![]() |
|














Alim, yoxsa separatçı? - Qarabağa “artsax“ deyənlər...
Tarix 21.05.25, 19:44 |
|

“Azad, müstəqil Talışıstan dövlətində yaşamaq talış millətinin gələcək taleyi üçün narahat olan hər bir qeyrətli talışın ümdə bir arzusudur. Bu arzunu gerçəkləşdirməyə çalışmaq, bu işə öz töhfəsini vermək isə hər bir talış vətənpərvərin borcudur”.
Talış Xalqının Haqlarının Müdafiə Komitəsinin (TXHMK) Rusiyada yaşayan sədri Zahirəddin İbrahimi öz müsahibəsində belə demişdi.
DTK aprelin əvvəlində onu Rusiyada həbs etdi. İndi də Belarusiyada məskunlaşmış 35 yaşlı İqbal Əbilova 18 il iş kəsiblər. Bizim separatçılar and-aman edir ki, yox e, onların hər ikisi talış tarixini və mədəniyyətini araşdırmaqla məşğul idi. İqbal Əbilov "Talış Milli Akademiyasının xəbərləri" jurnalının baş redaktoru və Talış Milli Akademiyasının elmi işçisidir.
2020-ci il fevralında isə Rusiyaya sığınan Fəxrəddin Abbasov həbs olunmuşdu. Onu da bizim separatçılar alim kimi bizə sırımağa çalışırdılar. Fəxrəddin Abbasov Qarabağa nümayişkaranə şəkildə artsax deyən birisi idi. Onun belə bir kitabı da çıxmışdı: Фахраддина Абосзоды «Мыслить немыслимое. Моя борьба за независимый Талышистан». (Ağlasığmazı düşünmək. Müstəqil Talışıstan uğrunda mübarizəm).
Fəxrəddin Abbasov qondarma Talış-Muğan Muxtar Respublikasının keçmiş başçısı Ələkrəm Hümbətovla birlikdə Talış milli hərəkatının liderlərindən biri sayılırdı.
Adın çəkdiyim kitabda belə bir yer var: «Россия должна восстановить своё влияние в прежних границах Советского Союза. …Без российской помощи и поддержки мы не станем независимыми». (“Rusiya Sovet İttifaqının keçmiş sərhədləri daxilində öz təsirini bərpa etməlidir...Rusiyanın köməyi və dəstəyi olmadan biz müstəqil ola bilmərik”.) Yəni adam Talışıstan qurmaq üçün SSRİ-nin bərpa olunmasını istəyirdi.
2005-ci il mayın 21–23-də Ermənistanın Dərəçiçək qəsəbəsində Talışşünaslıq üzrə Birinci Beynəlxalq Konfrans keçirildi. Həmin tədbirdə talışlar adından Fəxrəddin Abbasov və Zahirəddin İbrahimi iştirak etdi. Bu məsələ ilə bağlı o, belə deyib: "Bizə informasiya dəstəyi lazımdır, o cümlədən Ermənistandan. Bu şansı dəyərləndirməsəydik, axmaq olardıq”...
Xatırladım ki, 2013-cü il sentyabrın 24-də Ələkrəm Hümbətov da İrəvana Talış-Muğan Respublikasının prezidenti kimi səfər edərək yerli Dövlət Universitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə tədbirdə qatılıb. Daha sonra işğal altında olan Dağlıq Qarabağa səfər edərək Xankəndində yerləşən universitetdə çıxış edib.
Xeyir ola? Talış separatçıları nədən erməniləri bu qədər sevirlər?..
İqbal Əbilovun həbsinə qayıdıram. O, 2021-ci ildə “Жизнь и смерть Фахраддина Абосзода” (Fəxrəddin Aboszodanın həyatı və ölümü) adlı bir məqalə yazıb. Həmin məqalə Rusiya ermənilərinə bağlı “Regnum” agentliyi tərəfindən yayımlanıb. Separatçıların alim dediyi İqbal Əbilov həmin məqalədə talış separatçılarını vəsf edir. Fəxrəddin Abbasovu və Zahirəddin İbrahimi göylərə qaldırır. Həmin məqalədə belə bir yer var: “Министерства юстиции Азербайджана официально заявила, будто в результате «проведенного расследования» выяснила, что Ф. Абосзода «пережил глубокое психологическое потрясение из-за освобождения города Шуша» и потому совершил суицид. Подобное заявление и события, предварявшие кончину талышского ученого, вызывают серьезные вопросы”. (“Azərbaycan Ədliyyə Nazirliyi rəsmi şəkildə bildirdi ki, “araşdırma” nəticəsində F.Aboszodanın “Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı dərin psixoloji sarsıntı keçirdiyi” və bu səbəbdən intihar etdiyi müəyyən edilib. Belə bir açıqlama və talış alimin ölümündən əvvəl baş verənlər ciddi suallar doğurur”.)
Diqqət edin: İqbal Əbilov Fəxrəddin Abbasovu da talış alimi adlandırır. Görünür, onlar alim deyəndə elə separatçıları nəzərdə tuturlar...
İqbal Əbilovun digər yazıları da talış separatizminin geniş vüsət almasına hesablanıb. 2018-ci ildə qələmə aldığı “Репрессированное талышеведение” (Repressiya edilmiş talışşünaslıq) adlı məqaləsində isə Azərbaycan dövlətini talışlara qarşı az qala terror həyata keçirməkdə suçlayır...
Bəs bu başabəla alimləri müdafiə edənlər arasında kimlər var? AXCP bu məsələdə separatçılara ikiəlli dəstək verir. Mən bu barədə zamanında ətraflı yazmışam. Müsavat ideologiyasına bağlı olduğumu iddia edən partiya hansı məntiqlə etnik separatizmə dəstək verir? Bu işdə məntiq yox, maliyyə ciddi rol oynayır. Qərb AXCP-yə deyir ki, separatizmə dəstək ver ki, biz də sənə dəstək verək. Qərbdən maliyyələşən media orqanları, məsələn, “Meydan TV” separatçıların yanındadır. Azərbaycanda at oynatmaq istəyən Qərbin bəlli qeyri-hökumət təşkilatları, məsələn, “Amnesty International” və bu qəbildən olan digərləri də Azərbaycanda mövcud olan etnik, dini və cinsi azlıqlardan öz xeyirlərinə yararlanmağa çalışırlar. Ona görə mən təkidlə deyirəm ki, Azərbaycanın heç bir siyasətçisi, jurnalisti, qeyri-hökumət təşkilatı heç bir yabançı mərkəzdən qrant almamalıdır. Alanda belə olur. Yəni həmən Azərbaycanın dövlət maraqları ayaqlar altına atılır. Azərbaycanda biz bunun yüzlərlə nümunəsini görə bilərik. Məsələn, Bəhruz Səmədov yazmışdı ki, Azərbaycanda ermənilərə faşistlərə bənzər münasibət var. Adam bütün yazılarında erməni separatizminə dəstək verib. Niyə? Çünki Qərbdən maliyyələşir. Qərb bunları pulun hesabına manqurtlaşdırıb.
Sual olunur: Niyə “Amnesty International” türk coğrafiyasında erməni, kürd, talış... separatizmini müdafiə edir. Amma korsikalılara, katoloniyalılara, flamanlara... və onlarla bu kimi Qərbdə mövcud olan separatçı hərəkatlara arxa çevirir. Səbəb nədir? Məncə, hər şey gün kimi ortadadır.
Mən öz payıma Azərbaycan dövlətinin separatizmə qarşı radikal gedişlərini müdafiə edirəm. Özü də birmənalı şəkildə. Erməni separatizmi 30 min nəfərdən çox insanı ən qəddar üsullarla məhv edib. Biz günahsız insanların qanı ilə yazılmış tarixi unuda bilmərik.
Bir şeyi də deyim ki, talış separatizminin talış xalqına heç bir dəxli yoxdur. Bu faktdır ki, erməni separatizminin məhvində, işğal altındakı torpaqlarımızın azad olunmasında Azərbaycanın digər azsaylı xalaları ilə yanaşı talışlar da müstəsna xidmət göstərib. Bir ovuc erməniyə nökərçilik edən separatçı, talış xalqının böyüklüyünün üzərində zərrə qədər də kölgə sala bilməz.
Biz buna imkan vermərik. Azərbaycanda insanlar etnik və dini kimliyindən asılı olmayaraq min illərdir ki, iç-içə yaşayırlar. Yalnız ermənilər Rusiyanın təhriki ilə bu harmoniyanı pozmağa cəhd etdi. Onlar da yaman günə qaldı...
Allah Cəfər Cabbarlıya rəhmət eləsin. “1905-ci ildə” əsərində İmamverdi ilə Allahverdini kimlərin düşmən etdiyini çox dəqiq ifadə edib: “Atan kazaklardır”...
Azərbaycanı qatıb-qarışdırmağa müştaq olan təkcə kazaklar deyil. Mollalar da, gecə-gündüz demokratiyadan danışan Qərb siyasətçiləri də fürsət gözləyirlər.
Onları intizarda qoymaq bizə borc olsun...
Elbəyi HƏSƏNLİ, SÜRİX
Xəbərin oxunma sayı : 145
Sosial
Xəbərlər
-
Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən...
-
“Evimin təmirinə 100 min pul qoymuşam“ - Ülviyyə Namazova
-
“Biz Messi ilə tarixə düşmüşük, indi növbə...“ - Ronaldinyo
-
Prezidentin işgüzar səfərinin - Videosu
-
“Qərb bizə sazişi imzalamağa icazə vermədi“ - Lavrov
-
Bakının bu rayonunda da qaz olmayacaq - Xəbərdarlıq
-
“Ərim məni kişilərlə hotelə getməyə məcbur etdi” - MƏHKƏMƏ
-
Azərbaycanda rəhbər vəzifəsində çalışan qadınlar - STATİSTİKA
-
Prezidentin Macarıstana səfəri başa çatdı - FOTOLAR
-
Aygün Kazımova, Aleyna Tilki... - Bakıda açılış mərasimində
-
143 milyonluq mənimsəmə: Kapitana hökm oxundu
-
Bakıda dilənçinin 1 günlük qazancı şoka saldı - VİDEO
-
Prezidentlərə təqdim olunan yemək menyusu - FOTO
-
Məktəb direktorunun səs yazısı ilə bağlı - Rəsmi açıqlama
-
Küləkli hava nə vaxtadək davam edəcək? - Sinoptiklər
-
“Anadolu Ankası – 2025“ təlimindən görüntülər -VİDEO
-
Bir nəfərin aylıq xərci nə qədərdir? - VİDEO
-
Alim, yoxsa separatçı? - Qarabağa “artsax“ deyənlər...
-
“Moskvaya uçan PUA-lar məhv edildi” - Sobyanin
-
Hakim politoloqa “yox“ dedi - Azər Qasımlı ilə bağlı qərar verildi
-
“Əl-İttihad“ braziliyalı ulduzu sıralarına cəlb edir - MƏBLƏĞ
-
Audiovizual Şura yayım şirkətini cərmələdi - 5 min manat
-
Kənd təsərrüfatı məhsulları niyə ucuzlaşmır? - Səbəblər
-
Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir
-
Nazir və səfirlər Düşənbədə Azərbaycanla bağlı sərgidə - Fotolar
-
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub - VİDEO
-
Kredit şirkətində yoxlama aparıldı - Əfqan Eyubov cərimə edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev dövlət və hökumət başçıları üçün verilən rəsmi lançda - Fotolar
-
“Əhalinin borclanma səviyyəsində artım davam edir“ - AMB
-
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu - FOTOLAR
-
Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələr dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib
-
“Gəl səni qucaqlayım, gözün aydın” - Ərdoğanla Əliyev arasında səmimi anlar + VİDEO
-
AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - İDDİA
-
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək - BU TARİXDƏ
-
İlham Əliyev Əziz Sancarın təltif olunması mərasimində iştirak etdi - FOTO
-
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? - FAKTLAR
-
Azərbaycanın diplomat xanımları: Neçə səfir, konsul, attaşe var?
-
Prezident Budapeştdə tədbirdə iştirak etdi - Fotolar
-
SOCAR və ARDNF xidməti maşın almaq istədi - Agentlik imkan vermədi
-
Müğənni Nigar qazini məhkəməyə verdi - Xüsusi ittiham qaydasında
-
“İlham Əliyev tarixə düşəcək” - Ərdoğan
-
Azərbaycanda əsassız varlanma ilə bağlı - Mühüm qərar
-
“Unibank“ Mərkəzi Bankın tələblərinə məhəl qoymur - Xəbərdarlıq edildi
-
Bu il işğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? - Siyahı
-
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
-
Şadlıq sarayında toy zamanı yanğın oldu - VİDEO
-
Azərbaycanın idxalı kəskin artır - Ölkə iqtisadiyyatını nə gözləyir?
-
Preziden Qərbi Azərbaycana dair beynəlxalq konfransın iştirakçılarına müraciət edib - MƏTN
-
Rafail Quliyev nazir təyin olundu - Sərəncam
-
“Texpasport“da bu söz yazılıbsa... - DİQQƏT!
-
Nazirlik bu dərmanın idxalına qadağa qoyub? - Rəsmi açıqlama
-
Anası Elgünlə mesajlarını göstərdi - VİDEO
-
İrandakı səfirliyimizə hücum edənin cəzası icra olundu - Edam edildi
-
Etibarnamə ilə maşın alanların diqqətinə - VİDEO
-
Günəş qasırğaları Yer kürəsini təhdid edir - Xəbərdarlıq
-
İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır - CNN
-
Bakıda daha bir söküntü - Sakinlər kompensasiyadan narazıdır
-
“Worker” MMC-nin rəhbəri İlknur Abbasov xaricdə işə düzəltmə ilə vətəndaşları aldadıb - VİDEO
-
“Fiasto Furme” şirkəti kimindir? - 122 min manat vergi borcu var
-
Azərbaycanda daha çox bu universitetlərin məzunları iş tapır - ARAŞDIRMA
-
“2023-cü ilin oktyabrından Qəzzada 28 mindən çox qadın və qız öldürülüb” - BMT
-
Nuranəni öldürdükdən 1 gün sonra Kürə atıb - Yeni detallar+Video
-
Avtobusun şüşəsini sındıran şəxs saxlanıldı - VİDEO
-
Bu şəxslər diplomatik pasport əldə edə biləcəklər - Qanunda dəyişiklik
-
Müdafiə Nazirliyi “Araz-2025” birgə təlimindən görüntüləri yaydı - VİDEO
-
Aİ ölkələri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib - KALLAS
-
“Tramp Putinə heç bir güzəşt etməyib“ - Dövlət katibi
-
Sabah Bakının bu ərazisində işıq olmayacaq - Xəbərdarlıq
-
Baş Prokurorluqdan 16 yaşlı Nuranənin ölümü ilə bağlı - Rəsmi açıqlama
-
Naxçıvanda kütləvi zəhərlənmə: Dönərxana bağlandı
-
Vardanyanın məhkəməsində zərərçəkmişlər danışdı - Fotolar
-
“Suriyanın keçid hakimiyyəti həftələr ərzində süqutla üzləşə bilər“ - Rubio
-
Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? - Tam siyahı
-
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu rayonlardadır
-
Mərhum deputatın oğluna 14 milyon manat verilib - Restoranının sökülməsi səbəbindən
-
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib? - FOTO
-
Rusiya NATO-nun təxribatlarına cavab verəcək - Zaxarova
-
Tofiq Yaqublunun şikayəti təmin olunmadı - Məhkəmə işi
-
İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış ediblər - FOTOLAR
-
Hibrid avtomobillərin idxalı 3 dəfəyə yaxın artıb - Qiyməti kəskin aşağı düşüb
-
10 kq qızılı ələ keçirib bataqlıqda gizləndilər -Şamaxıda ilginc oğurluq
-
“Abzas Media” işçiləri hakim qarşısına çıxarıldı - Prokuror jurnalistlərə ağır cəzalar istədi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sabah Bakı və bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
-
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - Siyahı
-
“TƏBİB stomatoloji müəssisələrə 1200 və 1800 manatlıq “plan“ qoyub“ - Stomatoloq
-
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
-
Fuad Xəlilova vəzifə verildi - Aparat rəhbəri təyin olunub + DOSYE
-
“Ermənistan gec-tez şərtlərlə razılaşacaq“ - Prezident
-
Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirilib -10 nəfər saxlanılıb
-
İlham Əliyevlə Viktor Orbanın geniş tərkibdə görüşü oldu - Fotolar
-
Azərbaycanda bir ilk: Duyu Bütünləmə və Nitq Terapiyasında İnnovasiyalar təlimi
-
Prezidentin Viktor Orbanla məhdud tərkibdə görüşü oldu - Fotolar
-
Bakıda kişinin qulağı niyə qopub? - 34 saat sonra yerinə tikdilər
-
Elgünün dostları və qohumları da dindirildi - RƏSMİ
-
İlham Əliyevin Macarıstana səfəri başladı - FOTO
-
Xameneidən ABŞ-yə xəbərdarlıq - “Boş-boş danışmayın”
-
Leysan, sulu qar, 30° isti - Sabahın havası
-
Sumqayıtda zavodda partlayış olub - Yaralılar var
-
Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb - Bir litri 57 qəpiyə
-
Hindistan Pakistanla münasibətləri normallaşdırmaq istəmir - Vikram Misri
-
Bu halda cərimələrə güzəşt olunacaq - Yeni sistem
-
Ermənistana casusluğa görə İqbal Əbilova - 18 il həbs
-
Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!
-
Bakıda qadın bıçaqla avtobusa mindi - Sərnişinlər təşvişə düşdü + VİDEO
-
İŞİD üzvü Bakıda qanlı planı həyata keçirmək istədi, DTX yaxaladı - MƏHKƏMƏ İŞİ
-
Çörək zavodları bizə nə yedirir? - Şok faktlar
-
Elçilikdən sonra qızın bibisi oğlunu öldürmüşdü - Cəzası bilindi
-
Daha bir məktəb direktoru işdən çıxarıldı - Nöqsanlara görə
-
Zaqatalada əkin sahələri sel suları altında qaldı: 25 min manatlıq ziyan dəydi
-
Bu yol bağlıdır - Sürücülərin diqqətinə!
-
ABŞ Ukrayna münaqişəsinə müdaxilə etməməli idi - Tramp
-
Həlak olan ər və arvadı ayrı yerlərdə dəfn edildi - Qəzanın detalları
-
Kəngərliyə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Trampla telefon danışığında Putin-Zelenski təması müzakirə olunub - Peskov
-
Yeni pandemiya gəlir - əlamətləri quduzluq kimi...
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Suraxanıda qanunsuz tikili qalmaqal yaratdı - VİDEO
-
Putin və Tramp arasında telefon danışığı olub - İki saatdan çox
TOP 10
ARXİV