Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Yolüstü Restoran”ında kartdan-karta əməliyyatı - Vergidən yayınma

Tarix 08.09.25, 19:33

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda “Elektron ticarət haqqında” qanuna görə iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan obyektlərdə nağdsız ödənişlərin kartdan-karta köçürülməsi qadağan olunub. Qanuna əsasən, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.

İqtisadiyyat Nazirliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən edilən xəbərdarlıqlara və aparılan məlumatlandırılma işlərinə baxmayaraq, hələ də bir çox iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar “Nağdsız hesablaşmalar haqqında” qanunu pozamaqla məşğuldurlar.

AzFakt.com xəbər verir ki, “Nağdsız hesablaşmalar haqqında” qanunu pozan iaşə obyektlərindən biri də Ələt-Astara yolunda yerləşən “Yolüstü Restoranı”dır. Müştərilərin saytımıza bildirdiyinə görə, “Yolüstü Restoranı”nda gecələr ödənişlərini kartla ödəmək istədikdə onlara bildirilir ki, post terminalda hansısa problem yaranıb və  vəsaiti kartdan-karta köçürsünlər.
Məlumata görə müştərilərə hesabı ödəmək üçün sonu 9759 4697 rəqəmi ilə bitən “Kapital Bank” kart nömrəsi təqdim edilir.

Bildirək ki, qanuna əsasən, kartdan-karta köçürmələrə görə birinci dəfə cərimə 1000 manat, ikinci dəfə 3000 manat, üçüncü dəfə və daha çox olanda 6000 manat müəyyən edilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 1039




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap