| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
İranın “Zəngəzur dəhlizi” xofu – TƏHLİL
Tarix 08.08.22, 9:54 |
|
Ekspertlər hesab edirlər ki, Tehran Zəngəzur dəhlizinin açılmasına etiraz etməklə Azərbaycan, Rusiya, ABŞ və Avropa İttifaqının formalaşmış konsensusuna qarşı çıxır. Amma arxa planda İranın Ermənistan sevdası da var. Bəzi dairələr Ermənistanın güclənməsini istəyir.
Hər dəfə Zəngəzur dəhlizinin açılması söhbəti gündəmə gələndə İranın reaksiyası birmənalı olmur. Hətta ayrı-ayrı rəsmilər bəyan edirlər ki, hər vəchlə buna mane olacaqlar. Amma bəllidir ki, dünyanın böyük gücləri bu dəhlizin açılmasını istəyir. Lakin İran tərəfi xofa düşüb və qeyri-müəyyən açıqlamalarla “hədə-qorxu” gəlir. İranın xofunun arxasında nə dayanır? Ümumiyyətlə, bu ölkə Zəngəzur dəhlizinin reallaşmasına mane ola bilərmi?
Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:
“Rusiya təhlükəsizliyə cavabdeh olmalıdır”
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Zaur İbrahimli bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb: “Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması təsbit edilib. 10 noyabr Bəyanatı Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasının təmin edilməsini Ermənistanın öhdəliyi kimi nəzərdə tutur. Rusiya isə Bəyanata imza atan vasitəçi - üçüncü tərəf kimi təhlükəsizliyə cavabdeh olmalıdır”.
“İranın açıq etiraz etməsi...”
Ekspert hesab edir ki, İran bu proseslərdən kənardadır və rəsmi Tehranın hər hansı rolu nəzərdə tutulmayıb: “Şübhəsiz ki, bölgənin böyük dövləti, Azərbaycan və Ermənistanla sərhədi olan İran bu məsələlərlə bağlı müzakirələr apara bilər. Azərbaycan dəfələrlə bəyan edib ki, bölgədə əməkdaşlığı gücləndirəcək, iqtisadi rifaha xidmət edəcək əməkdaşlıq formatı və təşəbbüslərini dəstəkləyir. Lakin İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi, Tehrandan səslənən açıqlamalar bu müstəvidən və formatdan kənara çıxır. Bu, Azərbaycan üçün qəbuledilməzdir. İran bu mövqeyi ilə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Rusiya, ABŞ və Avropa İttifaqının formalaşmış konsensusuna qarşı çıxır. Zəngəzur dəhlizi Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Rusiya üçün bu, Cənub istiqamətində və Türkiyə ilə logistika imkanlarıdır, eyni zamanda Şərq-Qərb dəhlizinin Türkiyə istiqaməti üzrə yeni qolunun açılmasını təmin edir. Ermənistanın isə nəqliyyat blokadasından çıxmasını şərtləndirəcək yeni imkandır. Bütün bunların fonunda İranın Zəngəzur dəhlizinin açılmasına qarşı açıq etiraz etməsi, Tehranın özünü regional iqtisadi əməkdaşlıq formatından kənarda qoyması deməkdir”.
“Tehranın gerçək niyyəti aydındır”
Z.İbrahimli qeyd etdi ki, Türkiyə və Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı təşəbbüsləri, Azərbaycanın qəti mövqeyi İranın regiondan təcrid olunmasına yol aça bilər: “İranın bu yanaşması Tehran-Bakı münasibətlərinə də yenidən nəzər salmağı zəruri edir. Hazırda Azərbaycan İranla birgə çox əhəmiyyətli təşəbbüsləri icra edir. Şimal-Cənub nəqliyyat dəhlizinin tamamlanmasını, Araz çayının su resurslarından birgə istifadə edilməsini, birgə müəssisələrin yaradılmasını, Türkmənistan qazının alınması ilə bağlı İranın iştirakı ilə bağlanmış sazişi misal göstərə bilərik. İran bu mövqeyi ilə reallıqdan uzaq arqumentləri müdafiə etməyə çalışır, sanki Zəngəzur dəhlizi İranla Ermənistan arasında quru əlaqəyə mane olacaq və s. Xəritəyə göz atmaq kifayətdir ki, bunun açıq yalan olduğu aşkarlansın. Reallıqda isə İranı narahat edən başqa məsələlərdir. Zəngəzur dəhlizi açılsa, Azərbaycanın Türkiyə ilə quru əlaqəsi yaranacaq ki, bu da Ankaranın mövqeyini gücləndirəcək. Üstəlik, Azərbaycanın Naxçıvanla quru əlaqəsi məsələsində İrandan asılılıq aradan qalxacaq və Rusiya Cənub istiqamətində alternativ kommunikasiya əldə edəcək. Əslində, İranı narahat edən də bunlardır. İranın gerçək niyyəti regionda bütün oyunçular üçün aydındır. Amma Azərbaycanın qəti mövqeyi və mövcud beynəlxalq şərtlər deməyə əsas verir ki, İran Zəngəzur dəhlizinin reallaşmasının qarşısını ala bilməz”.
“Türkiyənin çəkisi artmağa başlayır”
Politoloq Samir Hümbətov bildirdi ki, Zəngəzur dəhlizinin açılmasını İran özünə qarşı siyasi, iqtisadi və təhlükəsizlik baxımından böyük təhdid hesab edir: “Siyasi baxımdan ona görə ki, Türkiyənin çəkisi artmağa başlayır. Quru sərhədlərinin formalaşması Türkiyədən başlayaraq Çinə qədər böyük bir ərazini əhatə edən türk coğrafiyası olacaq və bu da İran üçün xoşagəlməz hal hesab olunur. Çünki təkcə Azərbaycan deyil, o zaman Türkmənistan da türk coğrafiyasına daxil olur. Bu da İranın şimal hissəsindəki sərhədləri boyunca böyük türk coğrafiyasının formalaşması deməkdir. Digər tərəfdən isə İran iddia edir ki, əgər Zəngəzur dəhlizi açılarsa, həm İsrail, həm ABŞ, həm Avropanın bəzi dövlətləri burada möhkəmlənə bilər”.
“İran mane ola bilməyəcək”
Ekspertin sözlərinə görə, indiki halda Türkiyədən yüklər İran vasitəsilə həm Azərbaycana, həm də Mərkəzi Asiya və digər dövlətlərə göndərilir: “Bu da tranzit xərci deməkdir və Türkiyə hər avtomobil üçün İrana pul ödəyir. Bu rəqəm də 1000-1800 dollar arasında dəyişir. Bu baxımdan İran nəqliyyat qovşağı olaraq mövqeyini itirmək istəmir. Təhlükəsizlik baxımından isə hesab edir ki, dəhliz açılarsa, o zaman Türkiyə möhkəmlənəcək. Türkiyə NATO dövləti olduğu üçün dolayı yolla ABŞ möhkəmlənəcək. ABŞ möhkəmlənəcəyi halda, İrana böyük təhdid ola bilər. Amma arxa planda İranın Ermənistan sevdası da var. Bəzi dairələr Ermənistanın güclənməsini istəyir. Eyni zamanda erməni lobbisindən öz maraqları üçün istifadə etməyə çalışırlar”.
S.Hümbətov vurğuladı ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir və bununla bağlı bütün işlər görülür: “Düşünürəm ki, qısa zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə ediləcək. Zəngəzur dəhlizi ilə bağlı məsələ həm 10 noyabr 2020-ci il bəyannaməsində, həm də 11 yanvar və 26 noyabr 2021-ci il bəyannamələrində yer alıb. Ona görə də imzalanmış bu sənədlərin şərtləri mütləq yerinə yetiriləcək və İran da buna mane ola bilməyəcək”.
Xəbərin oxunma sayı : 1087
Analiz
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İranda gizlənən həqiqətlər - Ölkəni kim idarə edir və rejimi nə gözləyir?
-
Sevgi münasibəti məhkəmə zalına daşındı: Tiktoker üçün ağır cəza tələb edildi
-
Haalandın Dünya Kubokundan qayıdışı gündəm oldu - FOTO
-
Azərbaycanda ötən il 3 nadir xəstəliyə yoluxma qeydə alınıb: Hansılardır?
-
Travmatologiya İnstitutunda izdiham: Səbəb açıqlandı - VİDEO
-
Məktəblər üçün 9 milyonluq tender: Hansı işlər görüləcək?
-
Pelleqrini İlham Əliyevin jestindən yazdı: “Məni qəlbdən təsirləndirdi“
-
Azərbaycanda bu ay hansı məhsullar bahalaşıb? - SİYAHI
-
Qızını boşatdırmaq istədi, kürəkəni tərəfindən öldürüldü - Şamaxıdakı qətlin TƏFƏRRÜATI
-
Prezidentlər Baş Qərvənd kəndində görülən işlərlə tanış oldu - FOTOLAR
-
Nihat Kahveci saxlanıldı - Keçmiş arvadını döydüyünə görə
-
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq - PROQNOZ
-
Ölkədə müvəqqəti olma müddətinin uzadılması elektron qaydada aparılacaq - Rüsum alınmayacaq
-
İnflyasiya 5,7 faizə yüksəldi - Ən çox bahalaşan sahələr açıqlandı
-
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
-
Dünyada ən çox tankı olan ölkələr - Azərbaycan və Türkiyə neçənci sıradadır? (SİYAHI)
-
“Həddinizi bilin, hamınıza üzr istətdirəcəyəm“ - FOTO
-
Milli Məclis enerji resursları barədə daha bir qanun qəbul edib - Dəyişiklik
-
“Dövlətlərarası münasibətlərimizin tarixində yeni dövr başlayıb” - Əliyevdən Makrona təbrik
-
“Həkimlərin sayı az, növbə sistemi isə yoxdur...” - VİDEO
-
Azərbaycanda Media və Yayım Şurası yaradıldı - Deputatlar “hə“ dedi
-
“Onlar Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı“ - Hikmət Hacıyev
-
İlham Əliyev və Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
-
Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan açıqlama
-
Azərbaycan beynəlxalq yükdaşımalardan nə qədər qazanıb? - Deputat rəqəmləri açıqladı
-
Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTOLAR
-
İxtisas seçimində hansı qrupa qəbul olmaq nisbətən asan olacaq? - VİDEO
-
Azərbaycan nefti 3 dollardan çox bahalaşdı - Yeni qiymət
-
Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
-
Xırdalanda sakinlərin dözülməz həyatı: “Pəncərəni açmağa qorxuruq“ (VİDEO)
-
Binəqədidə gün ərzində bir neçə saat su verilir - VİDEO
-
Azərbaycanda neçə milyonçu var? - SİYAHI
-
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
-
Qobustanda uçan körpünün inşası nə vaxt bitəcək? - VİDEO
-
Magistral su xətti partladı, 6 kənd susuz qaldı - VİDEO
-
PSJ “Nike” ilə müqaviləni 2037-ci ilə qədər uzadır - İlə 100 milyon
-
DİM beynəlxalq dil sertifikatlarını tanımır? - Açıqlama
-
AQTA-dan şübhəli arıqlama məhsulları ilə bağlı - Çağırış
-
“Zəngəzur dəhlizi vacib layihədir” - İlham Əliyev
-
Rusiyanın özəl təyyarəsi İrana gəldi - Xameneyini gətirib?
-
Abbasov üç nəfərə yüksək vəzifə verdi - ADLAR
-
Tramp Hörmüz boğazından keçidlərə görə haqq tələb edir - Rəqəmi AÇIQLADI
-
Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi
-
Milyonlar geri çəkildi - Cahangir Əsgərovun ailə şirkətində nə baş verir?
-
Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Nazirlik bu klinikada pozuntular aşkarladı: Yararlılıq müddəti bitmiş dərmanlar tapıldı
-
Bir ayda Avropada 10 mindən çox ölüm - İstilərə görə
-
Türkiyəli məşhur müğənni Haluk Levent niyə saxlanılıb? - Şok iddialar
-
Məktəbdə 1,2 milyonluq əlavə tikinti - Layihə sayğac satan şirkətə həvalə olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İsraildən Suriyada yeni hərbi plan - Ərdoğan xüsusi tapşırıq verib
-
Şamaxı Rəsədxanasından xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir
-
Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri
-
Azərbaycanda dövlət qurumu ləğv edildi - 2 il öncə yaradılmışdı
-
Nizami rayonunda qanunları kim ayaqlar altına atır? - VİDEO
-
Hikmət Hacıyev “TikTok“ və “LinkedIn“ nümayəndələri ilə rəqəmsal təhlükəsizliyi müzakirə etdi - FOTO
-
Xırdalanda nəqliyyat paradoksu: Müasir avtobuslar yolsuzluğa görə xəttini dəyişə bilər
-
Bakıda mağazadan terminal oğurlandı - ANBAAN VİDEO
-
“Ancaq özümüzə və dövlətə güvənməliyik“ - “Müharibədən sonrakı dövr çox çətin idi“
-
6 saylı RETS-ə cinayət işi - Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər
-
Milli Məclisdən mühüm qərar: Bu şəxslərə vergi güzəşti
-
Sabahın hava proqnozu açıqlandı - Çox isti olacaq
-
600 mindən çox yeni iş yeri açılacaq... - İqtisadçıdan maraqlı proqnoz
-
“Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən...“ - Prezident
-
Yarım milyonluq mənimsəmə işi - Nazirliyin sabiq idarə rəisi məhkəmədə həbs edildi
-
Pirverdiyev “sağ əlini“ niyə həbs etdirib? - “Qəzəbinin səbəbini anlamıram...”
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN-dən çağırış
-
Haluk Levent saxlanıldı - 60 milyon dollarlıq iddia
-
Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
-
“Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb” - Prezident
-
Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? - FOTO
-
“Dünyada başqa iki elə dövlət tanımırıq ki...“ - Prezident + VİDEO
-
ABŞ İranın ən azı 13 şəhərinə zərbələr endirib - “NourNews”
-
Sənəd qəbulu başladı - Tələbələrin diqqətinə!
-
Məşhur senatorun qəfil ölümü - Bir neçə saat əvvəl Trampla danışıb
-
“Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk” - İlham Əliyev
-
Geosiyasi gərginliyin daha bir təsiri:Balıq bazarında bahalaşma gözlənilir?
-
Şəxsi taksi hesablarını satanlara xəbərdarlıq - VİDEO
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb - CANLI
-
Aİ Çindən asılılığı azaltmaq üçün “alət“ hazırlayır - “Bloomberg“
-
“Vaqner“ Mərkəzi Afrikada narkoimperiya qurub - Priqojinin oğlu rəhbərlik edir
-
Mövsümi meyvə-tərəvəz hələ də baha olaraq qalır - VİDEO
-
Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?
-
“Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir“ - Prezident
-
Fransada ən yüksək təhlükə səviyyəsi elan edilib - İstilərlə əlaqədar
-
Sumqaytda 2019-cu ildən tikilən bina bu günədək istifadəyə verilməyib - VİDEO
-
“Artıq köçkün həyatı keçmişdə qaldı“ - İlham Əliyev
-
İran nüvə obyektlərində bərpa işlərinə başlayıb - CNN
-
Sakinlər qorxu içində: “Təhlükəli vəziyyət yaranıb“ (VİDEO)
-
Dünya çempionatlarında ən çox qol vuran futbolçular: 15 ən yaxşı bombardir - FOTO
-
Azərbaycanda niyə 3 manatlıq yoxdur? - RƏSMİ CAVAB
-
İlham Əliyev “Xankəndi” hotelinin açılışında - FOTOLAR
-
Bulvarda batan kişi xilas edildi - Anbaan video
-
Slovakiya Prezidenti Azərbaycana gəlir - Tarix açıqlandı
-
“Apple” “OpenAI”ni məhkəməyə verdi - Korporativ sirləri oğurlayıbmış
-
Prezident Xocavəndin Quzeyxırman kəndində oldu - FOTOLAR
-
“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO
-
“ABŞ mövqeyini dəyişməyənə qədər İran danışıqlara qayıtmayacaq” - “Fars”
-
Ermənistanın Rusiya ilə dövriyyəsi kəskin azalıb - Moskvadan uzaqlaşama davam edir
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
Avtomobillə su hovuzuna düşdü - Boğulub öldü
-
Prezident “Yasəmən” hotelin yeni korpuslarını gəzdi - FOTOLAR
-
“Başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - VİDEO
-
Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA
-
NATO sammitində liderlərə spirtli içki verilib? - Varankdan açıqlama
-
Prezident “Sadıqcanın evi”ndə - FOTOLAR
-
Sürücülərin nəzərinə! - 3 küçə müvəqqəti bağlanır
-
Tayvanda dəhşətli “Bavi“ qasırğası: məktəblər bağlandı, onlarla yaralı var
-
Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü - FOTOLAR
-
Milli valyutada uzunmüddətli kreditlər: ilk 5 iqtisadi rayon
-
Gəncə səmasından İspaniya savaşına: Unudulmuş aviatorlar
-
Rusiya gəmilərin hərəkətini tamamilə dayandırdı: 2 dənizdə fövqəladə vəziyyət
-
“MoveShort“ piramidasının ifşası - Yeni həbslər olacaq
-
Almaniya 4 böyük döyüş gəmisi alır: Nə qədər xərclənəcək?
-
Bazar günü kəskin isti olacaq -Sabahın havası
-
İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi - FOTO
-
Fatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı - VİDEO
-
Balkanlarda törədilən qətlin istintaqı Azərbaycana uzandı - DNT tədqiqatı
TOP 10
ARXİV






