Röyadan açıq-saçıq paylaşım – FOTO “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı
Axtar
 
  • / Maqazin / — 07 İyun 2021

    Röyadan açıq-saçıq paylaşım – FOTO

  • / Maqazin / — 13 May 2021

    “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova

  • / Maqazin / — 09 May 2021

    Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO

  • / Maqazin / — 01 May 2021

    “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı

  • / Maqazin / — 24 Aprel 2021

    “Anarı hələ də sevirəm” - Röya ağladı

  • / Maqazin / — 11 Aprel 2021

    “Həcilər də əldən çıxır, kasıblayırlar...“ - Müğənni Sevinc

Azərbaycan-Türkmənistan danışıqları məxfi aparılıb - Üçüncü qüvvə razılaşmaya mane ola bilərdi...

Tarix 21.01.21, 21:17

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan və Türkmənistan müstəqilliklərini qazandıqdan sonra iki ölkə arasında münasibətlər gərgin idi. Azərbaycan neftçiləri 1989-cu ildə Xəzər dənizində neft yatağı aşkar etdilər.

Azərbaycan neftçiləri bu yatağın adını “Kəpəz” qoydular. Ancaq SSRİ 1991-ci ildə dağıldıqdan sonra Türkmənistan bu yatağın Xəzərin ona aid olan hissəsində olduğunu bildirdi. Türkmənistan həmin yatağa “Sərdar” adını verdi. Bu iki dövlət arasında mübahisəyə səbəb oldu.

Azərbaycanla Türkmənistan arasındakı mübahisə həm də Xəzərin statusuyla bağlı idi. Azərbaycan Rusiya və Qazaxıstanla Xəzər dənizində müəyyənləşdirdi və müvafiq sənədlər imzalandı. Ancaq Xəzərin statusu müəyyənləşsə də, Azərbaycan Türkmənistanla sərhəddi müəyyələşdirə bilmədi.

Bir neçə il əvvəl Bakı ilə Aşqabad arasında danışıqlar intensivləşdi. Rəsmi Bakı Aşqabada təklif etdi ki, Xəzərdəki “Kəpəz” (“Sərdar”) yatağı birgə istismar edilsin. Nəhayət Aşqabad bu formula razılaşdı. 21 yanvarda iki dövlət arasında imzalanan memorandum tarixi hadisədir.

Birincisi, Azərbaycan və Türkmənistan yeni yatağa “Dostluq” adını qoydular. Hər iki dövlət bu yatağı birgə işlədəcək və gəriləri bölüşəcəklər.

İkincisi, bu yataqdan əldə edilən neft və qaz Azərbaycan üzərindən Türkiyə və Avropa ölkələrinə nəql ediləcək.

Üçüncüsü, yataqla bağlı razılaşmadan sonra Bakı və Aşqabad Xəzər dənizində sərhədlərini də müəyyənləşdirə bilərlər. Bundan sonra iki ölkə arasında sonuncu mübahisə də həll olunacaq.

Dördüncüsü, sərhədlə bağlı sənəd imzalanandan sonra Azərbaycanla Türkmənistan Xəzərin dibi ilə boru xəttinin tikintisi danışıqlarına da başlaya bilərlər.

Bu hamının xeyrinədir. Azərbaycan, Türkiyə və Avropa İttifaqı Türkmənistan qazının TAP və TANAP boru xətləri ilə daşınmasını istəyirlər. Bu həmin boru xətlərinin daşınma həcmini artıracaq. Bundan sonra TAP və TANAP Rusiyanın “Şimal axını” və “Türk axını” boru xətləri ilə rəqabət apara biləcək.

Açıklama yok.

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı (“Kəpəz” – “Sərdar”) ilə bağlı danışıqlar məxfi aparılırdı. Doğru strategiya idi. Çünki Bakı və Aşqabad xarici qüvvələrin sənədin imzalanmasına mane ola biləcəklərindən ehtiyat edirdilər. Rusiyadakı mərkəzlər imzalanan sənəddən məmnun qalmayacaqlar. Çünki həmin mərkəzlər Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan və Türkiyə üzərindən Avropa ölkələrinə daşınmasına qısqanc yanaşırlar.

“Dostluq” yatağı ilə bağlı memorandumun müharibədən sonra imzalanması Azərbaycana əlavə siyasi divident də qazandırdı. Azərbaycan həm müharibədə qələbə qazandı, həm də dostlarının sayını artırdı.

Azərbaycan Türkmənistanla ittifaq yaradır. Bu ittifaqda Türkiyə və Əfqanıstan da maraqlıdırlar.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 406

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda