“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Məhkəmə Qabil Məmmədovla bağlı qərar verdi - Hakim şikayəti rədd etdi

Tarix 09.09.25, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilən, xaricdə yaşayan bloger Qabil Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

AzFakt.com APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Qabil Məmmədova qiyabi hökm oxunub. Hökmə əsasən, o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qabil Məmmədova qarşı Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb.

İş üzrə toplanmış sübutların məcmusuna əsasən, ötən il iyulun 17-də Qabil Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

Q.Məmmədov barəsində bu ilin yanvarında Binəqədi rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs qərarı çıxarılıb.



Xəbərin oxunma sayı : 346




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap