Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ərəb liderlər Baydenin sözünə niyə baxmaq istəmir? - Vaşinqtonun tələbləri qulaqardına vurulur...

Tarix 28.03.22, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Ukraynada apardığı işğalçı müharibə neft bazarına ciddi təsir edib. Böyük Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, Rusiyaya qarşı iqtisadi sanksiyalar sərtləşdikcə, bunun neft bazarına təsirləri artacaq. Məqalədə göstərilib ki, müharibə nəticəsində neft və qazın satış qiymətlərinin artımı bu enerji sahəsinə yatırımların miqyasını artırmaqla yanaşı alternativ enerjiyə keçidi zəiflədəcək. Çünki alternativ enerjiyə keçid müəyyən zaman tələb edir, enerji qıtlığını aradan qaldırmaq üçün isə əvvəlkitək əsas mənbə neft və qazdır.

“The Guardian” diqqəti ona çəkir ki, Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiya qərarında yekdil olsalar da, birliyin bəzi ölkələri zaman keçdikcə Moskva ilə münasibətləri normallaşdırmağa və Rusiyadan əvvəlki həcmdə neft və qaz almaqda davam etmək istəyirlər. Bu sıraya Almaniya və Macarıstanı aid etmək olar.

ABŞ-ın məşhur “Foreign Policy” dərgisi Rusiyaya qarşı sərtləşən sanksiyalar fonunda Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə neftin istismarı məsələsində razılaşmağa çalışdığını yazıb. Vaşinqton istəyir ki, Rusiyaya neft sanksiyaları fonunda Səudiyyə Ərəbistanı dünya bazarına daha çox neft çıxarsın. Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanı kralı ABŞ prezidentinin xahişini yerinə yetirməyə tələsmir. Ər-Riyadın bununla bağlı bir neçə arqumenti var.

Birincisi, Səudiyyə Ərəbistanı hesab edir ki, dünya bazarında hələ ki, neft qıtlığı yoxdur.

İkincisi, OPEC üzvü olan Səudiyyə Ərəbistanı bu təşkilatın qərarlarına əsasən neftin istismarını artıra bilməz.

Vaşinqtonun Ər-Riyadla bağlı başqa narahatlığı da var. Səudiyyə Ərəbistanı neftinin əsas alıcısı Çindir. Vaşinqton üçün pis xəbər odur ki, Çin Səudiyyə Ərəbistanı ilə danışıqlar apararaq neftin satışının bir hissəsinin Çinin pul vahidi – yuanla həyata keçirilməsini istəyir. Səudiyyə Ərəbistanı gündəlik 6.2 milyon barrel neft ixrac edir. Bu neftin dörddə bir hissəsini Çin alır. Əgər Pekin Ər-Riyadla danışıqlarda uğur qazanarsa qlobal miqyasda yuanın mövqeyi güclənəcək ki, bu ABŞ-ın maraqlarına ziddir. ABŞ-ın digər nəşri olan “The Wall Street Journal” da Səudiyyə Ərəbistanın neft siyasəti barədə məqalə yayımlayıb. Bu məqalədə Ər-Riyadın Vaşinqtondan narazılığının siyasi səbəbləri araşdırılıb. Vaşinqtonun İranla nüvə anlaşması imzalamaq istəyi və gələcəkdə bu ölkənin dünya bazarına daha çox neft çıxarması üçün imkanların yaradılması Ər-Riyadın xoşuna gəlmir. Bundan başqa Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı savaşı dəstəkləyir. Bu isə Vaşinqtonun xoşuna gəlmir və ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını dondurub. Ona görə də Ər-Riyad Vaşinqtonun neftlə bağlı xahişini yerinə yetirmir. Bu səbəbdən iqtisadi ekspertlər neftin qiymətlərinin aşağı enəcəyini gözləmirlər.

Rusiya baş nazirinin enerji sahəsinə cavabdeh müavini Aleksandr Novak hesab edir ki, Avropa Rusiya neftindən tamamilə imtina edərsə neftin qiyməti rekord səviyyəyə, bir barelə görə 300 dollara qədər qalxa bilər. Onsuz da sanksiyalara görə Rusiyanın neftayırma zavodları yalnız mart ayında neft emalını 6 faiz azaldıb.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 964




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap