“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Anar Yazıçılar Birliyinin sədrliyindən gedir? - Aqil Abbasdan maraqlı açıqlamalar

Tarix 28.09.22, 23:40

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabr ayının sonunadək Azərbaycan Yazıçılar Birliyinin qurultayının keçirilməsi planlaşdırılır. Qurultay öncəsi yayılan xəbərlərdə AYB-nin hazırkı rəhbəri Anarın sədrlikdən gedəcəyi, onun yerinə Çingiz Abdullayevin gətiriləcəyi bildirilir.

Hazırda AYB-də tufanqabağı sakitlik hökm sürür. AYB üzvlərinin çoxu Anarın sədr vəzifəsində qalacağını düşünür, bəziləri isə Anarın getməsini, rəhbərliyə gənc kadrların gətirilməsini istəyir.

Bəs, Anar AYB-dən getməyə razıdırmı?

AzFakt.com-un məlumatına görə, bununla bağlı Modern.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin üzvü, deputat Aqil Abbas bildirib ki, AYB-nin yeni sədrinin kim olacağını indidən bilmək mümkün deyil. Onun fikrincə, Yazıçılar Birliyi ilə bağlı müxtəlif fikirlərin səsləndirilməsi normal haldır.

Anarın getməsinə gəlincə, deputat onu dəstəklədiyini söyləyib: "Mən şəxsən Anarın Yazıçılar Birliyinin sədrliyindən getməsini istəmirəm. Əgər Anar yenidən namizədliyini irəli sürərsə, ona səs verəcəyəm. Ancaq nəticəni seçki müəyyən edir. Kimin seçiləcəyini əvvəlcədən demək olmaz. Anar müəllim Yazıçılar Birliyinin sədrliyinə keçirilən seçkidən imtina edərsə, o zaman Çingiz Abdullayevə səs verərəm. Ancaq seçkinin nəticəsini heç kim öncədən bilə bilməz. Sadəcə olaraq insanlar belə xəbərlər paylaşır, fikir bildirirlər".

Aqil Abbas onu da vurğulayıb ki, Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid namizədliyini irəli sürsə, onu dəstəkləyəcək: "Onu da qeyd edim ki, Rəşad Məcid öz namizədliyini irəli sürərsə, mən böyük mənuniyyətlə onu dəstəkləyərəm. Anar müəllimə yox, Rəşad Məcidə səs verərəm".

Xatırladaq ki, senyabrın 26-da Azərbaycan Yazıçılar Birliyində katibliyin geniş tərkibdə toplantısı keçirilib.Ağsaqqallar Şurasının, Gənclər Şurasının və mətbu orqanların rəhbərlərinin də iştirak etdiyi toplantıda qurultayqabağı hazırlıq işləri müzakirə edilib.

Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib. Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə nəzərdə tutulmuş oktyabrın 5-i tarixinin dəyişdirilməsi, Azərbaycan Yazıçılarının XIII Qurultayının oktyabr ayının sonunadək keçirilməsi qərara alınıb.



Xəbərin oxunma sayı : 583




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap