Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

“Turan“ın yeni formatda gəlir? - Mehman Əliyev danışdı

Tarix 14.02.25, 20:17

Font ölçüsü : - / +
bitmap-img6


"Turan" İnformasiya Agentliyi ötən gün oxucularına müraciət edərək, fəaliyyətini dayandırdığını bildirib.

Agentliyin baş direktoru Mehman Əliyevin bunla bağlı açıqlamasında deyilir: 

"Bu, bizim missiyamızın sonu deyil, əksinə, yeni bir inkişaf mərhələsidir. İnformasiya məkanı sürətlə dəyişir və biz də bu dəyişikliklərə uyğunlaşmağın vacibliyini anlayırıq. Qarşıdakı aylarda biz xəbər yayımı ilə yanaşı, dünyanın, regionun və ölkəmizin proseslərini təhlil edən, əsas problemləri müəyyən edib həll yolları təklif edən yeni bir format üzərində işləyəcəyik. Müasir jurnalistikanın gələcəyi təkcə xəbər vermək deyil, həm də ictimai rəyi formalaşdırmaqdır".

"Turan" İnformasiya Agentliyinin rəhbəri "yeni format" deyərkən nəyi nəzərdə tutub?

Modern.az Mehman Əliyevlə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, yeni formatda analitik bacarığı olan, bu işdə çalışa bilənlərdən istifadə olunacaq:

"Əslində biz bu formata 2017-ci ildə mən həbsdən çıxandan sonra başlamaq istəyirdik. Bizdə analitik xidmət var, onu işlədirik. Mən onun missiyasını başqa cür görürdüm. Lakin həmin vaxt bu alınmadı. Bunun cürbəcür səbəbləri var. Biz təzədən o formatı canlandırmaq istəyirik. Təxminən tədqiqat mərkəzi kimi bir şeydir. İndi o istiqamətdə işləmək imkanlarımız daxilində mümkündür. Dar çərçiivədə bunu edə bilərik. Özü də təcrübələrimiz  buna ehtiyac olduğunu deməyə əsas verir. Bu, demək olar ki, optimallaşdırmaq məsələsidir.

Yeni formatda analitik bacarığı olan, bu işdə çalışa bilənlərdən istifadə ediləcək.  Bizim müxbirlərimiz əslində başqa media orqanlarında da işləyirlər. Ona görə də burada elə bir problem yoxdur. Necə tərkibdə ola biləcəyimiz gələcəyin işidir. Hələlik 5-6 nəfərlik tərkib ola bilər. Bu, hələ ki planlardır. Gündəlik 12-13 saat işləyirik, indi oturub yeni iş nədən ibarət olacaq, hansı istiqaməti götürəcəyik, dünya tendesiyaları nədir, bunları təhlil edəcəyik. Ona görə də hələ vaxt lazımdır ki, həmin strukturun layihəsini yaradaq, onun əsasında hərəkət edə bilək".

M.Əliyev nə zaman işə başlayacaqlarından da danışıb:

"Bu məsələyə 15-20 gün ərzində aydınlıq gələ bilər. Çünki hazırda müəssisənin bağlanma prosesi gedir, vergilər, texniki məsələrlə məşğulam. İşçilər martın 1-nə qədər qalırlar. Ayın 1-dən işçilərin müqavilələrinə xitam veriləcək. Sonra baxacağıq. Yeni xidmətdə maraqlı ola biləcək cürbəcür təşkilatlarla danışıqlar aparacağıq.  Kimlər qalacaq, kimlər gedəcək - bu məsələyə baxacağıq".

Bəs maliyyə məsələləri necə həll ediləcək?

"İndiyə qədər təxminən ildə 140 min abunəçidən ödəniş yığırdıq. Analitik xidmət məsələsinə gələndə baxacağıq. Yenə də qeyd edirəm ki, heç olmasa, balaca bir qrupun işini təmin etmək üçün lazım olan vəsaiti biz gərək cəlb edək. Bizi tanıyırlar, yeni deyilik. Təcrübəmizə bələddirlər. Bizimlə kimlərin işləmək istəyəcəyini, abunəçimiz ola biləcəyini araşdıracağıq. Ondan sonra hərəkət edəcəyik. Bəlkə heç bizi istəməyəcəklər. Ona görə əvvəlcə təkliflərimizi təqdim edəcəyik. Görək kimlər qəbul edəcək. Sonra bizim nə qədər vəsait ayığa biləcəyimiz dəqiqləşəcək. Ona uyğun işləyəcəyik. Bəlkə 3-4, bəlkə də 15 nəfər işçimiz olacaq. Ancaq təcrübəmiz, əlaqələrimiz var, bizi tanıyırlar. Hesab edirəm ki, həmişə müstəqil olmuşuq. Müstəqil analizlərə, yanaşmalara da çox böyük ehtiyac var. Bu baxımdan hesab edirəm ki, bizlə rəqabət tərəfi yoxdur".



Xəbərin oxunma sayı : 445




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap