb.

Ötən 20 il ərzində mərhum Elçin Əliyevin valideynləri – Səmayə Əliyeva və Fəday Əliyev dövlət orqanlarına onlarla məktub və teleqramlar göndərib, Rövşən Əkbərovun məsuliyyətə cəlb olunmasını tələb ediblər. Onlar dəfələrlə mətbuat konfransı keçirib, mediaya müsahibələr verərək, övladlarının ölümündə generalı ittiham ediblər. Hətta iş mərhum vəkil Elton Quliyevin hüquqi yardımıyla Avropa İnsan Haqları Məhkəməsi müstəvisinə də çıxarılıb. AİHM 2014-cü il iyulun 31-də çıxardığı qərarda bu iş üzrə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda vurğulanıb ki, ərizəçilərin oğlunun ölümü ilə bağlı düzgün və effektiv araşdırma aparılmayıb. Strasburqdan Azərbaycan hökumətinə sorğu göndərilərək ərizəçilərin şikayətinə hökumətin cavabı istənilib. O zaman Azərbaycan hökuməti bildirib ki, bütün lazımi istintaq hərəkətləri aparılıb, Rövşən Əkbərovun bu işə aidiyyəti olması müəyyənləşməyib.

Açıklama yok.

Səmayə Əliyeva bildirirdi ki, oğlunun Kiyevdə Rövşən Əkbərov tərəfindən öldürülməsinə Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov da şahid olub. Həmin dövrdə Nazim İbrahimov Ukraynada səfir idi. “Nazim İbrahimov həm də oğlumla dost idi. Onlar ikisi oğlumla restoranda olublar. Rövşən Əkbərov sonradan gəlib. Üçü birlikdə oturublar. Necə olubsa, mübahisə yaranıb. Oğlum durub gedib. Qapıdan çıxanda elə maşınının yanında Rövşən Əkbərov onu hərbçi bıçağı ilə vurub. Nazim İbrahimov da bunu yaxşı bilir”, – Səmayə Əliyeva belə deyirdi.

Criminal.az saytı iddia edib ki, S.Əliyeva istintaqa ifadəsində və mediaya müsahibələrində "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuzun da qətl hadisəsinə şahid olduğunu bildirib. Qeyd edib ki, hadisə zamanı baş redaktor qorxudan şoka düşüb, pəncərədən çıxıb qaçıb.

Y.Oğuz criminal.az saytına açıqlamasında bildirib ki, qətl baş verən zaman hadisə yerində olmayıb: "Mən 1998-ci ildə Azərbaycana qayıtmışam, qətl isə 2001-ci ildə baş verib. Qətldə mənim adımı hallandıranları məhkəməyə verəcəm. Elçinin anası da müsahibələrində mənim adımı çəkməyib. O, "Yunus Oğuzun qardaşı" sözünü deyə bilər".

Qeyd edək ki, 2020-ci ildə ehtiyata buraxılan 56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinə qarşı əməliyyatlarda iştirakına görə həmin ilin oktyabrında Milli Qəhrəman adına layiq görülüb. Generalın 1995-ci ilin martında “OMON qiyamı”nın yatırılmasında da iştirakı məlumdur. Həmin əməliyyat zamanı “OMON”un komandiri Rövşən Cavadov öldürülüb.

Rövşən Əkbərov 2002-ci ildə general-leytenant rütbəsi alıb, 2003-cü ildə “Vətən uğrunda” medalı ilə təltif olunub, 2011-ci ildə isə korpus komandiri təyin edilib, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.





Xəbərin oxunma sayı : 934




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap