“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

AEF GROUP-un işi vətəndaşları niyə narazı salır? - Keyfiyyətsiz təmir

Tarix 07.02.26, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


Ağdərə rayonunun Həsənriz kəndində, eləcə də digər kəndlərdə aparılan təmir-bərpa işləri ilə bağlı ciddi narazılıqlar var. Təmir işlərini həyata keçirən AEF Group şirkətinin gördüyü işlərin keyfiyyətsiz olduğu, ayrılan vəsaitlə real nəticələr arasında isə kəskin uyğunsuzluq müşahidə edildiyi bildirilir. 

Belə ki AEF Group, “Ağdərə rayonu Həsənriz kəndində 90 ədəd fərdi yaşayış evinin əsaslı təmiri üçün 2,3 milyon manatlıq tenderin qalibi olub.Sadə hesablamaya görə, bu vəsait hər bir ev üçün orta hesabla təxminən 25 min manatdan çox maliyyə ayrılması deməkdir. Lakin faktiki vəziyyət göstərir ki, bu məbləğə uyğun nə əsaslı təmir aparılıb, nə də uzunmüddətli yaşayış üçün minimal texniki və istilik standartları təmin olunub.


Mediatv.az-a daxil olmuş məlumata görə, evlərdə aparılan “təmir” kosmetik xarakter daşıyır: divar və tavan örtükləri qısa müddətdə çatlayır,ucuz materiallardan istifadə edilib, istilik izolyasiyası düzgün qurulmadığından qış aylarında evlərdə soyuq və rütubət hökm sürür. Pəncərələrin və qapıların keyfiyyətsiz quraşdırılması küləyin və soyuğun birbaşa evə dolmasına səbəb olur. Bu isə xüsusilə məcburi köçkün ailələri üçün əlavə əziyyət və xərc deməkdir.Maraqlıdır ki, dövlət tərəfindən bu ərazilərdə bərpa və təmir işlərinə kifayət qədər vəsait ayrıldığı aydındır. Lakin faktiki vəziyyət göstərir ki, ya ayrılan vəsait səmərəsiz xərclənir, ya da icra prosesinə ciddi nəzarət yoxdur. Sakinlər iddia edirlər ki, işlər tələsik, texniki normalara əməl olunmadan və keyfiyyətə nəzarətsiz şəkildə görülüb.Qışın sərt keçdiyi bölgədə bu cür məsuliyyətsizlik insanların gündəlik həyatına birbaşa zərbə vurur. “Təmir olunmuş” evlərdə yaşamaq məcburi köçkünlər üçün rahatlıq yox, yeni problemlər yaradır. Sual yaranır: görülən işlər qəbul edilərkən hansı meyarlara əsaslanıb, kim məsuliyyət daşıyır və niyə vətəndaşların şikayətləri cavabsız qalır?

Məsələ ilə bağlı AEF Group-un mövqeyini, həmçinin aidiyyəti dövlət qurumlarının açıqlamasını gözləyirik.Dövlət vəsait hesabına görülən işlərin keyfiyyətsizliyi nə görməzlikdən gələ, nə də susqunluqla ört-basdır edilə bilər. Ağdərədə aparılan bərpa işləri kağız üzərində yox, real həyatda nəticə verməlidir.



Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap