Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Ukrayna Rusiya ilə danışıqlara hazırdır” – Kuleba

Tarix 24.07.24, 19:12

Font ölçüsü : - / +
bitmap-img6


“Ukrayna Rusiya ilə danışıqlara hazırdır”.

Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Çinə səfəri zamanı çinli həmkarı Vanq Yi ilə görüşündə bildirib.
Diplomat qeyd edib ki, dialoq rasional, əsaslı olmalı və ədalətli dünyaya nail olmağa yönəlməlidir.
“Ukrayna Rusiya ilə dialoq və danışıqlarda iştirak etməyə hazırdır. Təbii ki, danışıqlar rasional və əsaslı olmalı, ədalətli və davamlı sülhə nail olmağa yönəlməlidir”, - Ukrayna XİN rəhbəri bildirib.
Qeyd edək ki, iyulun 20-də Ukrayna Prezidenti Volodimir Zelenski də Ukrayna münaqişəsinə dair ikinci konfransda Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Ukrayna münaqişənin bitməsini istəyirsə, danışıqlar aparmalıdır.
Rusiya da öz növbəsində münaqişənin həlli üçün dinc danışıqlara başlamağı dəfələrlə təklif edib. Rusiya Prezidenti Vladimir Putin iyunun 14-də bildirib ki, ölkə həmişə sülhə can atıb və sabah da danışıqlar masası arxasına əyləşməyə hazırdır.
Xatırladaq ki, danışıqların sonuncu raundu 2022-ci il martın 29-da İstanbulda baş tutub. Danışıqlar təxminən üç saat davam edib.



Xəbərin oxunma sayı : 1039




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap