“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Xomeyninin nəvəsi İranın yeni Ali liderinin seçilməsində əsas fiqura çevrilə bilər - Reuters

Tarix 03.03.26, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Ruhani elita daxilində varislik müzakirələri fonunda Həsən Xomeyninin adı ön plana çıxır...

Bu barədə Reuters Agentliyi məlumat yayıb.

Agentlik yazır ki, İran İslam Respublikasının banisi ayətullah Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeyni ölkənin hazırkı Ali Lideri ayətullah Əli Xameneini əvəz edəcək şəxsin müəyyənləşdirilməsi prosesində mühüm rol oynaya bilər. Məlumata görə, ruhani dairələrdə varislik məsələsi ilə bağlı məsləhətləşmələr intensivləşdiyi bir vaxtda Xomeyninin adı həm mümkün namizəd, həm də təsirli vasitəçi kimi hallanır.

53 yaşlı Həsən Xomeyni baninin 15 nəvəsi arasında ən tanınmış sima hesab olunur və ruhani elita daxilində nisbətən mülayim mövqeyi ilə seçilir. O, islahatçı qanadla, o cümlədən İranın sabiq prezidentləri Məhəmməd Xatəmi və Həsən Ruhani ilə yaxın əlaqələri ilə tanınır. Hər iki sabiq prezident Qərblə dialoq və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış edib. Həsən Xomeyni Tehranda babasının məqbərəsinin qoruyucusu kimi simvolik rol oynayır və indiyədək rəsmi dövlət vəzifəsi tutmayıb.

Bəzi siyasi dairələr onu Xamenei dövründə güclənmiş sərt xətt tərəfdarlarına alternativ fiqur kimi qiymətləndirir. Bu kontekstdə Xameneinin oğlu Müctəba Xameneinin adı da mümkün varis kimi çəkilir. Yanvar ayında ölkədə baş vermiş etirazlar fonunda bir sıra siyasətçilər daha mülayim xətt tərəfdarının seçilməsinin İran İslam Respublikasının daxili və xarici mövqelərini möhkəmləndirə biləcəyini düşünür.

Həsən Xomeyni zaman-zaman islahat çağırışları və hakimiyyətə yönəlmiş tənqidi fikirləri ilə diqqət çəkib. O, 2021-ci ildə Konstitusiyanın Keşikçilər Şurasını islahatçı namizədlərin seçkilərə buraxılmamasına görə tənqid etmiş, bunun nəticəsində İbrahim Rəisinin prezident seçkilərində qələbə qazandığını bildirmişdi. Rəisi 2024-cü ildə baş vermiş helikopter qəzasında həlak olub. Həsən Xomeyni həmçinin 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra hadisənin şəffaf şəkildə araşdırılmasını tələb edərək, rəsmi qurumların ictimaiyyətə aydın izahat verməli olduğunu vurğulamışdı.

Bununla yanaşı, o, siyasi sistemə sadiqliyini də açıq şəkildə ifadə edir. Kütləvi etirazlar zamanı hökumət əleyhinə səsləndirilən şüarları tənqid edib, rəsmi tədbirlərdə iştirak edib və iğtişaşlarda iştirak edənləri xarici qüvvələrin təsiri altında olmaqda ittiham edib.

Xomeyniyə yaxın mənbələr onu “proqressiv teoloq” kimi xarakterizə edir. Onun qadın hüquqları, sosial azadlıqlar, Qərb fəlsəfəsi və islam düşüncəsi kimi mövzulara maraq göstərdiyi bildirilir. O, Həsən Ruhani hökumətini və 2015-ci ildə imzalanmış nüvə sazişini dəstəkləyib. Həmin saziş 2018-ci ildə ABŞ tərəfindən birtərəfli qaydada ləğv edilib. Həsən Xomeyni ABŞ-nin tətbiq etdiyi sanksiyaların İran iqtisadiyyatına və əhalinin sosial vəziyyətinə ağır təsir göstərdiyini dəfələrlə açıq şəkildə dilə gətirib.



Xəbərin oxunma sayı : 394




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap