| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Ət Avropa qiymətinə olsa... - ərzaq təhlükəsizliyimiz
Tarix 04.08.24, 20:05 |
|
Heyvan saxlamaq üçün yem və otlaq sahəsi məsələsi böyük problemə çevrilib
Azərbaycanda ət qiymətlərində yenidən bahalaşma qeydə alınır. Belə ki, iyulun sonuncu ongünlüyündən bazarlarda mal və quzu ətinin qiymətində təxminən 1 manat civarında artım var. Bu məhsullarda bahalaşma ötən ildən sürətlənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında ət və ət məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz bahalaşıb. May ayında bu məhsullar aprellə müqayisədə 0,4 faiz, iyunda mayla müqayisədə 0,5 faiz bahalaşıb. İyul ayının ortalarında həm mal, həm də qoyun ətinin qiymətində orta hesabla 1 manat bahalaşma baş verib. İyulda da bahalaşmanın davam etməsi narahatlıq doğurur.
Bir çox mütəxəssislər bahalaşmanın qıtlıqla bağlı olduğunu deyirlər. Bildirilir ki, ölkədə ətlik istiqamətli cins heyvandarlığın inkişafı zəifdir, bu sahədə fəaliyyət göstərən böyük şirkətlər əti baha təklif edirlər. Kiçik və orta ölçülü heyvandarlıq təsərrüfatlarının fəaliyyət imkanları sürətlə daraldılır. Bu isə ətlik mal-qara, qoyun sayının sürətlə azalmasına səbəb olur. Mövzu ilə bağlı Publika.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ətin qiymətinin durmadan artmasına səbəb olan bir sıra amillər mövcuddur: "Əsas amil odur ki, ”Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun 10 ildir qəbul olunsa da, işləmir. İkincisi, kənd təsərrüfatı sistemi vahid olmadığı üçün heyvandarlıq ayrı-ayrı qrupların əlində cəmləşib. Bu zaman kimin suvarma imkanları varsa, bütün qrupları onlar idarə edir. Fərdi təsərrüfatlarda yetişdirilən mal-qara demək olar ki, gün-gündən yox olur. Əhali heyvandarlıqdan imtina edir. Üçüncü problem Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda pambıq əkilməsi barədə hökumətin qərarları oldu. Bu təzyiqlər nəticəsində bir çox insanlar öz təsərrüfatlarını ləğv edib, pambıq əkməyə başladılar. Digər məsələ isə insanların kəndlərdən uzaqlaşması və bu işlərlə məşğul olmamasıdır. Bunların üzərinə heyvan yemlərinin bahalaşmasını da əlavə etməliyik".
Hüseynov diqqətə çatdırıb ki, heyvan yemlərində son üç ildə iki dəfə bahalaşma olub: "Heyvan saxlamaq üçün yem məsələsi böyük problemə çevrilib. Bundan əlavə, rayonlarda heyvan bazarlarında üçüncü subyektlər ortaya çıxıb. Bunlar da alverçilərdir. Həmin alverçilərin əlindən keçmədən heç bir heyvan satmaq mümkün deyil. Digər mühüm məsələ isə idxaldır. Bu da sözsüz ki, qiymətin artmasına təsir edir. Qiymət artmaqda davam edəcək. Yaxın zamanda ətin qiyməti təxminən Avropa bazarındakı qiymətə bərabər olacaq. Bunun qarşısını almaq üçün meqa-fermalar yaradılmalıdır. Fərdi kənd təsərrüfatı ilə məşğul olan kəndlilərə şərait yaradılmaldır ki, özləri heyvanlarını bazara çıxarıb sata bilsinlər”.
Onu da qeyd edək ki, Azərbaycanda son illərdə həqiqətən heyvandarlığın bitkiçilik hesabına sıxışdırılması prosesi gedir. Min hektarlarla otlaq-örüş, qışlaq yerləri əkin altına salınıb. Nəticədə Azərbaycanda iribuynuzlu heyvan və qoyun-keçi sayı sürətlə azalıb. Rəsmi statistikaya əsasən ölkədə qoyun-keçilərin sayı 2020-ci ildəki 8,2 milyon başdan 2024-cü il yanvarın 1-nə 7,1 milyon başa düşüb. İnək-camışların sayı isə bu müddətdə 1,3 milyon başdan 1,2 milyon başa qədər azalıb. Bu ilin altı ayında Azərbaycanda qoyunların sayında azalma davam edib. Belə ki, 2024-cü il iyulun 1-i vəziyyətinə ölkə üzrə 7132,1 min baş qoyun və keçi, 2505,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1240,1 min baş inək və camış, 3905 baş donuz mövcud olub. Qoyun-keçi sayında ötən ilin eyni dövrü ilə müqayisədə 200 min başdan çox azalma var.
Ölkədə mal-qara və qoyun sayının azalması xaricdən onların diri halda idxalının artımı ilə müşayiət olunur. Belə ki, rəsmi statistikaya əsasən Azərbaycana ötən il ərzində rekord sayda diri qoyun idxal olunub: 25 milyon 102,97 min dollar dəyərində 320 543 baş. 2022-ci il ərzində bu idxal 15 milyon 901,2 min dollar dəyərlə 194 562 baş olmuşdu. Diri iribuynuzlu mal-qaranın idxalı isə 2022-ci ildəki 41 997 başdan ötən il 86 520 başa çatıb.
Diri heyvanla yanaşı, son 2 ildə Azərbaycana ət idxalında da ciddi artım müşahidə olunmaqdadır. Belə ki, gömrük statistikasına əsasən 2023-cü ildə Azərbaycana 86 milyon 739 min dollar dəyərində (148 milyon manat) 41 708 ton ət idxal olunub. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən ət idxalı dəyər ifadəsilə 2.9 faiz artıb, miqdar ifadəsilə 6.4 faiz azalıb. 2022-ci ildə Azərbaycana 84 milyon 264 min dollar dəyərində 44 573 ton ət idxal olunmuşdu.
2024-cü ilin yanvar-iyun aylarında isə Azərbaycana 58 milyon 621 min dollar dəyərində 26 min 466 ton ət idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana ət idxalı dəyər ifadəsilə 18 milyon 172 min manat və ya 45 faiz , miqdar ifadəsilə 5 min 70 ton və ya 24 faiz artıb. 2023-cü ilin 6 ayında Azərbaycana 40 milyon 449 min dollar dəyərində 21 min 396 ton ət idxal edilmişdi.
Rəsmi statistikaya görə, ölkə üzrə illik adambaşına ət və ət məhsulları istehlakı 42 kiloqrama yaxınlaşır. Bu istehlakın tərkibində ən yüksək paya 16 kq ilə mal əti sahibdir. Qoyun və keçi əti istehlakı adambaşına 9 kq, quş əti istehlakı isə 15,4 kq civarındadır. Hökumət bu istehlakın 84,5 faizinin daxili istehsal hesabına təmin olunduğunu deyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət istehsal olunub, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı cüzi səviyyədə - 1,7 faiz artıb. Məlum məsələdir ki, daxili istehsalın xeyli hissəsinin arxasında xaricdən idxal olunaraq bir neçə aylıq bəslənmədən sonra kəsimə verilən diri heyvanlar dayanır. Bu ilin əvvəlindən bəri mal və quzu ətinin qiymətində ardıcıl bahalaşmanın arxasında dayanan əsas amil məhz diri heyvan idxalının azalmasıdır. Belə ki, bu ilin əvvəlindən diri mal-qoyun idxalında əsas bazarımız olan Gürcüstandan xəstəliklərə görə idxala qoyulan qadağa Azərbaycana diri iribuynuzlu mal-qara və qoyun idxalında böyük azalmaya səbəb olub. Belə ki, yanvar-may aylarında 13 milyon 484,12 min dollar dəyərində 17 046 baş kəsimlik diri iribuynuzlu heyvan, 600,89 min dollar dəyərində 6060 baş diri qoyun idxalı qeydə alınıb. Ötən ilin eyni dövründə 7 milyon 314,86 min dollar dəyərində 22 215 baş diri iribuynuzlu heyvan, 2 milyon 830,18 min dollar dəyərində 32 152 baş diri qoyun idxal olunmuşdu. Bu o deməkdir ki, diri iribuynuzlu heyvan idxalı dəyər ifadəsində 84 faiz artsa da, say baxımından 23,3 faiz azalıb. Bu ilin beş ayında idxal olunan bir heyvanın qiyməti ötən ilin eyni dövründəki 329,2 dollardan 791 dollara qədər bahalaşıb. Diri qoyun idxalı isə dəyər ifadəsində 78,8 faiz, say baxımından isə 81,2 faiz azalıb.
Yeri gəlmişkən, hökumət rəsmiləri Azərbaycanda mal-qara və qoyun sayının azalmasında problem görmürlər. Bildirilir ki, cins olmayan heyvanların azalması, cins heyvanlarla əvəz olunması prosesi gedir. Burada məqsəd az sayda heyvan saxlamaqla daha çox ət-süd istehsalına nail olmaqdadır. Cins heyvanlardan süni mayalanma ilə doğulan 1 buzova görə 100 manat subsidiya da müəyyən olunub. Lakin əldə olunan göstəricilərdən aydın olur ki, əkin sahələrini genişləndirmək hesabına heyvandarlığın sürətli tənəzzülü fonunda cins mal-qara sayında artım çox zəif gedir. 2023-cü ildə Azərbaycanda şafqanlı cins heyvan sayı 35 min baş olub. Halbuki ölkənin ətlə tam təminatı üçün bu sayın ən azı 150 min başa çatdırılması tələb olunur. Hökumət 2030-cu ildə belə heyvan sayını 85 min başa çatdırmağı hədəfləyir. Buna nail olmaq üçün yerli damazlıq təsərrüfatlarında yetişdirilən cins heyvanların dövlət dəstəyi ilə güzəştli satışının davam etdirilməsi nəzərdə tutulur. 2024-cü il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 24,1 min baş iribuynuzlu mal-qara, 15,8 min baş qoyun və keçi mövcud olub.2023-cü il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 6,1 min baş iribuynuzlu mal-qara, 16,6 min baş qoyun və keçi vardı. Bu isə o deməkdir ki, bir il ərzində damazlıq mal-qaranın sayında 4 dəfəyə yaxın artım olsa da, qoyun-keçi sayında azalma qeydə alınıb.
Rəsmi rəqəmlər göstərir ki, heyvandarlığın sıxışdırılması hesabına bitkiçiliyin inkişafı, heyvandarlıq sahəsində inhisarçı iri təsərrüfatların önə çıxarılması siyasəti dayandırılmasa, yaxın və ortamüddətli dövrdə Azərbaycanın mal və quzu ətilə təminatında idxaldan asılılığı artacaq. Bu isə ölkənin ərzaq təhlükəsizliyi baxımından yeni çağırışların formalaşması deməkdir...
Mənbə: Musavat.com
Xəbərin oxunma sayı : 595
Sosial
Xəbərlər
-
Azərbaycanda bu il bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Bölgələrdə samovar çayının qiyməti 50 manata qalxdı - VİDEO
-
Türk dünyası regionun təhlükəsizliyində daha effektiv rol oynaya bilər - Ərdoğan
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Qarabağ“ isveçli hücumçunu transfer edir - Danışıqlar son mərhələdə
-
Xırdalanda daha bir qanunsuz tikinti - Əlavə 2 mərtəbə də artırılır (VİDEO)
-
Avtomobil bazarında kəskin bahalaşma - QİYMƏTLƏR
-
182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçdi - WUF13
-
Böyük Qayıdış davam edir:18 ailə Şükürbəyliyə qayıtdı
-
Prezident BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul etdi - FOTO
-
NATO-nu İsveçrə saatları ilə müqayisə etdi - “Bahadır, amma işləyir”
-
Daha bir maye qazdoldurma məntəqəsi bağlandı - VİDEO
-
Kamboca Baş nazirinin müavini Azərbaycana gəldi - WUF13-də iştirak üçün
-
Azərbaycanda gözlənilən yenilik: minimum maaş 700 manat
-
SEPAH Hörmüz boğazından keçidə icazə verir - Yeni protokollar əsasında
-
Bakının bu ərazisində tikilən evlər söküləcək - VİDEO
-
Azərbaycan hərbçiləri “EFES-2026“da - VİDEO
-
“İki günə hər şeyi məhv edə bilərdik” - Tramp İranı təhdid edib
-
Metroda zarafat edənlər 200 manat cərimələnəcəklər - VİDEO
-
Sakinlər həyətində qoyun, çəpiş və toyuq saxlanılan bağçadan şikayətçidirlər - VİDEO
-
İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı (FOTOLAR)
-
Bu gündən güclü geomaqnit qasırğası başlayır - XƏBƏRDARLIQ
-
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - “The New York Times“
-
Torpaq icarəsində dəyişiklik: Yeni qaydalar qüvvəyə minir - VİDEO
-
Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib
-
“Metro çəkməyək, mərkəz dolmasın” deyən Vüsal Aslanovun DOSYESİ - Özü harada doğulub?
-
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - FOTO/VİDEO
-
“Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır“ - Zelenski
-
Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən paylaşım - VİDEO
-
Əcnəbilər Azərbaycandakı otellərdə nə qədər xərcləyiblər? - Ölkələr üzrə siyahı
-
Mövsüm öncəsi bəzi bölgələrdə bir samovar çayının qiyməti 50 manata yüksəldi - VİDEO
-
Bakıxanovun oyektlər kralı - Agaclar ya kəsilir, ya da qurudulur...
-
Evi, obyekti olanların nəzərinə: Bunu etməyənlər cərimələnəcək
-
ABŞ Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşır - “Reuters”
-
Əməkhaqqı xərci 1 milyon manatı keçən iqtisadi rayon hotelləri - SİYAHI
-
“Məscidlərdə bayram namazı mayın 27-də qılınacaq“ - QMİ
-
ABŞ İranın münaqişənin həlli ilə bağlı planını rədd etdi - “Mehr”
-
Bu şəxslərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR
-
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda neçə qadın aliment verir? - Nazirlik açıqladı
-
Ötən il Avropadan 135 min əcnəbi deportasiya olunub - Ölkələr üzrə siyahı
-
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək - İlham Əliyev
-
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
-
İtkin şəhidlərimiz dəfn olundu - FOTOLAR
-
Məcnun Məmmədov Şuşada vətəndaşları qəbul etdi - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
-
Prezidentlə həmkarları təməlqoyma mərasimində - FOTOLAR
-
Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının iclasında - Fotolar
-
TDT başçılarının Zirvə görüşü - Prezident çıxış etdi
-
“Mən əsasən Bakı metrosundan istifadə edirəm” - AYNA sədri
-
ATU-nun 159 minlik tenderini qazanan “Referans Pharmaceuticals“ kimindir?
-
Prezident İlham Əliyev Zirvə görüşündə - FOTO
-
20 manat kapitalla yarım milyonluq tenderlər qazanmışdı - “ETİBARSIZ“ ELAN EDİLDİ
-
ABŞ–Çin qarşıdurması: Dünya ikiyə bölünür? - TƏHLİL
-
Prezident həmkarları ilə Türküstanı gəzdi - FOTOLAR
-
Fənn müsabiqələrində keçid balları etiraz yaratdı - Qurum açıqlama yaydı
-
“Qəsəbələrə metro açılsa, şəhər mərkəzi iflic ola bilər” - Metropolitenin sədri
-
Nazirlik Rasim Rzayevdən ofis icarəyə götürüb - 365 min manata
-
Pakistan yeni “Fatah-4“ raketini sınaqdan keçirib - Hansı üstünlükləri var? + VİDEO
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası
-
“Ermənistanla münasibətlər müttəfiqlik xarakteri daşıyır, lakin...“ - Lavrov
-
Prezident İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir - FOTOLAR
-
Müsadirə edilmiş ev, torpaq və maşınlar satışa çıxarılır - Qiymətlər
-
Əməkhaqqılarla bağlı yenilik - Belə olacaq
-
ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - FOTOLAR
-
Donald Trampın Çinə səfəri başa çatdı - VİDEO
-
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
-
Vüsal Nəsirli direktoru işdən çıxardı - Yeni vəzifə verdi
-
Azərbaycandan keçən 977 ton buğda Ermənistana göndərildi - FOTOLAR
-
“Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO
-
Xarici valyuta ehtiyatları azalan sığorta şirkətləri - CƏDVƏL
-
Azərbaycanda ən çox tələb olunan 10 PEŞƏ: Orta əməkhaqqı nə qədərdir
-
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər
-
İstanbul Bələdiyyəsində növbəti əməliyyat - 12 nəfər tutuldu
-
Sumqayıtda transformator piyada səkisinin üzərində qurulub - TƏHLÜKƏ/VİDEO
-
Böyük Qayıdış davam edir:Zəngilan və Cəbrayıla növbəti köç yola salınıb
-
“ABŞ İrana qarşı hərbi əməliyyatları davam etdirəcək“ - Tramp
-
“Kupça“sız qalan sakinlərin fəryadı: “Nə uşaqları qeydiyyata sala bilirik, nə də kredit götürə“ - VİDEO
-
Bu gündən paytaxtın bir sıra küçə və prospektində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil edilir - VİDEO
-
Sabahdan bu zolaqlara girsəniz - Cərimə olunacaqsınız
-
Adil Vəliyev Sabunçuda ağacları, parkları restoranlara qurban verir - VİDEO
-
Tədbirlər Planı təsdiqləndi - Peşə təhsili ilə bağlı
-
Rusiya XİN-dən ciddi xəbərdarlıq - Ermənistan da siyahıya əlavə edildi
-
Naftalandakı otellərdə ən çox hansı ölkənin vətəndaşları pul xərcləyib? - Tam siyahı
-
“SAT imtahanlarında saxtakarlıq halları var“ - Məleykə Abbaszadə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tanınmış iş adamını yoldaşı şantaj etdi - 10 il 6 aylıq cəza aldı
-
Prezident yeni Dövlət Agentliyi yaratdı -FƏRMAN
-
AzTV tanınmış şəxslərə 424 min manat ödəyəcək - Adlar
-
“Robert Koçaryan həbsxanada oturmalıdır“ - Paşinyan
-
Məşğulluq Agentliyində kadr dəyişikliyi - Musayev vəzifəsindən ayrıldı
-
Analitik Ekspertiza Mərkəzi “Dr. Güllü“ nü indi araşdırır? - Ölkədə yüzlələ “Dr.Gülü“lər var...
-
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan... (DETALLAR)
-
Ödənişsiz çimərlik ərazisində tikinti aparılır - Vətəndaşlar istifadə edə bilməyəcək?
-
Ayın 15-də intensiv yağış yağacaq, dolu düşəcək - Proqnoz
-
Turizm Agentliyi 3 ölkədən jurnalist və blogerlər gətirir - 210 min ayrılıb
-
Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək? - DİM sədri açıqladı
-
Pulsuz avtobus xətti açıldı - Bu gündən fəaliyyət göstərir
-
NATO-nun ən güclü orduları açıqlandı: Türkiyə neçəncidir? (SİYAHI)
-
Bakının bu rayonunda 22 ev söküləcək – Kompensasiya veriləcək
-
Azərbaycan çempionuna cəlbedici təklif: Klubu tərk edir
-
Nazirlik “Dr. Güllü” nü araşdırdı - o, əslində kim imiş?
-
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar
-
Gürcüstanda ağır qəza - Altı azərbaycanlı gənc öldü
-
Nazir Əhəd Abdiyevə yeni vəzifə verdi - Bu quruma rəhbərlik edəcək
-
AzTV-də Gülüstan müqaviləsi haqqında film hazırlandı - VİDEO
-
Minimum əməkhaqqı nə zaman artırılacaq? - Deputat AÇIQLADI
-
Kubada yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
-
Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər - Hikmət Hacıyev
-
Yeni nazir müavini təyin olundu - Ağakərim Səmədzadə kimdir? + DOSYE
-
“ABŞ və Çin fikir ayrılıqlarını qısa zamanda həll edirlər“ - Tramp
-
Elçin Əmirbəyov Kambocada - Bir sıra görüşlər keçirdi
-
Masallının icra başçısı vaxtilə girov götürülübmüş - Belə xilas olub
-
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi
-
Donald Trampla Si Cinpin arasındakı tarixi görüş başa çatdı - Fotolar
-
Paytaxtda piyadalar üçün böyük dəyişiklik başlayıb - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Dərnəgül dəmiryolu ilə hansı istiqamətlər üzrə hərəkət olacaq? - VİDEO
-
Xəzərdə suyun səviyyəsi artmağa başladı - VİDEO
TOP 10
ARXİV






