![]() |
|














Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? - VİDEO
Tarix 09.09.25, 13:22 |
|

Azərbaycan Ordusunun sıralarında xidmət edənlərdən biri də Çin əsilli Emin Lindir.
Emin kökəncə Çinin Qanju şəhərindəndir. 1998-ci ildən sonra sahibkarlıq fəaliyyəti ilə bağlı Azərbaycana köçən Lin ailəsi paytaxtda yeni həyata başlayıb.
Çinli ailənin 5 övladı - Məhəmməd, Aygün, Aydın, Emin və Arzu Lin Azərbaycanda böyüyüb.
"N” saylı hərbi hissədə xidmət edən gənc əsgər silahdaşlarının, komandirlərinin hörmətini qazanıb. Onu fərqləndirən cəhətlərindən biri isə dörd dil bilməsidir. Bu bacarığı ilə o, çoxlarının marağına səbəb olub. Onu Lin kimi çağırsalar da, əsgər yoldaşlarının bəziləri "Çinli" deyə müraciət edir:
"Xidmətə yeni gələndə əsgər yoldaşlarım üçün mənim asiyalı görünüşüm maraqlı idi. Ona görə də, xeyli suallar verirdilər. Bəzən bu, yorucu olsa da, sonradan öyrəşdim. Burada yeni dostlar qazanmışam. Komandirlərlə də münasibətim çox yaxşıdır".
Qardaşı antiterror əməliyyatlarının iştirakçılarından olub
Emin Lin ailəsinin ilk əsgəri deyil. Qardaşı Aydın Lin də Azərbaycan Ordusunda qulluq edib. İşğaldan azad olunmuş ərazidə yerləşən hərbi hissədə xidmət keçib, antiterror tədbirlərinin iştirakçılarından olub.
Bacısı Aygün Lin isə əlbəyaxa döyüş idman növündə "qara kəmər" ustasıdır, beynəlxalq yarışlarda üçrəngli bayrağımızı yüksəldib, indi isə məşqçi-müəllim kimi fəaliyyət göstərir:
"Mən ali təhsil almamışam. Ancaq Çin, ingilis, rus və Azərbaycan dilini bilirəm. Bacım Aygün İdman Akademiyasının, qardaşım Aydın isə Bakı Dövlət Universitetinin məzunlarıdır. Mənim də gələcəkdə ali təhsil almaq niyyətim var".
Emin Lin hərbi hissədə nizam-intizamla xidmət edir, səhərlər idmanla məşğul olur, ideoloji dərslərdən faydalanır, müxtəlif təlimlərdə iştirak edir.
O, hərbi hissədə həm əsgərlərin istirahəti, həm də peşəkar hazırlığı üçün hər cür şərait olduğunu vurğulayıb.
Emin deyib ki, komandirləri yüksək bilik və bacarığa malikdirlər, hər bir əsgərə xüsusi diqqətlə yanaşırlar: "Qaydalara uyğun olaraq gündəlik idman edirəm, döyüş hazırlığı dərsləri keçirik. Bundan başqa, boş vaxtlarımı əsgər yoldaşlarımla birlikdə keçirirəm. Hər şey çox maraqlıdır. Azərbaycan Ordusunda xidmət etdiyim üçün çox qürurluyam".
Emin onu da vurğulayıb ki, son günlər Azərbaycanla Çin arasında münasibətlərin daha da inkişaf etdirilməsi, iki dövlət arasında dostluq münasibətlərinin qurulması onu çox sevindirir.
"Əsgərlikdən sonra biznesimi yaradacam, yolumu gözləyən qızla evlənəcəm”
O, xidmətini başa vurduqdan sonra mülki həyata qayıdacağını, şəxsi biznesini yaradacağını və yolunu səbirsizliklə gözləyən qızla ailə həyatı quracağını bildirib:
"Demək olar ki, nişanlıyam. Bir-birimizi çox sevirik. Sonuncu dəfə hərbi xidmətə yola düşəndə görüşdük, ancaq tez-tez telefonla danışırıq. Xidmətimi başa vurub onunla ailə quracam".
"Qarabağ haqqında çox oxumuşdum, xidmətdə oxuduqlarımı gördüm”
Emin Linin hekayəsi göstərir ki, Azərbaycan Ordusu həm də müxtəlif xalqları bir amal – Vətən sevgisi ətrafında birləşdirən böyük bir ailədir. Azərbaycan respublikasının vətəndaşı olan hər kəs, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bərabər hüquqda xidmət edir - qalib ordunun qalib əsgəri kimi:
"Tarix dərslərində Qarabağ haqqında çox oxumuşdum. Xidmətdə isə oxuduğum həqiqətləri gördüm. Ali Baş Komandanın əmri ilə işğalda olan torpaqları azad etmək böyük fəxrdir. Mən qalib ordunun müzəffər əsgəri kimi qürurluyam”.



Xəbərin oxunma sayı : 367
Sosial
Xəbərlər
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Fənərbağça“nın yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ
-
Neft 60 dollardan aşağı düşəcək - ABŞ Energetika Nazirliyi
-
“Polşa Aİ-nin hərbiləşdirmə fondunun ən böyük alıcısı olacaq“ - Tusk
-
Yeni Günəşlidə çuxur sürücülərə problem yaradıb - VİDEO
-
Zəngəzur dəhlizinin tikinti işləri nə vaxt yekunlaşır? - VİDEO
-
Azərbaycan millisi Ukrayna ilə bərabərə qalıb - DÇ-2026
-
Bakıda narkotik əməliyyatı - Hadisə yerindən görüntülər (VİDEO)
-
Gel dırnaq boyalarından istifadə edən xanımlara XƏBƏRDARLIQ
-
Masallıda 10 min abonentin qaz təchizatı dayandırılacaq - Xəbərdarlıq
-
Azərbaycanın təbii bal aldığı ölkələr - Kiloqramı 171 manata
-
211 saylı məktəbdə ibtidai siniflər risk altında: direktor müavini heç kimi eşitmir
-
“Bədənimdən 30-dək qəlpə çıxarıldı” - Vardanyanın məhkəməsi
-
Naxçıvanda mobil rabitə və internet xidmətləri necə təmin olunacaq? - Rəsmi açıqlama
-
Məktəb direktoru qızına görə işdən çıxdı - “Mənə bibi deyirdi”
-
HƏMAS hərəkatı inkar etdi - Xəlil əl-Hayya öldürülməyib
-
Dolu düşəcək, sulu qar yağacaq - Xəbərdarlıq
-
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib - Müzakirə
-
Maşını “ştrafnoy”dan çıxararkən nəzarətçini söydü - Həbs olundu
-
Növbəti dörd gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Pakistanlı MBA tələbələri “Ulduz” şokolad fabrikində istehsalat turunda - FOTOLAR
-
İsrail Qətərin paytaxtına zərbələr endirdi - HAMAS lideri öldürüldü
-
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verdi - Hakim şikayəti rədd etdi
-
“Almaniya “Şimal axını” məsələsində Rusiyanın iştirakına imkan verməyəcək“ - Lavrov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nepal prezidenti istefa verdi - Ölkədə gərginlik artır
-
Sahil Babayev tapşırıq verdi:iki qurumda yoxlama başladı
-
Dələduzluğa məruz qalan vətəndaşdan Vilayət Eyvazova - MÜRACİƏT
-
Azərbaycanda rektorlar hansı universitetlərdə təhsil alıb? - SİYAHI
-
Hava limanına taksilər niyə buraxılmır? - Aeroportdan rəsmi cavab
-
Daxili qoşunlarda struktur forması dəyişir - Yeni qanun
-
Abşeronun milyonçu icra nümayəndəsi: Şahlar Həsənov Masazırı necə satır?
-
Hotel sahibi polis postunun suyunu niyə kəsib? - Şuşada maraqlı olay
-
“Putin Uitkoffa Donbası ilin sonuna qədər alacağına söz verib“ - Zelenski
-
Qonşular arasında dava - Əlil qadın xəsarət aldı
-
Beyləqanda yüksək bal toplayan məzunlarla görüş - Fotolar
-
Maliyyə Nazirliyi Baba Rzayevin qohumlarından gül alır - Müqavilə
-
Ölkədə kriminogen durum yaradanlar - Nurlan Babayev əməllərini necə gizlədir?
-
Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? - VİDEO
-
Etdikləri avtoxuliqanlığı paylaşdılar, həbs olundular - VİDEO
-
“BMT TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib” - İlham Əliyev
-
“Zəfəran” hospitalın həkimi hərbi xidmətdən yayındı - Cəzalandırıldı
-
“Yağış yağan kimi körpünü su basır, təcili yardım maşını keçə bilmir” - Video
-
Nepalda etirazçılar prezidentin evini yandırdı - VİDEO
-
Süni intellekt repetitorları əvəz edə bilərmi? - ARAŞDIRMA
-
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? - Rəsmi açıqlama
-
“Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaq” - İlham Əliyev
-
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı - QİYMƏT
-
Abşeronda iynə vurulan şəxs öldü: Həkim səhlənkarlığı iddiası (VİDEO)
-
Dünya bazarlarında qızılın qiyməti 3700 dollara yaxınlaşıb - YENİ REKORD
-
Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
-
Rusiya yenidən Ukraynanın enerji obyektlərinə hücuma başlayıb - Zelenski
-
Masazırdakı duz gölünə kanalizasiya suyu axıdılır - VİDEO
-
Ət niyə bahalaşdı? - Qəssablar yeni qiymətlərdən danışdı
-
Yasamaldakı 38 saylı məktəb müəllimlərə təmir etdirilir? - VİDEO
-
Aeroportdan şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyət qoyulub? - VİDEO
-
Xorvatiya, İtaliya və Kosovo yığmaları qalib gəlib - DÇ-2026
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Bakının iki rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Akkuyu“ AES Türkiyəyə 50 milyard dollar töhfə verəcək - Ərdoğan açıqladı
-
1988-1990-cı illərdə törədilmiş bu cinayətlərlə bağlı sənədlər məhkəmədə tədqiq olunub - FOTOLAR
-
“Duty Free”dən oğurluq edib Bakıya qaçmaq istədilər - Təyyarədə tutuldular
-
Azərbaycana insan və heyvan qanı satan ölkələr - SİYAHI
-
Rusiyanın anti-Azərbaycan təbliğatı: Gebbels üslubunda siyasət - ŞƏRH
-
“Gelandewagen“ almaq istəyən xanımın başına iş gəldi - Sevgili oldu, 234 min verdi...
-
“Avropa Rusiyadan neft və qaz almağı dayandırmalıdır” - ABŞ energetika naziri
-
Dövlət büdcəsinin icrasında bir sıra risklərlə bağlı - Xəbərdarlıq
-
684 mini ələ keçirən şirkət rəhbərinə - 10 il həbs verildi
-
Beş ildir tikinti başa çatmır: “Şərq İnşaat“ın payçıları mənzilsiz qalıb (FOTO)
-
“Yolüstü Restoran”ında kartdan-karta əməliyyatı - Vergidən yayınma
-
“Görüşdə casus şəbəkələri barədə söhbət edirdi“ - Fransanın Bakıdakı casusunun məhkəməsi
-
Bu mediatorlara 3840 manatadək pul veriləcək - SİYAHI
-
Strateji obyektlərin yaxınlığında brakonyerlik edən şəxs saxlanıldı - Video
-
“Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı - FOTOLAR
-
Qeydiyyat müddəti uzadıldı - Tələbələrin nəzərinə!
-
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
-
Mehdiyev daha bir villasını satır - Sərvətini pula çevirib ölkədən çıxarır? + FOTO
-
Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini hazırlayır - “Bloomberg”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Santuş AFFA-dan təzminat tələb edir - ŞOK MƏBLƏĞ
-
Ukraynada döyüşlərdə azı 92 amerikalı öldü - NYT şok məlumat yaydı
-
Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? - Siyahı
-
“Özümü qəti təqsirli saymıram” - İlqar Mustafayev
-
Bu dəfə narkotiki xurmanın içində gizlətmək istədilər - Foto
-
Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi - SƏRƏNCAM
-
Amerika nümayəndələri Bakıda - Zəngəzur dəhlizi müzakirə edildi
-
Bu kənddə bütün heyvanlar xəstədir -VİDEO
-
Tofiq İslamov vəzifəsindən azad edildi - Yeni təyinat
-
4 yaşlı Nihatın yardıma ehtiyacı var - Ana imkanlı şəxslərdən kömək istəyir
-
“Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil“ - Rəsmi Bakı
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Elektromobil sahiblərini gözləyən fantastik batareya xərcləri qiyməti - VİDEO
-
“Joy Travel“ turizm şirkətindən dələduzluq - Təsisçi həbs edildi
-
“Azərbaycan Prezidentinin Qazaxıstana səfəri hazırlanır“ - Tokayev
-
Ramin İsayevə 14 il həbs cəzası - Əmlakları müsadirə olunacaq
-
Müdafiə Nazirliyi məlumat yaydı - “Partlayış səsləri ilə əlaqədar təşvişə düşməyin“
-
Fernandu Santuş istefaya göndərildi - RƏSMİ
-
Tələbələr yeni tədris ili qabağı kirayə mənzil tapa bilmirlər - VİDEO
-
Bu avtomobillərin qiymətində ucuzlaşma - VİDEO
-
Ötən həftə 52 nəfər xilas edilib - VİDEO
-
“Rusiya bu müharibəni diplomatik yolla bitirmək istəmir“ - Kelloq
-
Kağız jurnallardan “Rəqəmsal məktəb“ platformasına keçid necə olacaq? - VİDEO
-
Yaxın günlərdə Putinlə danışacam - Tramp
-
Bakıda mikravtobus qəzaya düşüb - 10-dan çox yaralı var
-
Sakinlərə aid su borusunu düzəltdilər, sürücülərə isə qazılan hissəsi saxladılar - VİDEO
-
Azərbaycanda ət niyə bahalaşır? - Mühüm səbəblər
-
Bakıda bəylə gəlin toya at belində getdi - VİDEO
-
Tələbə yataqxanalarında qiymət və şərait necədir? - ARAŞDIRMA
-
İpotekaya yararlı evlərin qiyməti artır - Səbəb nədir?
-
Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönərdə bakteriyası aşkarlanıb
-
Aktrisa Ülfət klubda gecə paltarında çılğın rəqs etdi - VIDEO
-
Şəmkirdə təcili yardım maşını körpüdən aşdı - Yaralılar var
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“Putin səfərlər zamanı seriallara, filmlərə baxır” - Peskov
-
Yeni dərs ilinə “köhnə salam“: Yüzlərlə şagird təhlükə ilə üz-üzə (VİDEO)
-
Xırdalan şəhərində qanunsuz tikinti - İcazəni icra hakimiyyəti verib?
-
“Bütün bunların bitməsini istəmirəm” - Messi
-
Ukrayna müharibəsinin 1292-ci günü - Rusiyanın itkiləri açıqlandı
-
Azərbaycanda ölmək neçəyə başa gəlir? - Fantastik məbləğ
TOP 10
ARXİV