Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Azərbaycan özündən 4 dəfə balaca Antalyadan geridə qalır - Səbəb nədir?

Tarix 01.06.25, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan 2024-cü ildə xaricə 686 milyon 254 min dollarlıq meyvə-tərəvəz ixrac edib. Antalyadan 2024-cü ildə meyvə-tərəvəz ixracının həcmi 891 milyon 564 min dollar olub".

Bunu iqtisadçı Natiq Cəfərli Azərbaycan və Antalyanın iqtisadi fərqlərini şərh edərkən qeyd edib.

Azərbaycanın 2024-cü ildə turizm gəlirlərinin 1,6 milyard dollar olduğunu bildirən iqtisadçı həmin ildə Antalyanı 17,3 milyon turist ziyarət etdiyini, bölgənin turizm gəlirlərinin isə 17 milyard dollar olduğunu vurğulayıb:
"Anyalya vilayətinin ərazisi 20.177 km², əhalisi isə 2,8 milyon nəfərdir. Azərbaycanın əhalisi 10,1 milyon, ərazimiz isə 86,6 min km²-dir.
Təbii ki, hər bir müqayisə qüsurludur, Altalya tarixinə, təbiətinə, dənizinə görə turizm mərkəzlərindən biridir, amma cəmi 40 il bundan qabaq həmin təbiət də var idi, həmin dəniz də, həmin tarixi yerlər də - sadəcə, turist yox idi. Deməli, tarixi yerlər, təbiət, dəniz azdır, əsas olan idarəetmə sistemi və biznes mühitidir.

Bizim ərazimiz Antalyadan 4 dəfə böyükdür, amma, meyvə-tərəvəz ixracı Antalyada Azərbaycandan 2024-cü ildə 215 milyon dollar daha çox olub.
Onu da deyim ki, Antalya meyvə-tərəvəz ixracatında 85-90%, turizmində 75-80%-ə yaxın pay kiçik-orta sahibkarlara məxsusdur. Bizdə, Azərbaycanda isə 2024-cü ildə ixracın tən yarısını dövlət sektoru edib".



Xəbərin oxunma sayı : 376




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap