“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Sabah FMC“ MMC qanunsuz mansard tikib - Vətəndaşlardan şikayət

Tarix 29.11.25, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


Yaşayış binasının damında qanunsuz mansard tikildiyi iddia edilir.

Xezerxeber.az xəbər verir ki, söhbət Zahid Xəlilov 107 ünvanın yerləşən "Sabah FMC" MMC-yə məxsus 15 mərtəbəli yaşayış binasından gedir. Sakinlərin iddialarına görə, binanın damında layihədənkənar tikinti işləri aparılıb. Bu zaman da havalandırma sisteminə və liftin şaxtasına müdaxilə edilib. Bu da təhlükə yaradır.

Sakinlər deyirlər ki, narazılıqlarını bina rəhbərliyinə dəfələrlə bildirsələr də, heç bir nəticəsi olmayıb.

Binanın məxsus olduğu "Sabah FMC" MMC-dən "Xəzər Xəbər"ə bildirildi ki, tikili əvvəlki rəhbərliyin dönəmində inşa edilib. Hazırkı iddialarla bağlı isə əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib və hər hansı bir təhlükə aşkar etməyiblər.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, qeyd edilən ünvana nazirliyin mütəxəssisləri baxış keçiriblər. Hazırda araşdırma davam etdirilir və nəticəsi barədə məlumat veriləcək.






Xəbərin oxunma sayı : 1960




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap