Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Azərbaycanlı diplomatların 350 min dolları oğurlandı - Türkiyədə

Tarix 28.11.23, 21:40

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə azərbaycanlı diplomatları aldadıblar.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Belə ki, Türkiyənin maliyyə proqramlarının sahibi olan Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu azərbaycanlı Murad Şirinovla işə başlayıb.

Şirinov azərbaycanlı diplomatlar ilə Azərbaycandakı bank meneceri vasitəsilə əlaqə saxlayıb.

İddialara görə, o, özünü dövlət məmuru kimi təqdim edib və etibar qazanıb.

Murad Şirinov Azərbaycanda yüksək səviyyəli vəzifə tutan 3 diplomatla əlaqə saxlayıb.

O, kafedə diplomatlarla görüşüb, pulu şəxsən alıb, lakin qarşılığında qəbz verməyib.

Əsl müdirlə görüşmək istəyən diplomatları Gökalp İçerin kabinetinə apararaq onunla tanış edib.

Zərərçəkənlərin iddialarına görə, onların telefonlarına proqram quraşdırılıb. Onlara deyilib ki, pullarını bu platforma vasitəsilə izləyə bilərlər. Lakin həmin platformaya nəzarət bütünlüklə Şirinovda olub.

İlk bir neçə ayda zərərçəkənlərə cüzi məbləğ ödənilib. Bu yolla onların daha çox sərmayə qoymasına və yaxınlarını bu sistemə daxil etməsinə şərait yaradılıb. Zərərçəkənlər onlardan böyük miqdarda pul alındıqdan sonra artıq qazanc əldə etmədiklərini müşahidə ediblər. "İş” qurduqları adamlar da onların telefonuna cavab verməyib. Bir müddət sonra proqramdakı hesablar da sıfırlanıb. Onların 350 min dolları mənimsənilib.

Azərbaycan diplomatlarının şikayəti əsasında İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq başa çatıb.

İddianamədə Şirinova verilən pulla heç bir sərmayə qoyulmadığı aydın olub.

Onların telefonlarına quraşdırılan tətbiqin sərmayə qoyulmuş kimi saxta məlumatları əks etdirdiyi bildirilib.

Sözügedən şirkət və tətbiqin iş icazəsi və ya lisenziyasının olmadığı da müəyyən edilib.

Gökalp İçer və Murad Şirinov barəsində iddia qaldırılıb.

Şübhəlilərin dələduzluq və digər cinayətlərə görə 5 ildən 7 il yarımadək azadlıqdan məhrum etmə ilə cəzalandırılması istənilib.



Xəbərin oxunma sayı : 967




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap