“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Strateji obyektlərin yaxınlığında brakonyerlik edən şəxs saxlanıldı - Video

Tarix 08.09.25, 18:44

Font ölçüsü : - / +
bitmap-img6


Xəzər dənizində yerləşən strateji məkanların yaxınlığında qanunsuz olaraq balıq ovlayan 38 yaşlı Xanmurad Xanalıyev Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

AzFakt.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, saxlanılan zaman xüsusi “Yamaha-40”mühərriki ilə təchiz edilmiş katerlə ərazidən yayınmaq istəsə də, polis əməkdaşlarının çevikliyi nəticəsində həmin şəxsi dayandırmaq mümkün olub.
“Katerə baxış zamanı sintetik tor vasitəsilə ovlanmış 59 ədəd müxtəlif növ balıq və istifadəsi qadağan edilən balıqovlama vasitələri götürülüb.
Su polislərinin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə Abşeron rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə qanunsuz balıq ovu ilə məşğul olan 51 yaşlı Vüsal Nəcəfquluzadə və həmyaşıdı Tərlan Səttarov da müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların balıqovlama biletlərinin olmadığı müəyyən edilib. Baxış zamanı həmin şəxslərdən 93 ədəd balıq, istifadəsi qadağan edilən sintetik tor və digər ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.



Xəbərin oxunma sayı : 1051




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap