“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Zəfəran” hospitalın həkimi hərbi xidmətdən yayındı - Cəzalandırıldı

Tarix 09.09.25, 12:36

Font ölçüsü : - / +
bitmap-img6


Montində yerləşən “Zəfəran” klinikasında klinik-mikrobioloq işləyən həkim hərbi xidmətdən yayınmaqda ittiham olunaraq məsuliyyətə cəlb edilib.

Musavat.com xəbər verir ki, 1995-ci il təvəllüdlü həkim R.Eminli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu şöbəsi tərəfindən tibbi müayinədən keçməyə dəvət olunub. Lakin bu çağırışlara məhəl qoymadığı üçün həkim Eminli barəsində cinayət işi açılıb.

R.Eminli əvvəlcə 2021-ci ilə qədər ali təhsil aldığı üçün hərbi xidmətdən möhlət hüququ alıbmış. Sonra isə ona ali təhsilin rezidentura pilləsi üzrə ixtisas təhsilini davam etdirmək üçün möhlət hüququ verilib. Lakin müddət başa çatdıqdan sonra Səfərbərlik Xidmətinin çağırışlarına məhəl qoymayıb.

Xidmət əməkdaşlarının çağırışlarına müxtəlif bəhanələrlə cavab verən həkim Eminli son olaraq futbol oynayan zaman ayağından xəsarət aldığını və iki həftə evdə müalicəsini davam etdirdiyini deyərək çağırışlara getməyib.

Məsuliyyətə cəlb edilən R.Eminli barəsində 6 ay şərti cəza təyin edilib və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məlumata görə, həkim Eminli daha əvvəl Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Hospitalında tibb qardaşı və həkim kimi, "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" Publik Hüquqi şəxsdə sanitar həkim, həmçinin "AZƏRİ MED" Qapalı Səhmdar Cəmiyyətində səhiyyə mütəxəssisi vəzifələrində işləyib.



Xəbərin oxunma sayı : 421




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap