“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

ABŞ Dəməşqdə qoşun yerləşdirmək istəyir - “Reuters”

Tarix 07.11.25, 12:29

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Suriya və İsrail arasında gələcək təhlükəsizlik paktını təmin etmək üçün Dəməşqdəki aviabazaya hərbi kontingent yerləşdirməyə hazırlaşır.

Bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin mənbələrinə görə, ABŞ-nin Suriya paytaxtına qoşun yeritmək planları Suriyanın ABŞ-yə doğru strateji istiqamətini dəyişdirməsinin əlaməti ola bilər.
“Reuters”in məlumatına görə, baza Suriyanın İsrail və Suriya arasında hücum etməmək paktı çərçivəsində silahsızlaşdırılmış zonaya çevrilməsi nəzərdə tutulan cənub bölgələrinin girişində yerləşir.
Bu razılaşmanın ABŞ Prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə əldə edildiyi bildirilir.
“Reuters”in mənbələrinə görə, son iki ay ərzində Pentaqon Dəməşq bazasında hərbi qüvvələrin yerləşdirilməsi üçün hazırlıqlarını sürətləndirib və burada bir neçə kəşfiyyat missiyası həyata keçirib.
Bazadan logistika, müşahidə, yanacaqdoldurma və humanitar əməliyyatlar üçün istifadə ediləcəyi, Suriya tərəfinin isə onun üzərində tam suverenliyini qoruyacağı gözlənilir.
Bildirilir ki, Suriyanın yeni hakimiyyət orqanları Suriyadakı Amerika bazalarının gələcəyi ilə bağlı Tramp administrasiyası ilə danışıqlar aparır.
Qeyd edək ki, noyabrın 10-da Donald Tramp Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə Ağ evdə görüşəcək. Bu, Suriya dövlət başçısının ABŞ-yə ilk belə səfəri olacaq.



Xəbərin oxunma sayı : 1018




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap