“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Temu 1106“ vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq

Tarix 05.12.25, 18:52

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə "Telegram" vasitəsilə "Temu 1106" adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur.

AzFakt.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, "Temu iş təklifi" adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır.

Dələduzlar vətəndaşlara "ev şəraitində onlayn qazanc", "asan iş", "sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir" kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər.

ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər fərdi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.



Xəbərin oxunma sayı : 598




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap