“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycana avtomobil ixracı 68 faiz artıb - RƏSMİ

Tarix 18.10.21, 13:49

Font ölçüsü : - / +
bitmap-img6


2021-ci ilin doqquz ayı ərzində Azərbaycana 64 954 avtomobil idxal edilib.

Dövlət Gömrük Komitəsin verilən məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 26 322 ədəd və ya 68,1 faiz artıb.

İdxal edilən avtomobillərin ümumi dəyəri 659 508 160 ABŞ dolları həcmində olub. Azərbaycan avtomobil idxalına ötən ilin eyni dövrü ilə müqayisədə 196 854 100 dollar və ya 42,5 faiz daha çox vəsait sərf edib.

Müvafiq dövr ərzində ölkəmiz 141 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. İdxal həcmi 2020-ci ilin müvafiq dövrünə nəzərən 12 ədəd və ya 9,3 faiz artıb. Bu avtomobillərin idxal dəyəri 20 100 580 dollara yaxın olub.

Cari dövrdə 60 578 ədəd minik avtomobili idxal edilib və onların ümumi dəyəri 562 679 890 dollar təşkil edib. İdxal həcmi ötən ilin eyni dövrünə nəzərən 24542 ədəd və ya 68,1 faiz çox, onların dəyəri isə illik müqayisədə 40,1 faiz artıb.  

Doqquz ay ərzində yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin idxal həcmi 1 746 ədəd və ya 1,7 dəfəyə qədər artıb. Müvafiq dövr ərzində 4 123 ədəd bu tipdə avtomobil idxal olunub və onların ümumi dəyəri 64 150 800 dollar təşkil edib.

Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalı artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 ədəd və ya 24,4 faiz çox olmaqla 112 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb və onların ümumi idxal dəyəri 12 576 890 dollar olub.



Xəbərin oxunma sayı : 853




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap