“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İran Muğanda neft istehsalına hazırlaşır - Bölgəyə qazma qurğuları və işçi heyət daşınır

Tarix 16.05.21, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


İran Azərbaycanının Ərdəbil vilayətində yerləşən Muğan bölgəsinə neft istehsalı üçün istifadə olunan qazma qurğusu gətirilib. İran dövlət teleradiosunun verdiyi məlumata görə, təqribən 10 il sürən araşdırmalardan sonra nəhayət Cəfərabad bölgəsinə neft istehsalı üçün qazma qurğularının quraşdırıldığı bildirilir.

Parsabad, Biləsuvar və Aslanduzun parlamentdəki deputatı Abbas Cahangirzadə qazma qurğusunun parçalarının 120 yük maşını ilə bölgəyə gətirilərək quraşdırıldığını ifadə edib. Onun verdiyi məlumata görə, Muğan bölgəsində neft qazma işləri üçün bölgəyə 100 nəfər də yerləşdirilib.

Daha əvvəl Cahangirzadə neft istehsalının başlanması üçün lazım olan infrastrukturun, o cümlədən yolların, elektrik enerjisinin və qazın bölgədə təmin edildiyini açıqlamışdı.

İranın Neft və Enerji xəbər agentliyi SHANA-nın yayımladığı məlumata görə, Muğana gətirilən qazma qurğusu İranın güneyində yerləşən ən çox neft yataqları mövcud olan Xuzestan vilayətinin Ahvaz şəhərindən gətirilib.

Bölgədə 2 min at gücü və 6 min metr dərinlikdə neft və qaz quyularının qazılması imkanına sahib olan qurğudan istifadə ediləcək. Muğana gətirilən qazma qurğusu 2000-ci ildə İranın güneyində işə alınıb və indiyədək 33 neft və qaz quyusu qazıb.

İran rəsmiləri daha öncə İran Azərbaycanının Sarab və Bostanabad şəhərlərində neft mənbələrinin olduğu ehtimalından xəbər vermişdilər. Şərqi Azərbaycan vilayətinin bu şəhərlərində neft yataqları olma ehtimalından xəbər verilib, mənbələrdən neft çıxarıla biləcəyi haqda tədqiqatın davam etdiyi bildirilib.

"AzPolitika.info"



Xəbərin oxunma sayı : 838




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap