Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Azərbaycanda ərzaq məhsullarının qiyməti ucuzlaşa bilər - Deputatdan açıqlama

Tarix 03.06.23, 20:38

Font ölçüsü : - / +
bitmap-img6


Əgər qaşıya qoyulan hədəflərə nail ola biləriksə, idxal olunan məhsullarla yanaşı yerli məhsulların da qiymətinin optimallaşdırılmasının şahidi ola bilərik.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, hökumətin proqnozu ondan ibarətdir ki, 2023-cü ildə 2022-ci illə müqayisədə infilyasiyanın səviyyəsi nisbətən az olacaq.

"Belə ki, 2022-ci ildə infilyasiya 13.9 faiz olmuşdu. Ancaq ərzaq məhsullarında 20 faizə yaxın qiymət artımları qeydə alınmışdı. Bu il üçün rəsmi infilyasiya proqnozu 10.9 faizdir. İnfilyasiyanın azaldılması istiqamətində hökumətin işləri daha intensiv şəkildə davam etdirməsi olduqca əhəmiyyətlidir. Həm qiymətlərin optimallaşdırılması, vətəndaşlarımızın xərclərinin azaldılması baxımından da vacibdir.

Çünki infilyasiyanın azalması həm idxal olunan, həm yerli məhsulların qiymətlərinin artımının qarşısını almaq baxımından olduqca əhəmiyyətlidir”, - deyə o əlavə edib.

Qeyd edək ki, iyunun 2-də maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib ki, Proqnozlarda orta illik inflyasiya artımının səviyyəsinin enməsi nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 877




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap