“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qırğızıstan öz pulunu özü çap etməyə başladı - İLK DƏFƏDİR

Tarix 11.09.26, 20:32

Font ölçüsü : - / +
bitmap-img6


Qırğızıstan prezidentinin göstərişi ilə som əskinaslarının buraxılışına başlanıb. 

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ilk partiya 20 və 50 somluq əskinaslardan ibarət olub.

Yerli istehsala başlamazdan əvvəl ölkənin milli valyutası 30 ildən artıqdır ki, yalnız xaricdə çap olunurdu. İlk əskinasların buraxılışı Qırğızıstanın müstəqilliyinin 35-ci ildönümünə təsadüf edib.

Milli Bank qeyd edib ki, Qırğızıstan Respublikası prezidentinin göstərişlərinə əsasən, ölkənin Milli Bankı milli valyutanın ölkə daxilində istehsalını təmin etmək üçün ardıcıl və sistemli şəkildə çalışır.

Tənzimləyici orqan istehsalın başlanmasını ölkə üçün mühüm mərhələ adlandırıb.

Milli Bank bildirib ki, bu, Qırğızıstan Respublikasının iqtisadi müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində daha bir vacib addımdır.

Qeyd edək ki, bir sıra postsovet ölkəsi, o cümlədən Azərbaycan öz milli valyutasını inkişaf etmiş Avropa ölkələrindən çap etdirirlər. Bunun valyutanın möhkəmliyi və təhlükəsizliyi baxımından daha əlverişli olduğu qeyd olunur.



Xəbərin oxunma sayı : 322




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap