“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycan futbolunda problem: Klub sayı artıb, oyunçu tapılmır

Tarix 31.08.23, 14:09

Font ölçüsü : - / +
bitmap-img6


Bu mövsümdən Azərbaycanda klubların sayı artıb. 

Oxu.Az xatırladır ki, bu, əsasən II Liqanın yaradılması hesabına reallaşıb. Premyer Liqada əvvəlki kimi 10 klub yarışır. I Liqada da eyni sayda komanda var. Yeni yaradılan II Liqada isə 12 kollektiv mübarizə aparacaq. Bundan başqa, əvəzedicilərin yarışı yenidən müstəqil keçirilməyə başlanıb.

Beləliklə, dörd çempionatda ümumilikdə 42 komanda mübarizə aparmalıdır. Bu, çoxdan arzulanırdı və nəhayət, reallaşdı. Yeniliklərlə Azərbaycanda futbolun coğrafiyası genişləndi. Hətta yarıpeşəkar status daşıyan II Liqada əksər bölgələrin klubu var. Mütəxəssislər bunu yüksək qiymətləndirirlər.

Lakin komanda sayının artması özü ilə yeni problem gətirib. İndi də bir sıra klublar oyunçu tapmaqda çətinlik çəkirlər.

42 komandanın heyətinin formalaşması üçün 800-dən bir qədər çox yerli oyunçuya ehtiyac var. Premyer Liqa klubları çatışmazlığı legionerlərlə doldurmağı bacarırlar. Onlar əvəzedici komandaları akademiyadan yetişən oyunçular və müəyyən təcrübəli futbolçularla təşkil edirlər.

Problemi daha çox I və II Liqa komandaları yaşayırlar. Məsələ ondadır ki, uzun illər ölkədə klub sayının az olması futbolçuların da azalması ilə nəticələnib. Bir çox perspektivli idmançı komanda tapa bilmədiyindən futboldan uzaq düşüb. Hazırda klublar bu boşluğu doldurmaqda çətinlik çəkirlər. Hətta Premyer Liqa komandalarının çalışdırıcıları da zaman-zaman yerlilərin azlığından şikayətləniblər. Onları daha çox keyfiyyət narahat edir. I Liqa və II Liqa komandaları isə heç minimal keyfiyyətdə futbolçu da tapa bilmirlər.

Eyni zamanda, müəyyən qədər özünü göstərə bilən oyunçulara əvəzedici komandalarda daha yaxşı məvacib təklif edildiyi üçün onlar aşağı liqalarda oynamaq istəyində deyillər.

Bu, xüsusən bölgə klubları üçün problemə çevrilib. Paytaxt təmsilçiləri heyət formalaşdırmaq üçün nisbətən daha yaxşı imkana malikdirlər. Lakin əyalət klubları həmin oyunçuları aşağı məvaciblə bölgəyə köçməyə razı sala bilmirlər.

Klublar oyunçu problemini həll etmək üçün futbolu bitirmiş adlara yönəlməli olublar. Artıq karyerasını başa vurmuş bir neçə oyunçu yenidən böyük futbola qayıdıb. Rahid Əmirquliyev, Tural Qürbətov, Bəxtiyar Soltanov, Baxşəli Baxşəliyev və s. tanınmış futbolçuları yenidən yaşıl meydanlarda görmək mümkün olacaq.

Əlbəttə, II Liqanın yarıpeşəkar olduğunu nəzərə alsaq, belə hallar normal qarşılana bilər. Ancaq o da məlumdur ki, klublar məcburiyyətdən bu addımı atmalı olurlar. Ölkə futbolunda geridə qalan illər ərzində yaranmış boşluq yekunda belə vəziyyətin yaranmasına səbəb olub. Güman ki, problemin həllini tapması üçün hələ bir neçə il lazım olacaq.



Xəbərin oxunma sayı : 625




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap