![]() |
|














Axtarışda olan “Akula Akif” Mövlam Şıxəliyevin cinayət işində üzə çıxdı - cinayət dosyesi
Tarix 30.12.21, 10:48 |
|

Akif Mustafayev özünü Eldar Mahmudovun ən yaxın dostu kimi təqdim edərək sahibkarın başına oyun gətirib; zərərçəkən: “Mövlam Şıxəliyev divar kağızı timsah dərisi dizaynında olan kabinetdə otururdu”
2 aydan artıqdır ki, Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir. Cinayət işi üzrə 32 zərərçəkən və dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisləri var.
Məhkəmə açıq elan edilsə də, hakim Elbəy Allahverdiyev mətbuat nümayəndələrini prosesin keçirildiyi zala buraxmır. Proses faktiki olaraq qapalı keçirilir. Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir. Digər təqsirləndirilən şəxslər barəsində həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.
İş üzrə zərərçəkənlərə 20 milyon manatdan artıq ziyan dəydiyi təsbit olunub, lakin təqsirləndirilən şəxslərin cəmi 7 milyonluq əmlakları müəyyən edilərək müsadirəyə təqdim olunub.
Cinayət işi üzrə istintaqda adı keçənlərdən biri də hazırda İnterpolun axtardığı Akif Mustafayevdir. Hazırda Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayev özünü iş adamı kimi tanıtsa da, ölkədən qaçaq düşməsindən sonra barəsində yayılan məlumatlarda əslində onun əsas vəzifəsinin imkanlı iş adamları haqda MTN-dəki mütəşəkkil cinayətkar quldur dəstəyə dosye toplayıb çatdırmaqdan ibarət olduğu deyilirdi.
Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Anar Sadıx oğlu Heydərovun ifadəsini “Akula Akif”in barəsindəki məlumatları təsdiqləmiş olur.

Anar Heydərov ifadəsində deyib ki, 2004-cü ilin sentyabrında “İT Solition” MMC-ni təsis edərək sahibkarlıq fəaliyyət ilə məşğul olmağa başlayıb. Şirkətin fəaliyyəti infomasiya texnologiyaları, proqram təminatı, mühafizə sahələri ilə bağlı olub. 2010-cu ilin təxminən yanvar ayında dostu Aydın onu Bakı Əyləncə Mərkəzində Akif Mustafayevlə tanış edib. Sonuncu özünü sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın dostu kimi təqdim edib. Respublikada istənilən məsələni həll etməyə qadir olan şəxs kimi tanıdıb. Sonradan bir neçə dəfə onun işlədiyi ofisə gəlib müxtəlif məzmunda söhbətlər aparıb, hətta rəhbərlik etdiyi şirkətin 5 il ərzində MTN-in maddi texniki təminat şöbəsi ilə müqavilə bağlayaraq MTN-in inzibati binalarında yanğından mühafizə sisteminə xidmət göstərilməsi işlərini götürməsinə Akif kömək edib.
2010-cu ilin əvvəllərində Akif Mustafayev ona tez-tez xarici ölkələrə səfər etdiyini deyib və Şengen vizaları aldığına görə onu “İT Solition” MMC-yə işə götürməyi xahiş edib. Anar Heydərov da razılaşaraq Akif Mustafayevin adını satış meneceri kimi rəsmiləşdirib, əmək müqaviləsi bağlayıb.
Zərərçəkən deyir ki, 1 il sonra əvvəldən tanıdığı “Texnika, Bank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin sifarişi əsasında bank üçün 2011-ci ildən başlayaraq 210 ədəd ödəmə köşkləri quraşdırıb və banka təhvil verib. Lakin 2012-ci ilin fevral-mart aylarında Etibar Əliyev MTN əməkdaşları tərəfindən tutulduqdan sonra bankın ona ödənilməmiş 1 milyon 980 min manat borcu qalıb. Akif Mustafayevlə tez-tez görüşdükləri üçün bu barədə onun xəbəri olub. Bir dəfə Akif Mustafayev ona MTN-in idarə rəisi Füzuli Əliyevin zəng edərək Anar Heydərovun Etibar Əliyevin oğlu ilə tez-tez telefon danışıqları olduğuna görə onu tutmaq istədiklərini deyib və ona kömək edəcəyini bildirib.
Etibar Əliyev: “Cahangir Hacıyevin əmisi oğlu əmr edibmiş ki…” | Azadliq
Etibar Əliyev
“Akif Mustafayevə görə gəldim, qurban olasan bu kişiyə, yoxsa səni də Etibar Əliyevlə tutacaqdım”
Bundan bir neçə gün sonra, 2012-ci ilin təqribən mart ayında Füzuli Əliyev onun işlədiyi ofisə gələrək söhbət zamanı “mən heç bura gəlməyəcəkdim, Akif Mustafayevə görə gəldim, qurban olasan bu kişiyə, yoxsa səni də Etibar Əliyevlə tutacaqdım" demiş, lakin ondan pul tələb etməmişdi. Bu söhbətdən 2-3 gün sonra Akif ona ”"TexnikaBank"ın sənə olan borcunu qaytartdıracam, bu pulu məndən başqa heç kim sənə onsuz da qaytara bilməyəcək, 500 min manat mənə pul verərsən" deyə təklif edib. O da məcbur olub razılaşıb. Həqiqətən, bir neçə ay müddətində “TexnikaBank” tərəfindən həmin məbləğdə pul ona qaytarılıb. Belə ki, 16 may 2012-ci il tarixdə həmin bankın idarə heyətinin sədri Samir Hüseynovla 2 milyon 336 min 400 manat məbləğdə müqavilə bağlayıb, müqavilənin şərtlərinə görə, bankın ona borclu olduğu pul ödənilməli imiş. Bundan sonra onun rəhbərlik etdiyi şirkətin “TexnikaBank”dakı olan hesabına 1 milyon 980 min manat pul köçürülüb, həmin pulun 650 min manatı “TexnikaBank”dan olan kreditə görə silinib. Qalan məbləği isə hissə-hissə nağdlaşdırıb 2012-ci ilin iyul ayının axırlarına kimi bankdan götürüb. 23 may 2012-ci ildə şirkətinin Bakı şəhəri, Z.Bünyadov prospekti 86 B ünvanında yerləşən ofisində öz otağında birinci dəfə 200 min manat, 2-ci dəfə 29 may 2012-ci il tarixdə 150 min manat, 3-cü dəfə 31 may 2012-ci il tarixdə 150 min manat Akif Mustafayevə şirkətin meneceri Rəşad Hüseynovun yanında pul verib.

“Akula Akif” 500 min alır və Cahangir Hacıyevlə görüşdüyünü deməklə sahibkarı hədələyir
2013-cü ilin yanvar ayında Akif ona Cahangir Hacıyevlə görüşdüyünü, sonuncunun “”TexnikaBank"ın Anar Heydərova ödədiyi pulu geri qaytarmaq lazımdı, mən Anar Heydərova 4 milyon manat kredit verəcəm, bir hissəsini “TexnikaBank”a ödəyin, qalan hissəsini isə istifadə edib faizlərini qaytarın" dediyini bildirir. İş adamı buna etiraz etdikdə isə Akif hədə-qorxu gələrək “başına oyun açarıq, həbs olunarsan, o pulu biz almışıq, biz də qaytarmalıyıq, sən heç bir zərər görməyəcəksən, hamısını ”Beynəlxalq Bank" qaytaracaq" deyib.
Zərərçəkənin ifadəsində qeyd olunur ki, həmin ərəfələrdə 050 211 03 04 və ya 050 206 66 66 saylı mobil nömrələrindən birinə zəng edilməklə onu 2013-cü ilin yanvar ayında MTN-in İstintaq Baş İdarəsindən adı yadında qalmayan müstəntiq çağırıb dindirdikdən sonra otağa Təhsin Ağayev daxil olaraq “sən indi generalın yanına gedəcəksən” deyib və onu Mövlam Şixəliyevin otağına aparıb. Təhsin Ağayevi əvvəllər tanımayıb, aralarında hər hansı məzmunda danışıq olmayıb, sonradan da Təhsinlə ünsiyyəti olmayıb. Mövlam Şixəliyev onu təxminən 5 dəqiqə ərzində təklikdə qəbul edib və “mən bilmirdim sən Akiflə yaxınsan, mən Akifə demişəm, o özü sənə deyəcək, get 2-3 günə məsələni həll elə” deyib.
Mövlam Şixəliyevin otağının sahəsi təxminən 70-80 kvadrat metr imiş. Girişdən üzbəüz geniş “T” formalı iş masası, iş masasının arxasında mebel, girişdən sol divar boyu küçəyə baxan iri ölçülü pəncərə olub.
İfadədən sitat: “Xüsusilə də kabinetin ”salat" rəngli, divar kağızı timsah dərisi dizaynında olması diqqətimi çəkdi, həmin görüşdə Mövlam Şixəliyev mülki geyimdə idi".
Zərərçəkən həmin gün MTN-in inzibati binasından çıxandan sonra Mövlam Şixəliyevin onu tutacağından narahat olub, həmin vaxt Mövlamın onu Akiflə dost olduğuna görə sərbəst buraxdığını hesab edib, sonradan bütün olanların hamısının bir “oyun” olduğunu, Mövlamın, Akif və Elşad Mahmudzadə ilə əlbir olub onun başına oyun açdıqlarını başa düşüb. Mövlamın yanından çıxdıqdan sonra Akiflə “Qurd qapısı” restoranında təxminən yarım saat ərzində görüşüb, Mövlam Şixəliyevlə görüşü barədə danışıblar.
Akif məsələni danışıb həll etməsi üçün MTN-in Elşad Mahmudov adlı idarə rəisinə onu tapşıracağını deyib, həmin gün axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Statistikanın kruqu” deyilən yerdə yerləşən “Maestro” restoranında Akif və Elşad adlı şəxslə görüşüb. Elşad ona kömək etmək üçün Mövlamla danışıb xəbər edəcəyini deyib. Növbəti gün eyni restoranda yenidən eyni tərkibdə görüşəndə Elşad Mövlamla danışdığını, onun tutulmaması üçün Mövlamın 500 min dolları istədiyini deyib.
Lakin o, Akifə 300 min dolları verə biləcəyini deyib, həmin məbləğə Mövlamı razı salmalarını Akif və Elşaddan xahiş edib. Elşad axşam Mövlamla görüşüb parkda gəzəndə sonuncu ilə danışıb razı salmağa çalışacağını bildirib. Sonrakı gün də yenə də eyni yerdə, eyni tərkibdə görüşüblər və o, özü ilə gətirdiyi 300 min dollar pulu Elşada verib. Pulu Elşadın tünd göy rəngli “Mercedes Benz E class” markalı, 088 dövlət qeydiyyat nişanlı avtomobilinin baqajına qoyub və Elşad gedib. Bunun ardınca Akif ona Elşadın neçə gündür Mövlamı onun işinə görə razı salmaqdan ötrü əziyyət çəkdiyinə görə Elşada da “hörmət” kimi heç olmasa 10 min manat pul verməsini istəyib.
“Pul çatdı və müstəntiq ”sənin məsələn bağlandı" dedi"
O da həmin vaxt üzərindəki əl çantasında olan 10 min manat pulu Elşada çatdırması üçün Akifə verib. Həmin pulu Akifin Elşada verdiyini sonradan Elşadın ona həmin pula görə təşəkkür etməsindən bilib. Elşadın da pulu Mövlama çatdırmasını ikinci görüş zamanı müstəntiq Mətləbin ona “sənin məsələn bağlandı” deməsindən bilib. Belə ki, Mövlam Şixəliyevin ondan Akif Mustafayev və Elşad Mahmudzadənin vasitəsilə tələb etdiyi 300 min dolları verdikdən bir müddət sonra ifadəsində dəyişiklik edilməsi məqsədilə xatırlamadığı MTN əməkdaşı zəng edərək onu quruma çağırıb.
2-ci görüşdə o, ancaq müstəntiq Mətləbin qəbulunda olub ifadəyə imza edib. Mətləb ilk görüşlə müqayisədə onunla daha mülayim və xoş davranıb, “sənin məsələn bağlandı” deyib. Buna baxmayaraq, Mətləbin özü ilə arasında hər hansı pul söhbəti olmayıb, o, Mətləbə Mövlam Şixəliyevə çatdırmaq üçün Akif və Elşada pul verdiyini bildirməyib.
Zərərçəkən ifadəsində deyib ki, Mövlam Şixəliyevin qəbulunda cəmi bir dəfə olub.
Anar Heydərov deyib ki, bundan sonra o, həmçinin məcbur olub Akif Mustafayevin “Azərbaycan Beynəlxalq Bank”ı ASC-dən 4 milyon manat kredit götürməsi təklifi ilə də razılaşıb:
- 5 iyul 2013-cü ildə Akif Mustafayevin təşkilatçılığı əsasında “Azərbaycan Beynəlxalq Bank”ının Sumqayıt filialı ilə 4 milyon manat kreditin götürülməsi barədə müqavilələrə imza etdi. Əslində isə həmin vaxt ayrı bankda kredit xəttim vardı. Buna görə də “Beynəlxalq Bank”dan əlavə kredit xəttinə heç bir ehtiyacım yox idi. 5 iyul 2013-cü ildə “Beynəlxalq Bank”dakı hesabıma 2 milyon 500 min manat pul mədaxil olundu. Həmin pul rəhbərlik etdiyim şirkət tərəfindən verilmiş bank çek kitabçası vasitəsilə İlqar Hüseynov tərəfindən Pribaltika ölkələrindən hansındasa yerləşən ofşor şirkət olan “City Port Contracts LP”nin hesabına köçürüldü. Daha sonra isə həmin ofşor şirkət tərəfindən 2 milyon 357 min manat (həmin pulun 0,3 faizi xidmət haqqı, 1 faiz isə ofşor şirkətdən pulun köçürülmə haqqı olub) “Texnika Bank” ASC-yə köçürüldü. 1 milyon 643 min manat pul rəhbərlik etdiyim şirkət tərəfindən götürülərək biznesin inkişafına xərcləndi. 2013-cü ildə dostu Aydın Cəfərovla birlikdə “VİP Həyat” MMC-ni təsis edərək kosmetoloji malların Azərbaycana idxalı və pərakəndə satışını həyata keçirmək barədə razılaşdıq. Lakin Akif Mustafayev bu razılaşmadan xəbər tutan kimi həmin şirkətə şərik olmağı tələb etdi. Hədə-qorxu gəldi deyə onunla razılaşmağa məcbur olduq və 50 faiz payı onun dayısı oğlu Orxan Alik oğlu Məcidovun adına təsisçi kimi rəsmiləşdirdik. 25 faiz Akif Mustafayevin bacısı oğlu Arif Novruz oğlu Şükürov təsisçi kimi rəsmiləşdirildi. 25 faiz isə Aydın Eldar oğlu Cəfərovun həyat yoldaşının adına rəsmiləşdirilib. Şirkətin biznes ideyası Aydına, invenstisiya qoyulan 700 min manat pul isə ona aid olub. Şirkət İzrailin “Deşeyl” şirkətinin istehsalı olan kosmetoloji malların ölkədə satışını həyata keçirib. 2014-cü ilin oktyabr ayında Akif Mustafayev onu 45 faiz ona, 45 faiz Akifə və 10 faiz Aydına məxsus olmaqla həmin şirkətin yeni Nizamnaməsini tərtib etməyə məcbur edib. 2015-ci ilin dekabr ayından həmin şirkət fəaliyyətini dayandırıb. (musavat.com)
Xəbərin oxunma sayı : 2656
Kriminal
Xəbərlər
-
Bu il banklar nə qədər pul qazanıblar? - SİYAHI
-
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu - ŞOK TƏFƏRRÜAT
-
“Çin rəhbərliyi Rusiyaya dəstəyini daha da gücləndirəcəyini bəyan edib“ - “The Telegraph“
-
Bu şəxslərin maaşından vergi tutulacaq - Tarix bəlli oldu
-
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb - 239 min ayrıldı
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi+Fotolar
-
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
-
“Xalq artisti adını sənə sponsorun da verdirə bilir“ - VİDEO
-
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
-
15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı - Ərdoğan
-
“Tramp NATO və Aİ-nin nalayiq təzyiqi altındadır“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bəzi rayonlarda 40 dərəcə isti var, bəzilərində yağış yağır - FAKTİKİ HAVA
-
Vətəndaşların şəxsi məlumatlarını xaricə ötürən ötürən qrupu aşkarlandı - Saxlanılan var
-
ABŞ silahları Ukraynaya illərlə gecikə bilər - Şok xəbərdarlıq
-
“Qafqaznet“ kondisioner də satırmış - Nazirə məxsus olduğu deyilən şirkətlə daha bir müqavilə
-
İnam Kərimov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb - FOTOLAR
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Qurbanqulu Berdiməhəmmədov Qarabağa səfər edəcək - Bu tarixdə
-
Tramp Zelenskidən niyə Moskvanı vurmadıqlarını soruşub - “The Washington Post”
-
Azərbaycanda buğda istehsalı niyə azalır - Araşdırma
-
Sədrin şikayətçi olduğu şəxs məhkəmə zalında həbs edildi - SƏBƏB
-
Ukraynaya göndərilən silahların sayı açıqlanmayacaq - Nazirlər razılıq əldə edib
-
Xalq torpaq amnistiyası gözləyir - Kupça əlçatan olacaq?
-
Sabah 40 dərəcə isti olacaq: Çimərliklər üçün tempratur...
-
Kamran Əliyev üç rayona prokuror təyin etdi - FOTO
-
Avropa İttifaqından Gürcüstana ultimatum: vizasız rejim dayandırıla bilər
-
Ruben Vardanyan Bakıda hakim qarşısında: zərərçəkmiş şəxslər ifadə veriblər
-
Piyadanın öldüyü qəza ilə bağlı hökm - Sürücülük vəsiqəsi yox imiş
-
İlham Əliyev Ərdoğana məktub göndərib: “Əziz qardaşım...“
-
Azərbaycan Premyer Liqası: Yayın ən bahalı futbolçusunu kim transfer edib?
-
Deputatların yay tətili başladı - 41 günlük sükut dövründə nə qədər qazanacaqlar?
-
Bu ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə - Müraciət
-
Şirkətlərin “Premium Bank“a inamı azalır - 29 milyon manat depoziti geri çəkdilər
-
Masallıda arı təsərrüfatları tələf oldu - Sahibkarlar ziyanda (VİDEO)
-
Probleminlə bağlı polis rəisinə müraciət et - DİN nəzarət edir + Video
-
Səbail rayonunda bina yararsız vəziyyətdə - VİDEO
-
Bu ölkədə azərbaycanlı deputat seçiciyə çaynik atdı - VİDEO
-
Xatirə İslamın dəniz istirahəti - FOTOLAR
-
Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır - Viktor Orban
-
Bu dərmanlara boşuna pul xərcləməyin - Dövlət pulsuz verir
-
Zaqatalada ağaclar kəsilib - Sakinlərdən ŞİKAYƏT
-
“Almaniya və Norveç Ukrayna üçün “Patriot“ alacaq“ - Zelenski
-
Sürücülərin maşında gəzdirdiyi, amma istifadə etmədiyi “apteçka” - ARAŞDIRMA
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir“ - Tramp
-
“İşgəncələr nəticəsində övladımın adını da yadımdan çıxartmışdım” - MƏHKƏMƏ
-
“ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib“ - Tramp
-
Pensiya kartına görə anasını döyərək öldürdü - TƏFƏRRÜATLAR
-
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
-
Bakıda “abadlıq işi“ elanından sonra ərazidə obyekt tikildi - FOTOFAKT
-
Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr - SİYAHI
-
“Çox güman ki, Azərbaycan-Ermənistan dialoqu uğurla nəticələnəcək“ - Tramp
-
Bu rayonda 4 900 abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Pensiyaçıların kommunal ödənişini dövlət ödəyəcək? - Deputat AÇIQLADI
-
“Dedilər ki, 5 milyon manatı qaytarmalıyam“ - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
-
“Hər ay məndən 20 min alırdı, sintezator çalanla xəyanət etdi“ - VİDEO
-
“Paşa Bank“da kəskin mənfəət azalması - 91 milyon manata düşdü
-
Naxçıvan universitetində RƏZALƏT: Tələbələrə qiymət qarşılığında cinsi əlaqə təklif olunub
-
ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİRDİ
-
Bakıda ağır qəzanın görüntüləri yayıldı - VİDEO
-
PKK-nın İraqdakı mağarası aşkar edilib - Yüzlərlə hərbi vasitə tapılıb + VİDEO
-
Mehdiyevlərin bankı insanlara yalan məlumat verir - Fotofakt
-
Hərbi prokurora müavini, Sumqayıta isə hərbi prokuror təyin edilib - Kamran Əliyevdən yeni təyinat
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Elat Kəndli-Fermer Təsərrüfatı“ MMC tullantıları hara axıdıb? - Xidmət tədbir gördü
-
Azərbaycanda iki yeni milli park yaradılır - SƏRƏNCAM
-
Ukraynada hökumət dəyişikliyi - Zelenski yeni baş nazir təyin edir
-
Suşi bu vəziyyətdə hazırlanırmış - Yoxlama
-
Xətaidəki çörək sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Məşhur restoran buna görə cərimə edilmişdi - Məhkəmə qərar verdi
-
Rusiyadakı biznesi təhlükə altında olan sabiq məmurlar kimlərdir? - SİYAHI
-
Efirdə müğənnilər qırğına çıxdı - Mikrafonlar söndürüldü - VİDEO
-
Xırdalanda “Little Stars” uşaq bağçasında azyaşlının qolu qırıldı - Rəhbərlik gizlətdi
-
“NATO Moldovanı Rusiya ilə müharibəyə hazırlayır“ - Rusiya xarici kəşfiyyatı
-
Azərbaycan avtobusları Almaniyadan 400, Rusiyadan isə 35 min manata alıb - SİYAHI
-
Torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi ilə bağlı - Yenilik
-
“-ov“, “-yev“ sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ
-
Krımda partlayış hazırlayan 25 yaşlı yerli qadın saxlanılıb - İDDİA
-
Vəhdət Partiyasında toplantı: Adəm İsmayıl Bakuvi tapşırıq verdi
-
Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb
-
ABŞ yardımları dayandırdı, ərzaq böhranı başladı - Əfqanlar aclıqla üz-üzə qalıb
-
Milli Məclisin sessiyası başa çatdı: Deputatlar məzuniyyyətə çıxdı
-
“İmtahanlara özümün belə müdaxiləm mümkün deyil“ - Məleykə Abbaszadə
-
Şəxsiyyət vəsiqələri dəyişir - Qanun qəbul olundu
-
Bu media subyektləri cərimələnəcək - 5000 manatadək
-
Ötən həftə 812 yanğın olub, 5 nəfərin meyiti çıxarılıb - FHN
-
Putin Trampa xəbərdarlıq edib: “60 günə hər şeyi alacam”
-
Hərbçilərin pensiyalarının hesablanmasında dəyişiklik edilir? - Nazirlikdən cavab
-
54 yaşlı Aygün Kazımova göz qamaşdırdı - VİDEO
-
“Cahid Şahbazova cinayət işi açılıb“ - VİDEO
-
Bu avtomobillərin kilometrajı geri çəkilir - Aldanmamaq üçün nə etmək olar?
-
Sədrlə qohumlar üz-üzə gəldi - AHİK-də 4 nəfər istefa verdi
-
Kümçülər təhvil verdikləri baramanın pulunu niyə ala bilmirlər? - VİDEO
-
Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO/VİDEO
-
Ukraynaya silah tədarükü rekord həddə çatacaq - Respublikaçı senator
-
Nərimanovdakı “Taxta bazarı”nda yanğın olub - VİDEO
-
DTX əməliyyat keçirdi - Həbs edilən var
-
Fransa müdafiə xərclərini sürətlə artıracaq - Makron
-
Azərbaycanda ətin qiyməti qalxıb - VİDEO
-
Sağlam bildiyimiz qidalar qanı qatılaşdırır - Nə yeyək?
-
“Çelsi“ klublararası dünya çempionatının qalibi oldu - VİDEO
-
Əliyev - Paşinyan görüşünün kadrarxası məqamları - VİDEO
-
Bakı çimərliklərində son durum: Yenə natəmizlik, yenə üfunət... (VİDEO)
-
Polkovnik Voronici Kiyevdə Rusiya agentləri olan azərbaycanlılar öldürüb? - FOTO
-
Əhd etmişdilər, Bakıdan Laçına piyada getdilər - VİDEO
-
Vətəndaş idarə etdiyi avtomobilə yazılmış cərimədən narazıdır - VİDEO
-
Salyan rayonunda ağır qəza hadisəsi: 3 nəfər ölüb
-
İnsanlar isti hava səbəbindən çimərliklərə axın edirlər - VİDEO
-
Qardaşı oğlunu öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - Şərurda
-
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” - Putin
-
Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA
-
Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı - Şantaj olunub
-
Rüşvət alanlar tutuldu: Rüşvəti verən bu iş adamları necə olacaq?
-
Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirik - Ərdoğan
-
Köməksiz qalan azyaşlı xilas edildi - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yaydı - VİDEO
-
İsmayıllıda itkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı - FOTO
-
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - “Al Arabiya”
-
“Rusiyanı şərtsiz dəstəkləməyə davam edəcəyik” - Kim Çen In
TOP 10
ARXİV